7 Ağustos 2012 Salı

Qanı əmələ gətirən zərrəcikər. Kiçik qırmızı hüceyrələr: eritrositlər


Mikroskopla araşdığımızda qanın tərkibində fərqli hüceyrə növü olduğunu görürük. (solda) Qana qırmızı rəngi sayca daha çox olan qırmızı qan hüceyrələri verir. Bu hüceyrələr oksigenlə yüklü olduğunda qanın rəngi qırmızı olur. Əks halda qan çəhrayı bir qəhvə rənginə bürünər.
İn­san or­qa­niz­min­də­ki təx­mi­nən 25 tril­yon ki­çik qır­mı­zı qan hü­cey­rə­si fa­si­lə­siz ola­raq yük da­şı­yır. Erit­ro­sit ad­la­nan bu hü­cey­rə­lər qan ma­ye­si için­də bü­tün or­qa­niz­mi gə­zir və ye­ri­nə uy­ğun ola­raq ok­si­gen və ya kar­bon­di­ok­sid da­şı­yır­lar. La­kin bu, sa­də bir da­şı­ma pro­se­si de­yil. İlk ön­cə hü­cey­rə­nin bir mad­də­ni da­şı­ya bil­mə­si üçün onun xü­su­si qu­ru­lu­şa ma­lik ol­ma­sı la­zım­dır. Mə­sə­lən, ok­si­gen da­şı­ya­caq bir hü­cey­rə üçün ən ide­al for­ma hə­min hü­cey­rə­nin yas­tı ol­ma­sı­dır. Çün­ki bu cür for­ma hü­cey­rə­nin sət­hi­ni ar­tı­ra­caq və onun ok­si­gen­lə tə­ma­sı­nı asan­laş­dı­ra­caq. Be­lə ki, erit­ro­sit hü­cey­rə­si­nin qu­ru­lu­şu yu­var­laq və yas­tı for­ma­da olan yas­tı­ğı xa­tır­la­dır. Erit­ro­sit­lər bu­nun sa­yə­sin­də müm­kün qə­dər çox­lu miq­dar­da ok­si­gen ato­mu ilə tə­ma­sa gi­rə bi­lən bir qu­ru­lu­şa ma­lik­dir.

Hemoglobin oksigenin daşınması üçün lazımlı olan ən uyğun dizayna sahib bir molekuldur.



Nor­mal şə­ra­it­də or­qa­nizm­də sa­ni­yə­də təx­mi­nən 2,5 mil­yon erit­ro­sit ha­zır­la­nır. Erit­ro­sit­lə­rin sa­yı­nın ni­zam­lan­ma­sı və bu nis­bə­tin ta­raz­lı şə­kil­də sax­la­nıl­ma­sı or­qa­nizm üçün hə­ya­ti əhə­miy­yət da­şı­yır. Hər han­sı bir sə­bəb­dən, mə­sə­lən, bə­də­nin hə­ra­rə­ti­nin azal­ma­sı sə­bə­bi ilə erit­ro­sit­lə­rin sa­yın­da ar­tım mü­şa­hi­də edil­mə­si cid­di na­ra­hat­lıq­la­ra sə­bəb ola bi­lər. Bə­də­nin tem­pe­ra­tu­ru həd­siz də­rə­cə­də aşa­ğı dü­şən­də qan ma­ye­si­nin azal­ma­sı­nın ək­si­nə ola­raq erit­ro­sit­lə­rin sa­yı ey­ni qa­lır. Va­hid həc­mə dü­şən erit­ro­sit­lə­rin sa­yı­nın art­ma­sı ilə bir­lik­də qa­nın axı­cı­lı­ğı da aza­lır. Bu da da­mar­lar­da tı­xan­ma­ya sə­bəb olur və ürə­yin fəa­liy­yə­ti­ni çə­tin­ləş­di­rir. Bu­na gö­rə də erit­ro­sit sa­yı­nın mü­əy­yən bir ta­raz­lıq­da ol­ma­sı in­san üçün hə­ya­ti əhə­miy­yət da­şı­yır.

Or­qa­nizm­də­ki da­şı­ma pro­se­si üçün hü­cey­rə for­ma­sı­nın yal­nız yas­tı ol­ma­sı ki­fa­yət de­yil. Ok­si­ge­ni da­şı­yan, la­kin on­la­rı hü­cey­rə­yə onun is­ti­fa­də edə bi­lə­cə­yi şə­kil­də ve­rə bil­mə­yən erit­ro­sit­lə­rin heç bir mə­na­sı yox­dur. Çün­ki or­qa­nizm hü­cey­rə­lə­ri­nin ok­si­ge­ni öz­lə­ri­nə bağ­la­ya­caq xü­su­si mo­le­kul­la­ra eh­ti­ya­cı var. Bu mo­le­kul ok­si­gen­lə üçöl­çü­lü qu­ru­luş­da ən ide­al for­ma­da bir­ləş­mə­li və ok­si­ge­ni eti­bar­lı şə­kil­də da­şı­ma­lı­dır. La­kin o, ok­si­ge­nə çox da sıx şə­kil­də bağ­lan­ma­ma­lı, ok­si­gen ve­ri­lə­cək hü­cey­rə­yə çat­dı­ğı za­man ok­si­gen­dən asan­lıq­la ay­rı­la bil­mə­li­dir. Qı­sa­sı, ok­si­ge­nin da­şın­ma­sı və on­dan la­zı­mi yer­lər­də is­ti­fa­də edi­lə bil­mə­si üçün özü­nə­məx­sus bir qu­ru­luş­da olan xü­su­si mo­le­ku­la eh­ti­yac var. Bu mo­le­kul erit­ro­sit­lə­rə, de­mə­li, qa­na qır­mı­zı rəng ve­rən he­moq­lo­bin mo­le­ku­lu­dur. He­moq­lo­bin bir-bi­rin­dən fərq­li iki funk­si­ya da­şı­dı­ğı­na gö­rə alim­lər tə­rə­fin­dən «qey­ri-adi mo­le­kul» ad­lan­dı­rı­lır.

He­moq­lo­bin ağ­ci­yər­də­ki ok­si­ge­ni al­dı­ğı hal­da kar­bon­di­ok­si­di ve­rir və ora­dan əzə­lə­lə­rə ke­çir. Bu za­man əzə­lə­lər də qi­da­la­rı əri­dib kar­bon­di­ok­si­di əmə­lə gə­ti­rir. He­moq­lo­bin mo­le­ku­lu əzə­lə­lə­rə çat­dı­ğı za­man əv­vəl­ki­nin tam ək­si olan bir funk­si­ya ye­ri­nə ye­ti­rə­rək ok­si­ge­ni ve­rib kar­bon­di­ok­si­di alır. Bu, çox şü­ur­lu və ni­zam­lı hə­rə­kət for­ma­sı­dır.

Alim­lər 1996-cı il­də erit­ro­sit­lə­rin qu­ru­lu­şun­da­kı he­moq­lo­bin mo­le­kul­la­rı­nın ok­si­ge­ni da­şı­maq­dan sa­va­yı hə­yat üçün əhə­miy­yət­li olan baş­qa bir mo­le­ku­lu da da­şı­dıq­la­rı­nı kəşf et­di­lər. Bu mo­le­kul azot­mo­nok­sid­dir (NO). He­moq­lo­bi­nin azot­mo­nok­sid qa­zı­nı da­şı­ma­sı­nın çox mü­hüm bir sə­bə­bi var. He­moq­lo­bin azot­mo­nok­sid qa­zı­nın kö­mə­yi ilə to­xu­ma­ya nə qə­dər ok­si­gen ve­ri­lə­cə­yi­nə nə­za­rət edir. Bu­na gö­rə də bu qa­zın he­moq­lo­bin tə­rə­fin­dən da­şın­ma­sı in­sa­nın hə­ya­tı və səh­hə­ti ba­xı­mın­dan ol­duq­ca əhə­miy­yət­li­dir.

He­moq­lo­bi­nin qü­sur­suz mo­le­kul qu­ru­lu­şu və funk­si­ya­la­rı alim­lə­rin də diq­qə­ti­ni cəlb edib. Tə­ka­mül­çü Qor­don Rett­ri Tey­lor «Bö­yük tə­ka­mül mis­ti­ka­sı» («The Gre­at Evo­lu­ti­on Mystery») ad­lı ki­ta­bın­da he­moq­lo­bin haq­qın­da bun­la­rı ya­zır:

«Qa­nın hə­lə yal­nız əmə­lə gəl­mə­si sa­qa das­ta­nı­na bən­zə­yir. Qan ək­sə­riy­yə­ti­nin ki­fa­yət qə­dər ay­dın ol­ma­dı­ğı ən azı 80 ün­sür­dən təş­kil olu­nur. Ən bö­yük əhə­miy­yə­tə ma­lik olan əsas qüv­və isə he­moq­lo­bin­dir. He­moq­lo­bin ağ­ci­yər­də olan ok­si­ge­ni al­dı­ğı hal­da kar­bon­di­ok­si­di ve­rir və ora­dan əzə­lə­lə­rə ke­çir. Ora­da isə tam əks olan bir funk­si­ya ye­ri­nə ye­ti­rə­rək ok­si­ge­ni ve­rib kar­bon­di­ok­si­di alır. Əzə­lə­lər də qi­da­la­rı əri­dib kar­bon­di­ok­si­di əmə­lə gə­ti­rir. Bu, bir av­to­mo­bi­lin ya­na­caq yan­dı­rıb kar­bon­mo­nok­sid ya­rat­ma­sı­na bən­zə­yir. Bu mad­də hə­qi­qə­tən də qey­ri-adi bir mo­le­kul­dur ki, bir an­da ok­si­ge­nə qar­şı bir­ləş­mə­yə meyl edər­kən bir ne­çə sa­ni­yə son­ra hə­min meyl­lən­mə is­tə­yi­ni iti­rir. Bir an­da se­çi­mi kar­bon­di­ok­si­də bağ­lı ola­raq də­yi­şir. Bu da onu da­ha da diq­qət mər­kə­zi­nə gə­ti­rir. Onun ye­ri­nə ye­tir­di­yi işə uy­ğun olan da­ha yax­şı nü­mu­nə yox­dur».

Tey­lo­run da qı­sa­ca qeyd et­di­yi ki­mi, he­moq­lo­bin mo­le­ku­lu san­ki şü­ur­lu bir var­lıq ki­mi la­zı­mi yer­də və vaxt­da la­zı­mi se­çi­mi edə bi­lir. He­moq­lo­bin yal­nız ok­si­ge­ni da­şı­maq­la ki­fa­yət­lən­mə­yib ok­si­ge­nə tə­ci­li eh­ti­ya­cı olan bir əzə­lə­nin ya­nın­dan ke­çər­kən bu ok­si­ge­ni ver­mək la­zım ol­du­ğu­nu dər­hal an­la­yır, bu za­man ve­ri­lən kar­bon­di­ok­si­di al­maq, onu ha­ra ver­mək la­zım ol­du­ğu­nu da bi­lə­rək hə­rə­kət edir və ye­ni yü­kü ilə bir­lik­də ağ­ci­yər­lə­rə doğ­ru yo­la çı­xır. He­moq­lo­bin mo­le­ku­lu ok­si­gen­lə kar­bon­di­ok­si­di heç vaxt bir-bi­ri­nə qa­rış­dır­mır, da­im doğ­ru ün­va­na ge­dir.

Bir mo­le­ku­lun dü­şün­mək, qə­rar qə­bul et­mək, seç­mək və ayırd et­mək ki­mi xü­su­siy­yət­lə­ri zə­ru­rə­tə çe­vi­rən be­lə dav­ra­nış­lar gös­tər­mə­si əl­bət­tə ki, çox dü­şün­dü­rü­cü­dür.

Bü­tün in­san­lar bu mo­le­ku­lun nü­ma­yiş et­dir­di­yi qey­ri-adi şü­ur sa­yə­sin­də hə­yat­la­rı­nı ra­hat şə­kil­də ke­çi­rə bi­lir­lər. İn­san or­qa­niz­min­də sa­at­da or­ta he­sab­la 900 mil­yon erit­ro­sit ya­ra­nır. Yal­nız bir erit­ro­sit hü­cey­rə­sin­də isə təx­mi­nən 300 mil­yon he­moq­lo­bin mo­le­ku­lu var. Bu mo­le­kul­la­rın ha­mı­sı hə­min pro­ses­lə­ri heç bir qa­rı­şıq­lıq ol­ma­dan ye­ri­nə ye­ti­rə bi­lə­cək xü­su­siy­yət­lə­rə ma­lik­dir. İn­sa­nın or­qa­niz­min­də olan bü­tün he­moq­lo­bin mo­le­kul­la­rı­nın sa­yı və bü­tün bu mo­le­kul­la­rın is­tis­na­sız ola­raq ey­ni qa­bi­liy­yət­lə­rə ma­lik ol­ma­sı göz önü­nə gə­ti­ri­lən­də möv­zu­nun əhə­miy­yə­ti da­ha da ay­dın olur.

Hemoglobin oksigenin daşınması üçün lazımlı olan ən uyğun dizayna sahib bir molekuldur.
Be­lə bir se­çi­min tə­sa­dü­fən or­ta­ya çı­xa bil­mə­yə­cə­yi, in­san or­qa­niz­min­də­ki mil­yard­lar­la he­moq­lo­bi­nin xü­su­siy­yət­lə­ri­nin tə­sa­düf­lər nə­ti­cə­sin­də əmə­lə gə­lə bil­mə­yə­cə­yi hər bir ağıl­lı in­san üçün aş­kar bir hə­qi­qət­dir. He­moq­lo­bin mo­le­ku­lu­nu ya­ra­dan və onu hər bir in­sa­nın or­qa­niz­mi­nə bü­tün xü­su­siy­yət­lə­ri ilə bir­lik­də yer­ləş­di­rən yal­nız Uca Al­lah­dır:

«O Al­lah Rəb­bi­niz­dir! On­dan baş­qa heç bir tan­rı yox­dur, hər şe­yi ya­ra­dan Odur. Bu­na gö­rə də yal­nız Ona iba­dət edin. O, hər şe­yə və­kil­dir!» («Ənam» su­rə­si, 102).


Ok­si­ge­nin he­moq­lo­bin­lə bağ­lı şə­kil­də pay­lan­ma­sı tə­ka­mül­çü­lər üçün qa­ran­lıq bir da­lan­dır


Qa­nın ok­si­gen ve­rib kar­bon­di­ok­si­di al­maq pro­se­si­ni he­moq­lo­bin ol­ma­dan ye­ri­nə ye­ti­rə bil­mə­mə­si tə­ka­mül­çü­lər üçün bir sirr­dir. Çün­ki tə­ka­mül­çü­lər qa­nın və in­san or­qa­niz­min­də olan baş­qa sis­tem­lə­rin mü­əy­yən dövr ər­zin­də mər­hə­lə­lər­lə mey­da­na gəl­di­yi­ni id­dia edir­lər. Yə­ni bu id­dia­ya gö­rə, qa­nın möv­cud ol­du­ğu, la­kin onun için­də he­moq­lo­bin mo­le­ku­lu­nun hə­lə ol­ma­dı­ğı bir dövr var. Hal­bu­ki bu, tə­ka­mül nə­zə­riy­yə­si ba­xı­mın­dan bö­yük bir zid­diy­yət­dir. Qan ad­la­nan ma­ye he­moq­lo­bin mo­le­ku­lu ol­ma­dan öz funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rə bil­məz və hü­cey­rə­lə­ri­nə ok­si­gen gəl­mə­yən can­lı dər­hal ölər. Bu can­lı­nın he­moq­lo­bin mo­le­ku­lu­nun əmə­lə gəl­mə­si­ni göz­lə­mə­yə vax­tı yox­dur. Gö­rün­dü­yü ki­mi, qan ya­ra­nan­da he­moq­lo­bin də əmə­lə gəl­mə­li­dir. Yə­ni qa­nın bü­tün qu­ru­luş və xü­su­siy­yət­lə­ri ilə bir­lik­də yal­nız bir an­da or­ta­ya çıx­ma­sı əsas şərt­dir. Bu yer­də tə­ka­mül­çü­lə­rin mər­hə­lə­li ya­ra­dı­lış id­dia­la­rı ta­ma­mi­lə alt-üst olur və qa­nın Al­lah tə­rə­fin­dən yal­nız bir an­da ya­ra­dıl­dı­ğı sü­bu­ta ye­tir.

Hiç yorum yok:

Yorum Gönder