6 Ağustos 2012 Pazartesi

Sehirli maddə olan trombin

Trom­bin qa­nı lax­ta­lan­dı­ran bir pro­te­in­dir. La­kin trom­bin qa­nın tər­ki­bin­də gəz­sə də keç­di­yi yer­lər­də olan qa­nı lax­ta­lan­dı­ra­raq onun nor­mal ax­ma­sı­na ma­ne ol­mur. Trom­bin qa­nı yal­nız da­mar­lar­dan bi­rin­də qa­nax­ma olan­da lax­ta­lan­dı­rır. Bəs trom­bin la­zım ol­du­ğu za­man lax­ta­lan­dır­ma xü­su­siy­yə­ti­ni ne­cə əl­də edib?

Trom­bin əsa­sən qa­nın tər­ki­bin­də ak­tiv ol­ma­yan prot­rom­bin ha­lın­da möv­cud­dur. Prot­rom­bin ak­tiv ol­ma­dı­ğı­na gö­rə də fib­ri­no­ge­ni hə­rə­kə­tə gə­ti­rə­rək lax­ta­lan­ma üçün zə­ru­ri olan fib­rin mad­də­si­nin əmə­lə gəl­mə­si­ni tə­min et­mir. Be­lə­lik­lə, can­lı nə­za­rət edil­mə­yən lax­ta­lan­ma­nın təh­lü­kə­li tə­sir­lə­rin­dən qo­run­muş olur.

İn­di bu­nu dü­şü­nək. Əgər qa­nın lax­ta­lan­ma sis­te­min­də yal­nız fib­ri­no­gen və prot­rom­bin funk­si­ya da­şı­say­dı, bu hal ölüm­lə nə­ti­cə­lə­nə bi­lər­di. Be­lə bir və­ziy­yət­də in­san ya­ra­lan­dı­ğı za­man qa­nın tər­ki­bin­də məq­səd­siz şə­kil­də do­la­şan prot­rom­bin fib­ri­no­ge­nin ya­nın­dan ötüb ke­çər və hə­min in­san da qan it­ki­sin­dən ölə bi­lər­di.
Bu və­ziy­yə­tə gö­rə, yə­ni prot­rom­bin fib­ri­no­ge­ni fib­ri­nə çe­vir­mək xü­su­siy­yə­ti­nə ma­lik ol­ma­dı­ğı üçün or­qa­nizm­də prot­rom­bi­ni fə­al­laş­dı­rıb hə­rə­kə­tə gə­ti­rən bir me­xa­niz­mə eh­ti­yac var. Bu sis­tem in­san or­qa­niz­min­də möv­cud­dur.

Lax­ta­lan­ma sis­te­min­də «Stü­art ami­li» de­yi­lən baş­qa bir pro­te­in də prot­rom­bi­nə tə­sir edir və onu ak­tiv trom­bi­nə çe­vi­rir. Trom­bin fib­ri­no­ge­ni yal­nız bu şə­kil­də fib­ri­nə çe­vi­rir və qa­nın lax­ta­lan­ma­sı­nı mey­da­na gə­ti­rir.

La­kin bu­ra­da baş­qa mü­hüm mə­qam da var: əgər Stü­art ami­li və prot­rom­bin­lə fib­ri­no­gen qa­nın lax­ta­lan­ma­sın­da rol oy­na­yan ye­ga­nə pro­te­in­lər ol­say­dı, Stü­art ami­li öz tə­si­ri­ni dər­hal gös­tə­rə­cək və or­qa­niz­min qa­nı­nı qur­ta­ra­caq­dı. Məhz bu sə­bəb­lə­rə gö­rə Stü­art ami­li də qa­nın tər­ki­bin­də ak­tiv şə­kil­də de­yil və onun fəa­liy­yə­tə baş­la­maq üçün ak­tiv­ləş­di­ril­mə­si la­zım­dır.

Lax­ta­lan­ma­nın bu ye­rin­də və­ziy­yət da­ha diq­qət­çə­ki­ci bir şə­kil alır. Ak­tiv və­ziy­yət­də olan Stü­art ami­li də prot­rom­bi­ni hə­rə­kə­tə gə­tir­mək üçün ki­fa­yət de­yil. Stü­art ami­li ilə prot­rom­bi­ni bir kol­ba­ya qo­yub qa­rış­dı­ra bi­lər­si­niz, la­kin bu za­man trom­bin əmə­lə gə­lə­nə qə­dər in­san qa­nax­ma­dan ölə­cək. Stü­art ami­li­nin fəa­liy­yə­tə baş­la­ya bil­mə­si üçün də ak­se­le­rin ad­lı baş­qa bir pro­te­in la­zım­dır. Bü­tün bun­la­rın bir ye­rə top­laş­ma­sı ilə ak­tiv Stü­art ami­li prot­rom­bi­nə dər­hal tə­sir edib onu trom­bi­nə çe­vi­rir və qa­nax­ma­nın qar­şı­sı alı­nır.

Bu­ra qə­dər təs­vir edi­lən mər­hə­lə­lə­ri be­lə xü­la­sə et­mək müm­kün­dür ki, bir pro­en­zi­mi ak­tiv­ləş­dir­mək üçün iki ay­rı pro­tei­nə eh­ti­yac du­yu­lur.

La­kin lax­ta­lan­ma­da­kı bir-bi­ri­nə bağ­lı olan pro­ses­lər bu­nun­la da məh­dud­laş­mır. Əs­lin­də ak­se­le­rin də baş­lan­ğıc­da ak­tiv ol­ma­yan pro­ak­se­le­rin və­ziy­yə­tin­də­dir. Bəs bu pro­tei­ni nə ak­tiv­ləş­di­rir? Trom­bin! La­kin trom­bin xa­tır­la­ya­ca­ğı­nız ki­mi, bu zən­cir­va­ri ha­di­sə­də pro­ak­se­le­ri­nin ol­du­ğu yer­dən də aşa­ğı­da­dır. Bu hal­da ak­se­le­rin ha­zır­lan­ma­sın­da rol oy­na­yan trom­bin nə­və­nin nə­nə­dən əv­vəl möv­cud ol­ma­sı­na bən­zə­yir. La­kin Stü­art ami­li­nin prot­rom­bi­ni çox aşa­ğı sü­rət­lə par­ça­la­ma­sı­na gö­rə qan­da hə­mi­şə mü­əy­yən bir miq­dar­da trom­bin olur. (Mic­ha­el Be­he, «Dar­win’s Black Box», New York: Free Press, 1996, s.85-90).

Bu­ra qə­dər qeyd olu­nan­lar lax­ta­lan­ma ilə bağ­lı ol­duq­ca sət­hi mə­lu­mat­lar idi. La­kin bu məh­dud mə­lu­mat­la­ra bax­ma­ya­raq lax­ta­lan­ma ki­mi hə­ya­tı­mız bo­yun­ca tez-tez rast­laş­dı­ğı­mız bir ha­di­sə­nin nə qə­dər komp­leks və hey­rə­ta­miz bir plan ol­du­ğu­nu dərk et­mək müm­kün­dür. On­lar­la zər­rə­ci­yin bir-bi­ri­nə bağ­lı şə­kil­də funk­si­ya da­şı­dı­ğı və hər bi­ri­nin də qü­sur­suz fəa­liy­yət gös­tər­di­yi bu sis­te­min tə­sa­düf­lər nə­ti­cə­sin­də mey­da­na gəl­mə­si id­dia­sı­nı irə­li sür­mək isə bir in­sa­nın hə­ya­tı bo­yu qar­şı­la­şa bi­lə­cə­yi ən mən­tiq­siz, ən şü­ur­suz bir hə­rə­kət­dir.

Bun­dan əla­və, tə­ka­mül­çü­lər can­lı­la­rın mər­hə­lə-mər­hə­lə tə­ka­mü­lə mə­ruz qa­lıb ka­mil­ləş­di­yi­ni id­dia edir­lər. Hal­bu­ki lax­ta­lan­ma ha­di­sə­sin­dən də gö­rün­dü­yü ki­mi, bü­tün pro­te­in və en­zim­lər lax­ta­lan­ma­nın baş ver­mə­si üçün bir-bi­ri­nə bağ­lı­dır və on­lar­dan bi­ri ol­ma­dan di­gə­ri heç bir işə ya­ra­mır, hət­ta hə­min can­lı­nın ölü­mü­nə də sə­bəb olur. Bu­na gö­rə də can­lı­nın di­gər zər­rə­cik­lə­rin ta­mam­lan­ma­sı­nı göz­lə­mək ki­mi bir şan­sı və vax­tı ol­ma­ya­caq, be­lə­lik­lə də can­lı məhv ola­caq­dır. İn­san han­sı­sa tə­ka­mül mər­hə­lə­lə­ri­ni ke­çə­rək tək­mil­ləş­mə­yib. İn­san bu gün han­sı gö­rü­nü­şə ma­lik­dir­sə, onun han­sı fi­zi­ki və kim­yə­vi xü­su­siy­yət­lə­ri var­sa, o, bun­dan mil­yon il­lər əv­vəl ilk də­fə ya­ra­nan­da da hə­min xü­su­siy­yət­lə­rə ma­lik olub. Bu da in­sa­nın Al­lah tə­rə­fin­dən bir an için­də ya­ra­dıl­ma­sı hə­qi­qə­ti­nin aş­kar də­lil­lə­rin­dən­dir:

«De ki: «Mə­nə bir de­yin, gös­tə­rin gö­rüm, Al­lah­dan baş­qa iba­dət et­dik­lə­ri­niz yer üzün­də nə­yi ya­ra­dıb­lar? Yox­sa on­la­rın göy­lər­də bir şə­rik­li­yi var? Ya­xud on­la­ra bir ki­tab ver­mi­şik və ora­da­kı bir də­li­lə is­ti­nad edir­lər?! Xeyr, o za­lim­lər bir-bi­ri­nə an­caq ya­lan vəd ve­rir­lər» («Fa­tir» su­rə­si, 40).

Hiç yorum yok:

Yorum Gönder