4 Mart 2011 Cuma

Sü­mük­lə­rin qu­ru­lu­şu

De­mək olar ki, bü­tün sü­mük­lər­də, xü­su­sən də uzun sü­mük­lər­də iki müx­tə­lif qu­ru­luş var. Sü­mü­yün göv­də­si özün­də qa­lın sü­mük to­xu­ma­sı­nı eh­ti­va et­di­yi hal­da uc­la­rı in­cə bir sü­mük tə­bə­qə­sin­dən, tor­şə­kil­li sü­mük qu­ru­lu­şun­dan əmə­lə gə­lir. Bu ni­zam sü­mük­lə­rin öz funk­si­ya­la­rı­nı ye­ri­nə ye­ti­rə bil­mə­si ba­xı­mın­dan əs­lin­də ol­duq­ca əhə­miy­yət­li­dir. Çün­ki sü­mük yal­nız be­lə bir qu­ru­lu­şa (di­zay­na) ma­lik ol­du­ğu za­man təz­yiq al­tın­da qal­ma­dan hə­rə­kət edə bi­lir və ona yük­lə­nən ağır­lıq və gər­gin­lik sü­mük­dən oy­naq­la­ra ötü­rü­lür. Əgər hər yer ey­ni qu­ru­luş­da ol­say­dı, sü­mük­lər­də elas­tik­lik və möh­kəm­lik ki­mi xü­su­siy­yət­lər ol­maz­dı.

Sü­mük to­xu­ma­sı sü­mük hü­cey­rə­lə­rin­dən və bu hü­cey­rə­lə­rin if­raz et­di­yi ət­raf­la­rın­da­kı ara mad­də­dən təş­kil olu­nur. Sü­mük to­xu­ma­sın­da üç növ hü­cey­rə olur. Sü­mük­lə­rin ya­ra­dıl­ma­sın­da rol oy­na­yan və on­la­ra for­ma ve­rən, sü­mük için­də­ki boş­luq­la­rı əmə­lə gə­ti­rən və boş­luq­la­rı bir-bi­ri­nə bağ­la­ya­raq əla­qə ya­ra­dan hə­min hü­cey­rə­lər­dir.

Hiç yorum yok:

Yorum Gönder