10 Şubat 2011 Perşembe

Or­qa­nizm­də­ki can­lı bank: sü­mük­lər


İn­san­la­rın ək­sə­riy­yə­ti sü­mük­lə­rin can­sız mad­də­lər ol­du­ğu­nu gü­man edir, la­kin sü­mük­lər on­la­rın xa­ri­ci tə­bə­qə­lə­ri­ni çıx­maq şər­ti­lə can­lı to­xu­ma­lar­dır. Bu to­xu­ma­la­rın için­də mik­ros­ko­pik da­mar­lar, si­nir şə­bə­kə­lə­ri və sü­mük ili­yi var. İn­san or­qa­niz­min­də­ki sü­mük­lər ey­ni za­man­da bir bank ki­mi fəa­liy­yət gös­tə­rir­lər. Kal­si­um və fos­for ki­mi hə­ya­ti əhə­miy­yət­li mad­də­lə­ri eh­ti­yat­da sax­la­yır, eh­ti­yat­da sax­la­dıq­la­rı bu mad­də­lə­ri hər han­sı bir və­ziy­yət­də, bu­na eh­ti­yac olan­da ye­ni­dən or­qa­niz­mə qay­ta­rır­lar.

Əgər or­qa­nizm­də kal­si­um ol­ma­say­dı, nə baş ve­rər­di?
Kal­si­um or­qa­nizm­də ət­raf­dan top­la­nan siq­nal­la­rı si­nir­lə­rə çat­dır­maq ki­mi ol­duq­ca mü­hüm bir funk­si­ya da­şı­yır. Kal­si­um ol­ma­sa, siq­nal­lar si­nir­lə­rə ça­ta bil­məz. Bu da in­sa­nın ta­ma­mi­lə if­lic ol­ma­sı və da­xi­li or­qan­la­rı­nın iş­lə­mə­mə­si, de­mə­li, ölüm­lə nə­ti­cə­lə­nə­cək bir hal­dır.

Kal­siu­mun or­qa­nizm üçün əhə­miy­yə­ti tək­cə bu­nun­la bit­mir.

Bir ye­ri­niz kə­si­lən­də kə­sil­miş yer­də qı­sa müd­dət­dən son­ra qan lax­ta­la­nır, qa­nax­ma da­ya­nır və bu­nun sa­yə­sin­də si­zin qan it­ki­sin­dən öl­mə­yi­ni­zin qar­şı­sı alı­nır. Bu, çox mü­hüm bir təd­bir­dir və onun hə­ya­ti əhə­miy­yə­ti var. Əgər qan lax­ta­lan­ma­say­dı, nə olar­dı? Al­tı de­şil­miş bir çəl­lə­yin için­də­ki bü­tün su­yun çəl­lək bo­şa­la­na qə­dər də­lik­dən ax­ma­sı ki­mi or­qa­niz­mi­niz­də­ki bü­tün qan ya­ra­nın aç­dı­ğı ki­çik bir də­lik­dən ta­mam axıb qur­ta­ra bi­lər­di. La­kin in­san or­qa­niz­min­də qa­nı lax­ta­lan­dı­ran mö­cü­zə­vi bir me­xa­nizm var (mü­fəs­səl mə­lu­mat üçün bax: «Qa­nın lax­ta­lan­ma­sı» bö­lü­mü). Bu me­xa­nizm in­sa­nı müt­ləq ölüm­dən qo­ru­yur. Be­lə­lik­lə, bu me­xa­niz­mi hə­rə­kə­tə gə­ti­rən ən mü­hüm amil­lər­dən bi­ri də kal­si­um­dur. Sü­mük­lər­də eh­ti­yat­da sax­la­nı­lan kal­si­um ol­ma­say­dı, qa­nı­nız lax­ta­lan­maz­dı.






Hiç yorum yok:

Yorum Gönder