20 Ocak 2011 Perşembe

Skeletdəki mexaniki dizayn

Sü­mük­lər­də­ki qü­sur­suz la­yi­hə­nin baş­qa bir nü­mu­nə­si də ayaq sü­mük­lə­ri­dir. İn­sa­nın bir aya­ğı 26 sü­mük­dən təş­kil olu­nur və de­mək olar ki, or­qa­nizm­də­ki sü­mük­lə­rin dörd­də bi­ri ayaq­da yer­lə­şir. Ayaq me­xa­ni­ki funk­si­ya­la­rı asan­laş­dı­ra­caq şə­kil­də plan­laş­dı­rıl­mış xü­su­si struk­tu­ra ma­lik­dir. Aya­ğın qu­ru­lu­şun­da­kı ide­al la­yi­hə­ni müx­tə­lif mü­hən­dis­lik əsər­lə­ri ilə, mə­sə­lən, ayaq­da­kı da­ban qu­ru­lu­şu­nu kör­pü mü­hən­dis­li­yi ilə mü­qa­yi­sə edə bi­lə­rik. Bu qövs­va­ri for­ma or­qa­niz­min ağır­lı­ğı mü­qa­bi­lin­də sü­mük­lə­rə dəs­tək ver­mək üçün mü­əy­yən xü­su­siy­yə­tə ma­lik­dir.

Baş­qa bir nü­mu­nə ki­mi av­to­mo­bil­lə­ri də gös­tə­rə bi­lə­rik. Bir av­to­mo­bi­lin qaz pe­da­lı­na ba­sı­lan­da pe­dal qal­dı­rı­cı kran ki­mi hə­rə­kət edir. Ey­ni­lə ayaq­lar da bar­maq­la­rın ucun­da qalx­ma hə­rə­kə­ti edi­lən­də hid­rav­lik domk­rat funk­si­ya­sı da­şı­yır­lar. Ayaq­lar hün­dü­rə tul­lan­ma hə­rə­kə­ti za­ma­nı bə­də­ni yu­xa­rı qal­dı­rır, qa­çış hə­rə­kə­ti za­ma­nı isə qıç­lar üçün bir yas­tıq ro­lu­nu oy­na­yır­lar. Bü­tün bu hə­rə­kət­lər za­ma­nı ayaq­da olan to­xu­ma­la­ra, da­mar­la­ra və ya əzə­lə­lə­rə heç bir zə­rər dəy­mir.

Bu qey­ri-adi ha­lın əhə­miy­yə­ti­ni tam şə­kil­də ay­dın­laş­dı­rıb dərk et­mək üçün bə­də­ni­mi­zin hər han­sı bir əza­sı­nı, mə­sə­lən, əli­mi­zi və ayaq­la­rı­mı­zı ağır­lıq­qal­dır­ma ba­xı­mın­dan mü­qa­yi­sə edək. Hər də­fə aya­ğa qalx­dı­ğı­mız za­man ayaq­la­rı­mı­zın üzə­ri­nə dü­şən yü­kün əl­lə­ri­miz üzə­ri­nə düş­dü­yü­nü tə­səv­vür edək. Bu­na gö­rə də dü­şü­nək ki, əl­lə­ri­mi­zi ma­sa­nın üs­tü­nə qo­yub son­ra isə üzə­ri­nə 70-80 kq ağır­lı­ğın­da yük çı­xar­mı­şıq. Bu hal­da to­xu­ma­la­rı­mız qı­sa müd­dət­dən son­ra əzi­lər, da­mar­la­rı­mız part­la­yar, hət­ta sü­mük­lə­ri­miz əti­mi­zi par­ça­la­yıb də­ri­dən çö­lə çı­xar­dı. La­kin in­san or­qa­niz­mi­ni bü­tün gün ər­zin­də da­şı­yan ayaq­lar­da nə da­mar­lar part­la­yır, nə də to­xu­ma­lar əzi­lir. Çün­ki ayaq xü­su­si ola­raq yük da­şı­maq üçün plan­laş­dı­rıl­mış bir or­qan­dır.

Bu nü­mu­nə də Al­la­hın in­san­lar üzə­rin­də­ki şəf­qə­ti­nin də­lil­lə­rin­dən bi­ri­dir. Al­lah in­san üçün heç bir çə­tin­lik hiss edə bil­mə­yə­cə­yi, ən ra­hat, bü­tün eh­ti­yac­la­rı­nı asan­lıq­la ödə­yə­cə­yi şə­kil­də bir qu­ru­lu­şa ma­lik olan or­qa­nizm ya­ra­da­raq Özü­nü biz­lə­rə ta­nı­dır. Al­la­hın ayə­lə­ri on­la­rı gö­rə bi­lən­lər üçün hər yer­də­dir. Ən əsas mə­sə­lə bu ayə­lər üzə­rin­də dü­şü­nə­rək hər şe­yin ha­ki­mi olan Uca Al­la­ha yö­nəl­mək­dir:

«Hə­qi­qə­tən, göy­lə­rin və ye­rin ya­ra­dıl­ma­sın­da, ge­cə ilə gün­dü­zün bir-bi­ri­ni əvəz et­mə­sin­də, içə­ri­sin­də in­san­lar üçün mən­fə­ət­li şey­lər olan gə­mi­lə­rin də­niz­lər­də üz­mə­sin­də, qu­ru­yan yer üzü­nü Al­la­hın göy­dən yağ­mur yağ­dı­ra­raq ye­ni­dən di­rilt­mə­sin­də, cins-cins hey­van­la­rı onun hər tə­rə­fi­nə yay­ma­sın­da, kü­lə­yin bir səmt­dən baş­qa səm­tə əs­mə­sin­də, göy­lə yer ara­sın­da əla­mət­lər var­dır» («Bə­qə­rə» su­rə­si, 164).

Hiç yorum yok:

Yorum Gönder