Ürəyin əzələ liflərinin ən incə yerlərinə çox mühüm bir xəbər daşıyan xüsusi molekullar yerləşdirilib. Bu xəbər ürəklə deyil, çox uzaqdakı başqa bir orqanla bağlı olan xəbəri daşıyır. Lakin xəbəri daşıyan molekullar qüvvətli əzələ lifləri ilə əhatə edildiklərinə görə adi şəraitdə bu nahiyədən uzaqlaşa bilməzlər.
Bəs bu molekullar hansı xəbəri daşıyır və bu molekullar nə üçün ürək əzələsinin dərinliklərində yerləşdiriliblər? Bu sualların cavabı araşdırılanda yenə də bir yaradılış möcüzəsi ilə qarşılaşırıq.
Bu molekul «adrenal natriuretik amil» adlanan bir hormondur. Daxilindəki xəbəri oxuya biləcək yeganə səlahiyyətli orqan da böyrəklərdir. Həmin xəbər böyrəklərə natriumun orqanizmdən kənar edilməsini əmr edir.
Burada insanın ağlına «Nə üçün böyrəklərə göndəriləcək bir xəbər ürəyin dərin yerlərində gizlənir?», «Böyrəklərin natriumu orqanizmdən kənarlaşdırması ilə ürəyin nə əlaqəsi var?» kimi suallar gələ bilər. Lakin Allah insan orqanizmini bir-biri ilə iç-içə olan minlərlə sistemlə yaradıb. Ürəyin incə yerlərində böyrəklə bağlı bir xəbərin gizlənməsi bu kompleks və qüsursuz sistemlərdən yalnız biri ilə bağlıdır.
Yüksək qan təzyiqi, yəni damarlarda olan maye miqdarının artması insan üçün olduqca təhlükəli bir vəziyyət yaradır. Əgər bunun qarşısı alınmazsa, ölümlə nəticələnə bilər. Artan qan təzyiqi ürəyin daha çox gərilməsinə səbəb olur. Bu gərilmə ilə əzələ liflərinin arası da açılır və liflərin içindəki xəbər molekulları sərbəstləşərək qana qarışır. Bundan sonra həmin xəbər qan vasitəsilə böyrəklərə çatır. Böyrək ona gələn əmrə tabe olur və orqanizmdəki natriumu kənarlaşdırmaq üçün hərəkətə gəlir. Natriumla birlikdə orqanizmdən kənar edilən mayenin miqdarı da artır. Beləliklə, qan təzyiqi normal səviyyəyə enir və ürək sağlam şəkildə döyünməkdə davam edir.
Hiç yorum yok:
Yorum Gönder