16 Nisan 2011 Cumartesi

Süni böyrək


      La­zı­mi sə­viy­yə­də fəa­liy­yət gös­tər­mə­yən or­qan­la­rı­mı­zı əvəz edə bi­lə­cək sü­ni or­qan­lar və ci­haz­lar müa­sir tex­no­lo­gi­ya­nın ver­di­yi im­kan­lar­la tə­ba­bə­tin is­ti­fa­də­si­nə ve­ri­lib. Böy­rək­lər öz funk­si­ya­la­rı­nı iti­rən­də və ya hər han­sı bir mən­fi hal ya­ra­nan­da da bu­nun əvə­zi­nə or­qa­niz­min tə­miz­lə­mə sis­te­mi ki­mi fəa­liy­yət gös­tər­mə­li olan dia­liz me­xa­nizm­lə­ri in­ki­şaf et­di­ri­lib. Öl­çü­lə­ri böy­rək­lər­lə mü­qa­yi­sə edil­mə­yə­cək qə­dər bö­yük olan bu me­xa­nizm­lər­də qan mü­əy­yən qur­ğu­lar­dan ke­çi­ri­lir və qan özü­nün tər­ki­bin­də­ki si­dik cöv­hə­ri, si­dik tur­şu­su ki­mi zə­rər­li mad­də­lər­dən və ar­tıq ma­ye­lər­dən tə­miz­lə­nir.
 
Bu ci­haz sa­də dif­fu­zi­ya (bir mad­də­nin qa­rı­şıq bir nis­bət­dən nis­bə­tən az qa­rı­şıq nis­bə­tə keç­mə­si) üsu­lu ilə iş­lə­yir. Ar­te­ri­ya­dan çı­xan bo­ru ilk ön­cə bir na­so­sa gə­lir. Bu na­sos qa­nı dia­liz me­xa­niz­mi­nə vu­rur. Dia­liz ma­ye­si ok­si­gen­lə zən­gin­dir və duz kon­sen­tra­tı ba­xı­mın­dan da plaz­ma­ya bə­ra­bər­dir. Qan dia­liz ma­ye­si için­də olan dia­liz bo­ru­cuq­la­rın­dan ke­çi­ri­lir. Qa­nın tər­ki­bin­də­ki si­dik cöv­hə­ri ki­mi ar­tıq mad­də­lər dif­fu­zi­ya ilə dia­liz ma­ye­si­nə keç­di­yi hal­da erit­ro­sit və pro­te­in ki­mi la­zım­lı mad­də­lər dia­liz bo­ru­cuq­la­rın­da qa­lır. Bu pro­ses za­ma­nı dia­liz ma­ye­si me­xa­niz­min için­də xə­fif şə­kil­də çal­xa­la­nır. Bu­nun nə­ti­cə­sin­də qan­da­kı ar­tıq mad­də­lər tə­miz­lə­nir və qan ge­ri qay­ta­rı­la­caq və­ziy­yə­tə gə­ti­ri­lir. Əgər qa­nın qi­da­lan­dı­rıl­ma­sı­na eh­ti­yac olar­sa, dia­liz ma­ye­si­nə qlü­ko­za əla­və edi­lir və ye­nə də dif­fu­zi­ya üsu­lu ilə qa­na ke­çi­ri­lir. Tə­miz­lən­miş qan bir bo­ru ilə ve­na­ya ve­ri­lir. Bü­tün bu pro­ses­lər za­ma­nı dia­liz ma­ye­si fa­si­lə­siz ola­raq tə­zə­lə­nir və hər də­fə də bə­dən tem­pe­ra­tu­ru­na uy­ğun şə­kil­də sax­la­nı­lır. Əks hal­da xəs­tə çox­lu miq­dar­da is­ti­lik itir­miş olar.

Tam bir dia­liz pro­se­si 4-6 sa­at çə­kir və dia­liz ma­ye­si bir ne­çə də­fə də­yiş­di­ri­lir. Bu pro­ses bir çox xəs­tə­yə həf­tə­də iki və ya üç də­fə tət­biq edi­lir. La­kin dia­liz heç bir şə­kil­də böy­rə­yin ye­ri­ni ver­mir.50 Ən güc­lü şə­kil­də iş­lə­yən tə­sir­li dia­liz me­xa­nizm­lə­rin­də də xəs­tə­nin hə­ya­tı yal­nız bir ne­çə il uza­dı­la bi­lir və ək­sər xəs­tə­lər bir müd­dət son­ra və­fat edir­lər.

İn­san or­qa­niz­min­də­ki hər şey ən mü­kəm­məl, ən ide­al şə­kil­də plan­laş­dı­rı­lıb. Tex­no­lo­gi­ya­dan is­ti­fa­də edil­mək­lə apa­rı­lan bü­tün təd­qi­qat­lar­da əsas məq­səd in­san or­qa­niz­min­də­ki la­yi­hə­nin bən­zə­ri­ni ha­zır­la­maq­dır. La­kin or­qa­niz­mi­miz­də ol­du­ğu ki­mi ki­çik na­hi­yə­lə­rə hə­min xü­su­siy­yət­lə­rə ma­lik olan tex­no­lo­gi­ya­nın yer­ləş­di­ril­mə­si müm­kün de­yil.

Al­la­hın in­san or­qa­niz­min­də ya­rat­dı­ğı sis­tem hər cə­hət­dən mi­sil­siz və mü­kəm­məl­dir. Hər bir in­sa­nın və­zi­fə­si bun­la­rı Al­la­hın bir ne­mə­ti ki­mi gö­rüb ya­şa­dı­ğı hər an üçün Al­la­ha şükr et­mək­dir:
«Si­zin din­cəl­mə­yi­niz üçün ge­cə­ni və gün­dü­zü işıq­lı ya­ra­dan Al­lah­dır, Al­lah in­san­la­ra lütf­kar­dır, la­kin in­san­la­rın ço­xu şükr et­məz! Bu si­zin Rəb­bi­niz, hər şe­yin xa­li­qi olan Al­lah­dır. On­dan baş­qa heç bir tan­rı yox­dur! Siz ne­cə dön­də­ri­lir­si­niz? Yal­nız Al­la­hın ayə­lə­ri­ni in­kar edən­lər be­lə dön­də­ri­lər­lər!» («Mu­min» su­rə­si, 61-63).

Han­sı da­ha üs­tün qu­ru­lu­şa ma­lik­dir: 5-10 sm-lik böy­rək yox­sa yük­sək tex­no­lo­gi­ya məh­su­lu olan dia­liz me­xa­niz­mi?

Hiç yorum yok:

Yorum Gönder