11 Ocak 2011 Salı

Əzələlərin müəyyən ahəng içində fəaliyyət göstərməsi


Ən sa­də bir tə­bəs­süm və ya adi bir gü­lüş üçün 17 əzə­lə ey­ni an­da doğ­ru funk­si­ya ye­ri­nə ye­ti­rə­rək fəa­liy­yət­də ol­maq məc­bu­riy­yə­tin­də­dir. Əgər 17 əzə­lə­dən bi­ri fəa­liy­yət gös­tər­mə­sə və ya funk­si­ya­sı­nı yan­lış ye­ri­nə ye­tir­sə, gü­lüş baş ver­məz, üs­tə­lik üz­də olan ifa­də mə­na­sız olar.

İn­sa­nın üzün­də və­zi­fə­si yal­nız mi­mi­ka ya­rat­maq olan 28 ay­rı əzə­lə var. Hə­min əzə­lə­lə­rin müx­tə­lif hə­rə­kət­lər­lə bü­kül­mə­si ilə yüz­lər­lə üz ifa­də­si ya­ra­nır. Əsə­bi­lik, hey­rət, ra­hat­lıq, zövq al­ma ki­mi ru­hi və­ziy­yət­lə­rin hər bi­ri­nin in­san üzün­də əks olu­nan və əzə­lə­lər tə­rə­fin­dən for­ma ve­ri­lən bir ifa­də­si var.

Sa­də bir ad­dım üçün ayaq­lar­da və ar­xa­da olan 54 ay­rı əzə­lə mü­əy­yən bir har­mo­ni­ya için­də fəa­liy­yət gös­tər­mə­li­dir. Bir gü­lü tut­maq və ya bir stə­kan su içə bil­mək 27 sü­mü­yün və bun­la­ra is­ti­qa­mət ve­rən ide­al əzə­lə və si­nir sis­te­mi­nin kö­mə­yi ilə müm­kün olur.

Ola bil­sin ki, hər bir in­san or­qa­niz­min gül­mək, da­nış­maq, gö­zü­nü açıb-bağ­la­maq, ye­ri­mək, qaç­maq ki­mi funk­si­ya­la­rı­na vər­diş et­sin, la­kin bu mə­lu­mat­la­rı oxu­yan in­san bir da­ha dü­şün­mə­li­dir. Bü­tün əzə­lə­lə­ri, sü­mük­lə­ri, hü­cey­rə­lə­ri, qı­sa­sı, or­qa­niz­min­də­ki hər bir de­tal on­dan xə­bər­siz şə­kil­də fəa­liy­yət gös­tə­rir. İn­sa­nın öz or­qa­niz­mi­nə ye­ni bir or­qan əla­və et­mə­yə gü­cü çat­maz. Hət­ta bu gün müa­sir tex­no­lo­gi­ya­nın in­ki­şaf et­mə­si­nə bax­ma­ya­raq in­san or­qa­niz­min­də­ki ək­sər sis­tem­lə­rin ana­lo­qu­nu ya­rat­maq da müm­kün ol­ma­yıb. Bu­na gö­rə də in­san gü­lüm­sə­yə bil­di­yi hər bir an üçün or­qa­niz­min­də­ki qü­sur­suz sis­te­mə, yə­ni bu sis­te­mi onun üçün ya­rat­mış Uca Al­la­ha borc­lu ol­du­ğu­nu yad­dan çı­xar­ma­ma­lı və bu­nun üçün şükr et­mə­li­dir.

Al­lah in­sa­nı qü­sur­suz şə­kil­də ya­ra­dıb. Ayə­lər­də də bil­di­ril­di­yi ki­mi, «dü­zəl­dib qay­da­ya (in­san şək­li­nə) sal­dı». İn­san or­qa­niz­mi Al­la­hın in­tə­ha­sız və bö­yük gü­cü­nü və son­suz el­mi­ni sü­but edən də­lil­lər­dən yal­nız bi­ri­dir. Ağ­lı və vic­da­nı olan hər bir in­san bu açıq hə­qi­qə­ti gö­rür:

«Ey in­san! Sə­ni kə­rim olan Rəb­bi­nə qar­şı al­da­dan nə­dir? O Rəb­bin ki, sə­ni ya­rat­dı, dü­zəl­dib qay­da­ya sal­dı. Sə­nə Özü is­tə­di­yi su­rət­də bi­çim ver­di» («İn­fi­tar» su­rə­si, 6-8).

Hiç yorum yok:

Yorum Gönder