Onurğanın quruluşu bir çox hissələrdən ibarətdir. Öncə «fəqərə» adlanan 33 ədəd kiçik yuvarlaq sümük bir-birinin üzərində yerləşdirilib. Bu sümüklərin içinə də beyinlə bütün orqanlar arasındakı koordinasiyanı təmin edən onurğa beyni adlı çox mühüm rabitə şəbəkəsi döşənib. Bu sümüklər elə bir şəkildə birləşdiriliblər ki, orqanizmin ayaq üstə, düz dayanmasına səbəb olan forma ortaya çıxıb. Qabırğalar və daxili orqanlar həmin 33 sümüyün əmələ gətirdiyi böyük quruluşa bağlanır. Bütün bu mərhələlərdən sonra ortaya yer üzünün ən böyük mühəndislik möcüzələrindən biri çıxıb.
Onurğanın ən mühüm funksiyası yük daşımaqdır. Orqanizmin yuxarı hissəsinin ağırlığı onurğanın üzərinə düşür. Hər dəfə addım atanda onurğamızı əmələ gətirən fəqərələr bir-birinin üzərində hərəkət edir. Onurğanı təşkil edən 33 fəqərənin ağırlıq altında hərəkət etməsindən qaçılmaz şəkildə sürtünmə hadisəsi yaranır. Sürtünməyə görə də aşınma ortaya çıxacaq. Həmin aşınma həyati əhəmiyyətli bir rabitə şəbəkəsini qoruyan və eyni zamanda da böyük bir yük daşıyan onurğa üçün olduqca böyük problemlər yaradardı. Bəs üst-üstə yerləşmiş 33 fəqərədən əmələ gəlmiş quruluş əzilmədən və sürtünmədən necə qorunur?
Bu sualın cavabını tapmaq üçün onurğanı nəzərdən keçirdiyimiz zaman onurğanın içində ən ideal bir mühafizə sisteminin yerləşdirildiyini görürük. Onurğanı təşkil edən sümüklərin hər birinin arasına qığırdaq quruluşlu lövhə yerləşdirilib. Həmin lövhəciklər avtomobil təkərlərindəki yükü azaldan amortizatorlar kimi fəaliyyət göstərir.
Onurğanın quruluşu da onun üzərinə düşən yükü daşımasını asanlaşdıracaq şəkildə yaradılıb. S şəkilli xüsusi qıvrım forma yükün bərabər paylanmasını təmin edir. Hər bir addımınızda bədəninizin ağırlığına görə yerdən orqanizminizə doğru bir təzyiq gəlir. Bu təzyiq onurğanın malik olduğu amortizatorlar və «gücpaylayıcı» qıvrım forma sayəsində orqanizmə zərər vermir. Əgər təzyiqi azaldan elastiklik və xüsusi quruluş olmasaydı, ortaya çıxan qüvvə birbaşa kəlləyə ötürülər və onurğanın yuxarı ucu kəllə sümüklərini parçalayaraq beynin içinə daxil olardı.
Lakin bu, baş vermir. Uca Allahın insan orqanizmində yaratdığı mükəmməl quruluş sayəsində sağlam şəkildə həyat sürürük.
Hiç yorum yok:
Yorum Gönder