7 Ağustos 2012 Salı

5. Orqanizmdəki tarazlıqların tənzimlənməsi

Gün ərzində etdiyimiz hərəkətlərin tempinə görə orqanizmdə müxtəlif dəyişikliklər baş verir. Məsələn bədənimizin istiliyi artdıqda beyindəki tənzimləyici mərkəz (hipotalamus) qan damarlarının genişlənməsini tər vəzlərinin hərəkətini təmin edir. (1) Bundan sonra dərhal bədən istiliyi aşağı düşür. Bədənimizdə istilik itkisi olduqda da eyni tənzimləyici mərkəz tam əksinə hərəkət edərək qan damarlarının daralmasına titrəmə meydana gəlməsinə səbəb olur. (2) Bu mərhələlərdən sonra bədən istiliyi yenidən yüksəlir.
Qa­nın da­şı­dı­ğı hə­ya­ti əhə­miy­yət­li yük bağ­la­ma­la­rın­dan bi­ri də is­ti­lik­dir. Qan­la do­lu olan da­mar­lar ey­ni­lə bir bi­na­nın is­ti su da­şı­yan qız­dı­rı­cı bo­ru­la­rı ki­mi is­ti­li­yi bü­tün or­qa­niz­mə ya­yır. La­kin is­ti­li­yin mən­bə­yi qız­dı­rı­cı bo­ru­lar­da ol­du­ğu ki­mi yal­nız bir is­ti­lik qa­za­nı de­yil, or­qa­nizm­də olan bü­tün hü­cey­rə­lər­dir. Hü­cey­rə­lə­rin ya­rat­dı­ğı is­ti­lik qa­nın sa­yə­sin­də bü­tün or­qa­niz­mə bə­ra­bər şə­kil­də pay­la­nır.

Əgər or­qa­niz­mi­mi­zin is­ti­lik pay­la­ma sis­te­mi ol­ma­say­dı, ol­duq­ca bö­yük çə­tin­lik­lər­lə üz­lə­şər­dik. Əzə­lə qüv­və­si ilə ye­ri­nə ye­tir­di­yi­miz bir iş nə­ti­cə­sin­də, mə­sə­lən, qaç­dı­ğı­mız za­man ayaq­la­rı­mız və ya yük qal­dır­dı­ğı­mız za­man qol­la­rı­mız həd­siz də­rə­cə­də isi­nər, bə­də­ni­mi­zin baş­qa na­hi­yə­lə­ri isə so­yuq qa­lar­dı. Bu ni­zam­sız qu­ru­luş me­ta­bo­liz­ma­mı­za bö­yük zə­rər ve­rər­di. Be­lə­lik­lə, bu sə­bəb­dən is­ti­li­yin or­qa­niz­mi­mi­zə bə­ra­bər şə­kil­də pay­lan­ma­sı son də­rə­cə əhə­miy­yət­li­dir.


Ey­ni za­man­da or­qa­niz­mi­miz­də yük­sə­lən is­ti­li­yin aşa­ğı sa­lın­ma­sı üçün də tər­lə­mə me­xa­niz­mi ilə bir­lik­də qan hə­rə­kə­tə gə­lir. Də­ri al­tın­da olan qan da­mar­la­rı ge­niş­lə­nir və be­lə­lik­lə, qa­nın da­şı­dı­ğı is­ti­li­yi ha­va­ya bu­rax­ma­sı asan­laş­dı­rıl­mış olur. Bu­na gö­rə də ağır fi­zi­ki iş­lər gör­dü­yü­müz za­man da­mar­la­rın ge­niş­lən­mə­si nə­ti­cə­sin­də üzü­müz qı­za­rır. Qan or­qa­niz­mi­mi­zin hə­ra­rə­ti­nin qo­ru­nub sax­lan­ma­sın­da da bö­yük rol oy­na­yır. Biz üşü­yən­də bə­də­ni­mi­zin rən­gi ağa­rır. Çün­ki də­ri­mi­zin al­tın­da olan qan da­mar­la­rı ha­va­nın so­yuq­lu­ğu­na gö­rə da­ra­lır. Bə­də­ni­mi­zin ha­va­ya ya­xın olan na­hi­yə­lə­rin­də qan bu şə­kil­də azal­dı­lır və or­qa­nizm­də­ki so­yu­ma mi­ni­mu­ma en­di­ri­lir.


Hiç yorum yok:

Yorum Gönder