13 Mayıs 2011 Cuma

Qa­ra­ci­yə­rin özü-özü­nü ye­ni­ləş­dir­mə qa­bi­liy­yə­ti

Qa­ra­ci­yər in­san or­qa­niz­min­də özü-özü­nü ye­ni­ləş­dir­mək qa­bi­liy­yə­ti­nə ma­lik olan ye­ga­nə or­qan­dır. Qa­ra­ci­yə­rin 70 fai­zə ya­xı­nı kə­sil­sə də o, bir-iki həf­tə ər­zin­də funk­si­ya­la­rı­nı ye­ri­nə ye­ti­rə­cək əv­vəl­ki və­ziy­yə­ti­nə dö­nə bi­lir.

Qa­ra­ci­yə­rin re­ge­ne­ra­si­ya (özü­nü ye­ni­ləş­dir­mə) fəa­liy­yə­ti­nin han­sı me­xa­nizm­lər tə­rə­fin­dən hə­ya­ta ke­çi­ril­di­yi hə­lə də təd­qiq edi­lir. Qa­ra­ci­yə­rin bu xü­su­siy­yə­ti ilk də­fə hə­lə 1931-ci il­də Ma­yo kli­ni­ka­sın­da iki cər­ra­hın təd­qi­qat­la­rı nə­ti­cə­sin­də mə­lum olub. Həm­çi­nin mə­lum olub ki, qa­ra­ci­yər özü­nü bir ne­çə üsul­la ye­ni­ləş­di­rə bi­lir və hər han­sı bir mən­fi hal­dan son­ra bu pro­se­si hü­cey­rə­lə­rin öz­lə­ri av­to­ma­tik ola­raq baş­la­yır­lar.
La­kin sağ­lam bir qa­ra­ci­yər­də­ki hü­cey­rə­lə­rin öz-özü­nə ço­xal­ma­sı­na rast gə­lin­mə­yib. Be­lə olan hal­da bu or­qa­nın la­zım ol­du­ğu za­man özü-özü­nə bö­lü­nə­rək ço­xal­ma­sı­nın və qa­ra­ci­yə­ri əv­vəl­ki öl­çü­lə­ri­nə qay­ta­ra­na qə­dər bu­nu da­vam et­dir­mə­si­nin sə­bə­bi nə­dir? Ço­xal­ma za­ma­nı hü­cey­rə­lər da­ha nə qə­dər da­vam edə­cək­lə­ri­ni və ya ha­ra­da da­ya­na­caq­la­rı­nı ne­cə bi­lir­lər? On­la­ra hə­rə­kət və ya da­yan­ma əm­ri ha­ra­dan gə­lir? Əgər bir yer­dən «da­yan» əm­ri al­mır­lar­sa, di­gər or­qan­la­rı qa­ne edə­cək də­rə­cə­də bö­yü­mə­lə­ri­nin la­zım ol­du­ğu­na öz­lə­ri­mi qə­rar ve­rir­lər?

Qa­ra­ci­yər hü­cey­rə­lə­ri zə­də­lən­dik­lə­ri za­man göz­lə­nil­məz bir fəa­liy­yət gös­tə­rə­rək ani su­rət­də ço­xal­ma­ğa baş­la­yır­lar. Bu­ra­da hü­cey­rə­lə­rin ina­nıl­maz sü­rət­lə bö­lün­mə­si və bu vaxt nor­mal funk­si­ya­la­rı­nı da qü­sur­suz şə­kil­də ye­ri­nə ye­tir­mə­si in­sa­nı hey­rə­tə sa­lır. La­zım olan iş­lər bit­dik­dən son­ra hü­cey­rə bö­lün­mə­si­nin nə vaxt da­ya­na­ca­ğı­na or­taq bir qə­rar­la son qo­yul­ma­sı isə da­ha hey­rə­ta­miz­dir.

Gü­man edi­lir ki, qa­ra­ci­yər­də­ki po­zun­tu bö­lü­nüb ço­xal­ma tə­si­ri ya­ra­dan bə­zi amil­lə­ri hə­rə­kə­tə gə­ti­rir. Bu bö­yü­mə amil­lə­ri qa­ra­ci­yər hü­cey­rə­lə­ri üzə­rin­də­ki qə­bu­le­di­ci­lər tə­rə­fin­dən alı­nır və hü­cey­rə da­xi­lin­də komp­leks fəa­liy­yə­tin baş­lan­ma­sı­na sə­bəb olur. Be­lə­lik­lə, qa­ra­ci­yər hü­cey­rə­lə­ri­nin ge­ne­tik qu­ru­lu­şun­da ye­ni­dən «proq­ram­laş­dır­ma» hə­ya­ta ke­çir və ço­xal­ma üçün la­zı­mi fəa­liy­yət baş­la­yır.

Bu mə­sə­lə ge­ne­ti­ka mü­tə­xəs­sis­lə­ri tə­rə­fin­dən təd­qiq edi­lib və qa­ra­ci­yər­də özü­nü ye­ni­ləş­di­rən hü­cey­rə­lə­rin is­ti­fa­də et­di­yi me­tod­la hə­rə­kət sə­viy­yə­lə­ri də nə­zə­rə alı­nıb. Bu pro­ses «fış­qı­ran he­pa­to­sit­lər» ad­lan­dı­rı­lır və qa­ra­ci­yə­rin mər­kə­zin­dən kə­na­ra doğ­ru keç­di­yi yol təd­qiq edi­lir. Yal­nız bir­cə he­pa­to­si­tin qa­ra­ci­yə­rin ol­duq­ca bö­yük bir his­sə­si­ni ye­ni­ləş­di­rə bi­lə­cə­yi mü­şa­hi­də edi­lib. Bö­lü­nə­rək ço­xal­ma za­ma­nı qa­ra­ci­yər­də­ki ye­ni hü­cey­rə­lə­rin hə­rə­kət et­mə­di­yi, la­kin əv­vəl­ki he­pa­to­sit­lə­rin irə­li­lə­di­yi mü­şa­hi­də edi­lib.

Ye­ni­ləş­mə za­ma­nı qa­ra­ci­yər mər­kə­zin­də olan qa­ra­ci­yər hü­cey­rə­lə­ri və baş­qa hü­cey­rə­lər bu­ra­da­kı por­tal na­hi­yə­dən çı­xa­raq qa­ra­ci­yər ve­na­sı­na doğ­ru irə­li­lə­yir. Bir­gə ye­ri­nə ye­ti­ri­lən bu hə­rə­kə­ti bir yü­rü­şə bən­zət­mək olar. Hü­cey­rə­lər to­xu­ma üzə­rin­də yal­nız bir is­ti­qa­mət­də hə­rə­kət et­dik­lə­ri üçün bir hü­cey­rə nə qə­dər mər­kəz­dən uzaq­dır­sa, bir o qə­dər yaş­lı­dır. Be­lə­lik­lə, hü­cey­rə­lə­rin ya­şı on­la­rın mər­kəz­dən uzaq ol­ma­la­rı­na gö­rə he­sab­la­na bi­lir.

Qa­ra­ci­yər­də baş ve­rən hü­cey­rə hə­rə­kət­lə­ri­nin təd­qiq edil­mə­si ilə or­ta­ya çı­xan «fış­qı­ran to­xu­ma müd­dəa­sı» ye­ni ya­ra­nan hər bir hü­cey­rə­nin çox yax­şı bil­di­yi və dər­hal tət­biq et­di­yi bir hə­rə­kət­dir. Hü­cey­rə mi­to­za ola­raq iki his­sə­yə ay­rıl­dıq­dan son­ra ye­ni ya­ra­nan hü­cey­rə­lə­rin bi­ri bö­lü­nən əsas hü­cey­rə­nin əv­vəl­ki ye­ri­ni al­dı­ğı hal­da əsas hü­cey­rə də bi­tiş­di­yi ye­rə «fış­qı­rır». Hü­cey­rə­lər­dən bi­ri bö­lün­dü­yü za­man ye­ni­lər­dən bi­ri hə­rə­kət et­mək məc­bu­riy­yə­tin­də­dir.

Bir hü­cey­rə bö­lün­dü­yü za­man ye­ni ya­ra­nan hü­cey­rə əv­vəl­ki­nin ye­rin­də qa­lır, əsas hü­cey­rə isə bir az irə­li­lə­yir. La­kin bu hü­cey­rə­lə­rin ye­ni yer­lə­ri­nə ke­çə bil­mə­si üçün bü­tün di­gər hü­cey­rə­lər ye­ri­ni bir az yu­xa­rı­ya tə­rəf də­yiş­mə­li­dir. Gö­rün­dü­yü ki­mi, bu hü­cey­rə­lər nə ye­ri­ni də­yi­şir, nə də yox olur­lar, yə­ni me­xa­ni­ki fəa­liy­yət hə­ya­ta ke­çir­mir­lər. Bu sə­bəb­dən baş ve­rən ha­di­sə­yə «fış­qır­ma» de­yi­lir. Hü­cey­rə fış­qır­ma­sı əsas hü­cey­rə­lər­lə qi­da­la­nır və çox sü­rət­lə hə­ya­ta ke­çir.

Bü­tün bu mö­cü­zə­vi pro­ses­lə­ri əv­və­lin­dən so­nu­na qə­dər ya­ra­dan və ni­za­ma qo­yan, la­zı­mi əmr­lə­ri ve­rən isə Uca Al­lah­dır. Yer üzün­də qar­şı­laş­dı­ğı­mız hər bir sis­te­min və var­lı­ğın iş­lə­ri­ni ni­zam­la­ya­nın Al­lah ol­du­ğu və in­sa­nın bu el­mi təd­qiq edib dü­şün­mə­si­nin la­zım ol­du­ğu Qu­ra­ni-Kə­ri­min ayə­lə­rin­də be­lə bil­di­ri­lir:

«Yed­di gö­yü və bir o qə­dər də ye­ri ya­ra­dan Al­lah­dır. Al­la­hın hər şe­yə qa­dir ol­du­ğu­nu, Al­la­hın hər şe­yi elm ilə eh­ti­va et­di­yi­ni bi­lə­si­niz de­yə, əm­ri on­la­rın ara­sın­da na­zil olar» («Ta­laq» su­rə­si, 12).

Hiç yorum yok:

Yorum Gönder