Qaraciyərdə olan sistemi bir limanın fəaliyyətinə bənzətmək olar. Müxtəlif bölgələrdən gələn yük gəmiləri bir limanda toplanıb buradan başqa bölgələrə yük payladıqları kimi qaraciyərdə də orqanizm üçün zəruri olan bütün maddələr toplanır və buradan orqanizmin ehtiyac duyulan yerlərinə paylanır.
Qaraciyərə daxil olacaq xammalla yüklənmiş qanın bu orqana çatması həzm yollarından və ürəkdən gələn damarlarla bağlıdır. Damarlar orqanları bir-birinə müəyyən məqsədlərlə bağlayır. Yəni orqanizmdə hansı funksiya daşıdığı məlum olmayan və ya istifadə edilməyən damar tapmaq mümkün deyil.
Qaraciyərə çatan damarlar da ən qısa müddət ərzində bu orqana düzgün miqdarda qan çatdırmaq funksiyası daşıyır. Ürəyin sol mədəciyindən gələn oksigenlə zəngin qan qaraciyər arteriyası ilə qaraciyərə çatır. Orqanizmdəki hər bir damar sanki qanın qaraciyərə çatmasının vacib olduğunu bilirmiş kimi bu orqana yönəlib.
Orqanizmimizi gəzərək bütün hüceyrələrin ehtiyaclarını ödəyəcək qan səfərə çıxmazdan əvvəl yaxşıca nəzarətdən keçməli və onun çatışmazlıqları müəyyən edilib aradan qaldırılmalıdır. Bu vaxt qaraciyər hüceyrələri hərəkətə gəlir. Mədə, bağırsaq və dalaqdan gələn qan başqa bir yerə yönəlmədən birbaşa çeşidləmə yerinə, yəni qaraciyərə çatdırılır. Bu orqanlar sanki onlar ortaq qərara gəlibmiş kimi öz üzərlərinə düşən funksiyanı yerinə yetirir, qaraciyərin əhəmiyyətini bilir və öz funksiyalarını ona təhvil verirlər.
Mədə, bağırsaq və dalaqdan çıxan qanın qaraciyərə deyil, birbaşa ürəyə gedərək orqanizmin hüceyrələrinə çatması istifadəyə müvafiq hala gəlməmiş maddələrin, hətta zərərli və zəhərli olanların da bütün hüceyrələrə göndərilməsi demək olardı. Bu da insan üçün həyati baxımdan təhlükəli bir haldır.
Qaraciyər hüceyrələri qan yaratmır. Qan qaraciyər hüceyrələrinə kənardan gəlir. Özlərinə yad bir maye olmasına baxmayaraq qaraciyər hüceyrələri qanın quruluşunu olduqca yaxşı tanıyırlar. Hətta onun tərkibində nə olduğunu da bilirlər. Əgər qanın tərkibində çatışmayan maddələr varsa, bu maddələri təmin edir. Əgər qanın tərkibində həddindən artıq bir maddə varsa, bu maddəni də ehtiyatda saxlayırlar. Qısası, qaraciyər hüceyrələri öz funksiyalarını qüsursuz şəkildə yerinə yetirmək məharətinə malikdir.
Başqa orqanlardan fərqli olaraq qaraciyər iki ayrı mənbədən qan alır. Birincisi ürəyin baş arteriyasından oksigenlə zəngin yük gətirən damar bağlantısıdır. İkincisi isə mədə və bağırsaqlardan qida maddələri daşıyaraq gələn venadır. Bu iki əsas mənbə qaraciyərin dənəvər toxumalarına çatır və qaraciyərin içində sinuslara ayrılır. Qaraciyər hüceyrələri tərəfindən nəzarətdən keçirilən qan yalnız bir venada birləşir və xaric edilir.
Qaraciyərdən çıxan qan yenidən ürəyin sağ tərəfinə çatır və bütün proseslər tamamlanmaqla orqanizmə yayılaraq ağciyərlərə vurulur. Göründüyü kimi, orqanlar arasındakı damar bağları və hətta qanın sıra ilə hansı orqana gedəcəyi də xüsusi bir planla müəyyən edilib və sistem həmin plana əsasən qurulub.
Hiç yorum yok:
Yorum Gönder