6 Ağustos 2012 Pazartesi

Mikroəsgərlər: leykositlər

Ağ qan hüceyrələri istər yaşadıqları müddətcə, istərsə orqanizmi müdafiə etmək üçün sahib olduqları digər xüsusiyyətləriylə çox açıq bir şəkildə yaradılışı sübut edirlər. Yanda müxtəlif ağ qan hüceyrəsi şekilləri görünür. Sarı hüceyrələr ən kiçik ağ qan hüceyrələri limfositlerdir
Bir dam­la qa­nın için­də ley­ko­sit ad­lan­dı­rı­lan təx­mi­nən 400 min mik­ro­əs­gər var. Hət­ta qüv­vət­li bir mü­da­fiə la­zım ol­du­ğu za­man adi şə­ra­it­də qa­nın hər kub­mil­li­met­rin­də ley­ko­sit­lə­rin sa­yı 7.000-10.000 ara­sın­da ol­du­ğu hal­da bir­dən-bi­rə bu say 30.000-ə qə­dər yük­sə­lə bi­lir. Hə­min əs­gər­lə­rin və­zi­fə­si or­qa­niz­mi mik­ro­düş­mən­lər­dən qo­ru­maq­dır.
Ley­ko­sit­lər or­qa­niz­mə aid ol­ma­yan can­lı-can­sız hər şe­yi yox et­mə­yə proq­ram­laş­dı­rı­lıb­lar. Bu­na gö­rə də or­qa­niz­mə da­xil olan bak­te­ri­ya­la­rı, vi­rus­la­rı və təh­lü­kə ya­ra­da bi­lə­cək hər bir mad­də­ni ax­ta­rır, ta­pır, iz­lə­yir və ən mü­va­fiq mə­qam­da yox edir­lər.


Ley­ko­sit­lər qan­da olan baş­qa hü­cey­rə­lər­dən qu­ru­luş ba­xı­mın­dan fərq­lə­nir­lər. Mə­sə­lən, erit­ro­sit­lər­də nü­və ol­mur. La­kin ley­ko­sit­lər nü­və­li­dir və on­la­rın için­də bü­tün ki­çik or­qa­nizm­lər olur. Bun­dan əla­və, ley­ko­sit­lər bir ne­çə gün, bir in­fek­si­on xəs­tə­lik za­ma­nı hət­ta bir ne­çə sa­at ya­şa­yır­lar. Bu qə­dər qı­sa bir hə­yat gü­man edil­di­yi­nin ək­si­nə ola­raq or­qa­niz­min mü­da­fiə­si ba­xı­mın­dan çox əhə­miy­yət­li­dir. Çün­ki mü­da­fiə edən, yə­ni qüv­və­dən düş­müş ley­ko­sit ölür və o, ye­ni­cə məhv olar­kən onun əvə­zi­nə dər­hal sağ­lam və mü­da­fiə qa­bi­liy­yə­ti çox yük­sək olan ye­ni bir ley­ko­sit ha­zır­la­nır.

Ley­ko­sit­lər əs­lin­də yal­nız bir növ hü­cey­rə­lər­dən əmə­lə gəl­mir. «Ley­ko­sit» müx­tə­lif əs­gər­lər­dən təş­kil olun­muş və in­san or­qa­niz­mi uğ­run­da mü­ba­ri­zə apa­ran dö­yüş­çü hü­cey­rə­lə­rə ve­ri­lən ümu­mi ad­dır. Bu əs­gər­lər iki əsas qru­pa ay­rı­lır. Bi­rin­ci qrup düş­mən­lə ilk qar­şı­la­şan və üz-üzə mü­ba­ri­zə apa­ran qra­nu­lo­sit­lər­dir. İkin­ci qrup isə düş­mə­nə qar­şı xü­su­si si­lah­lar (an­ti­ci­sim) ha­zır­la­yan lim­fo­sit­lər­dir.

Lim­fo­sit­lə­rin qan­da­kı baş­qa hü­cey­rə­lər­dən fərq­lə­nən xü­su­siy­yət­lə­ri var. Qa­nı nə­zə­rə al­ma­saq, to­xu­ma­lar­da olan lim­fo­sit­lə­rin sa­yı qan­da­kı lim­fo­sit­lə­rin sa­yı­na nis­bə­tən çox­dur. Bu hü­cey­rə­lər or­qa­niz­min də­rin­lik­lə­rin­də olan to­xu­ma­lar­da san­ki ba­za ya­ra­dır və to­xu­ma­la­rı mik­rob­lar­dan qo­ru­yur­lar. Be­lə ol­du­ğu hal­da qa­nın tər­ki­bin­də lim­fo­sit ol­ma­sı­nın sə­bə­bi nə­dir?

Əs­lin­də ley­ko­sit­lər qan­dan da­şı­ma va­si­tə­si ki­mi is­ti­fa­də edir­lər. Ley­ko­sit­lər san­ki pat­rul xid­mə­ti ye­ri­nə ye­ti­rən jan­dar­ma bir­li­yi ki­mi qan­la bir­lik­də bü­tün or­qa­niz­mi gə­zir, yaş­lı və qüv­və­siz ley­ko­sit­lə­rin ol­du­ğu to­xu­ma­la­rı sü­rət­lə möh­kəm­lən­di­rir­lər. Be­lə şü­ur­lu və sü­rət­lən­di­ri­ci bir sis­te­min tə­ka­mül­çü­lə­rin id­dia et­dik­lə­ri ki­mi, tə­sa­düf­lər nə­ti­cə­sin­də in­ki­şaf et­mə­si müm­kün de­yil.

Şü­ur­suz atom­lar­dan iba­rət olan bir hü­cey­rə­nin seç­mə qa­bi­liy­yə­ti­nə, ağı­la və şüu­ra ma­lik ola bil­mə­yə­cə­yi, or­qa­niz­min mü­da­fiə­si­ni tə­min edən xü­su­siy­yət­lə­ri öz-özü­nə əl­də edə bil­mə­yə­cə­yi aş­kar bir hə­qi­qət­dir. Bu ki­çik can­lı­nın baş­qa hü­cey­rə­lə­ri qo­ru­maq üçün mü­ba­ri­zə apar­ma­sı ol­duq­ca mü­hüm və in­cə bir mə­sə­lə­dir. Göz­lə gö­rün­mə­yən bir hü­cey­rə­nin özü­nü si­zin üçün fə­da et­mə­si və or­qa­niz­mi­niz­də ey­ni şə­kil­də fə­da­kar­lıq edən mil­yon­lar­la hü­cey­rə­nin ol­ma­sı gö­zü­nüz­lə gör­dü­yü­nüz mil­yon­lar­la mö­cü­zə­dən bi­ri­dir.

Ley­ko­sit­lə­rin qu­ru­lu­şun­da­kı mü­kəm­məl­lik, ma­lik ol­duq­la­rı fə­da­kar­lıq, mü­ba­ri­zə apar­maq şüu­ru və qa­bi­liy­yə­ti öz se­çim­lə­ri­nin de­yil, Al­la­hın on­la­rı bu xü­su­siy­yət­lər­də ya­rat­ma­sı­nın bir nə­ti­cə­si­dir. Bu­nun ək­si­ni sü­but et­mə­yə ça­lı­şan­lar bu gü­nə qə­dər heç bir nə­ti­cə əl­də et­mə­yib­lər, bun­dan son­ra əl­də et­mə­lə­ri də müm­kün de­yil. Al­lah Onu in­kar et­mə­yə ça­lı­şan­la­rın səy­lə­ri­ni «Nur» su­rə­sin­də il­ğı­ma bən­zə­də­rək be­lə bu­yur­muş­dur:

«İn­kar edən­lə­rin əməl­lə­ri uc­suz-bu­caq­sız səh­ra­da­kı il­ğı­ma bən­zər ki, su suz­luq­dan ürə­yi ya­nan onu su bi­lər. Nə­ha­yət, gə­lib ona ye­tiş­di­yi za­man onun heç nə ol­du­ğu­nu gö­rər. O öz əmə­li­nin ya­nın­da an­caq Al­la­hın cə­za­sı­nı ta­par. Al­lah da onun cə­za­sı­nı ve­rər. Al­lah tez­lik­lə haqq-he­sab çə­kən­dir» («Nur» su­rə­si, 39).

1 yorum:

  1. Sands Casino Review & Rating - Vegas Detailed Information
    Sands Casino Review. Find out kadangpintar how to play 제왕카지노 at the Sands Casino and see what you can expect from the casino. The welcome bonus is 100% match septcasino

    YanıtlaSil