19 Haziran 2011 Pazar

Par­ça­lan­ma da­vam edir

Mə­də­də su­lu həl­mə­şik küt­lə ha­lın­da olan qi­da­lar yal­nız bir tə­rə­fə açı­lan bir qa­paq­dan ke­çə­rək oni­ki­bar­maq ba­ğır­sa­ğa, bu­ra­dan da na­zik ba­ğır­sa­ğa ötü­rü­lür. Na­zik ba­ğır­saq 3 sm dia­met­rin­də və 7 metr­dən ar­tıq uzun­lu­ğa ma­lik bir or­qan­dır. 7 metr uzun­lu­ğun­da olan xor­tum bü­kü­lə­rək, qat­la­na­raq dü­zü­lüb və hər bir in­sa­nın qar­nın­da yer­ləş­di­ri­lib. La­kin mö­cü­zə yal­nız bun­lar­la bit­mir. 7 metr­lik xor­tu­mun için­də hə­ya­ti əhə­miy­yət­li ha­di­sə­lər baş ve­rir.

Qi­da­la­rın ək­sə­riy­yə­ti mə­də­də par­ça­lan­sa da bə­zi qi­da­lar hə­lə də ki­çik his­sə­lə­rə ay­rıl­ma­mış şə­kil­də mə­də­də qa­lır.
Mə­də­ni tərk edən və hə­lə də həzm edil­mə­miş bu qi­da­lar da bir müd­dət son­ra na­zik ba­ğır­sa­ğa ça­tır­lar. Mə­sə­lən, yağ­lar bö­yük mo­le­kul­lu ol­duq­la­rı və su­da əri­mə­dik­lə­ri üçün çox çə­tin həzm edi­lir­lər. Bu­na gö­rə də yağ­la­rın həzm edil­mə­si ağız­da və mə­də­də müm­kün ol­mur, bu pro­ses yal­nız na­zik ba­ğır­saq­da baş ve­rir.

Or­qa­niz­min iki or­qa­nı - mə­də­al­tı və­zi və qa­ra­ci­yər məhz bu mər­hə­lə­də hə­rə­kə­tə gə­lir­lər. Bu iki or­qan bir ka­na­lın kö­mə­yi ilə na­zik ba­ğır­sa­ğın içi­nə iki xü­su­si ma­ye gön­də­rir.

Qa­ra­ci­yər mə­də­nin yağ­la­rı par­ça­la­ya bil­mə­mə­sin­dən xə­bər­dar­dır. O, ey­ni za­man­da yağ­la­rı par­ça­la­yan xü­su­si ma­ye­nin kim­yə­vi for­mu­lu­na da sa­hib­dir. Yağ­lı qi­da­la­rın na­zik ba­ğır­sa­ğa çat­dı­ğı vax­tı da bi­lən qa­ra­ci­yər ha­zır­la­dı­ğı və top­la­dı­ğı xü­su­si ma­ye­ni ən düz­gün ye­rə və ən düz­gün za­man­da bo­şal­dır.

Öd ma­ye­si ad­la­nan bu şi­rə yal­nız yağ­la­rı par­ça­la­maq­la ki­fa­yət­lən­mir. O, par­ça­la­nan yağ­la­rın na­zik ba­ğır­saq tə­rə­fin­dən so­rul­ma­sı­na da kö­mək edir. Bun­dan əla­və, özün­də ba­ğır­saq­la­rın vi­ta­min­lə­ri so­ra bil­mə­si­ni tə­min edən xü­su­si kim­yə­vi bir­ləş­mə­lə­ri də eh­ti­va edir. O, hət­ta ey­ni za­man­da ba­ğır­sa­ğın için­də­ki zə­rər­li bak­te­ri­ya­la­rı öl­dü­rən bir an­ti­sep­tik­dir.

Ödün və­zi­fə­si mə­də­dən na­zik ba­ğır­sa­ğa gə­lən qi­da həl­mə­şik­lə­rin­də­ki yağ­la­rı il­kin pro­ses­dən ke­çir­mək­dir. Bu il­kin pro­ses pank­rea­tin şi­rə­si­nin tə­si­ri­ni ar­tı­ra­caq. Tər­ki­bin­də müx­tə­lif mad­də­lər olan pank­rea­tin şi­rə­si yağ­lar­la ya­na­şı ni­şas­ta və pro­te­in­lə­rin həzm edil­mə­si­nə də kö­mək edir. Na­zik ba­ğır­sa­ğın da­xi­li sət­hi­ni dö­şə­yən muk­lo­lin tə­bə­qə­sin­də də çox­lu say­da ki­çik if­ra­zat və­zi­lə­ri var. Bu və­zi­lə­rin if­raz et­di­yi ba­ğır­saq şi­rə­sin­də­ki müx­tə­lif mad­də­lər o vax­ta qə­dər la­zı­mi şə­kil­də par­ça­lan­mış qi­da­la­rın həzm edil­mə­sin­də mü­hüm rol oy­na­yır. Na­zik ba­ğır­saq­da­kı ək­sər qi­da­lar ye­mək­dən 3-5 sa­at son­ra üyü­dül­müş olur. Be­lə­lik­lə, kar­bo­hid­rat­lar sa­də şə­kə­rə, pro­te­in­lər amin tur­şu­la­rı­na, yağ­lar da qli­se­rin və yağ tur­şu­la­rı­na ay­rı­la­raq so­rul­maq üçün ha­zır və­ziy­yə­tə gə­lir. Na­zik ba­ğır­saq­da­kı so­ru­cu hü­cey­rə­lər so­rul­ma­ğa ha­zır olan qi­da mo­le­kul­la­rı­nı tu­tur və so­rur­lar. Bun­dan son­ra hə­min qi­da­la­rı qan döv­ra­nı­na ötü­rür­lər.

Qi­da­lar na­zik ba­ğır­saq­dan ay­rı­lar-ay­rıl­maz on­la­rın tər­ki­bin­də su­dan baş­qa heç bir qi­da mad­də­si qal­mır. Ar­tıq bü­tün qi­da­lar or­qa­niz­mə so­ru­lub.

Hiç yorum yok:

Yorum Gönder