6 Ağustos 2012 Pazartesi

Ürək necə qidalanır?

Ürək əzə­lə­si qi­da mad­də­lə­ri­nin və ok­si­ge­nin ke­çə bil­mə­yə­cə­yi qə­dər qa­lın və sıx to­xu­ma­lı­dır. Bu­na gö­rə də o, öz için­dən ke­çən qan­dan fay­da­la­na bil­məz. La­kin ürək də bir or­qan­dır və baş­qa or­qan­lar ki­mi onun hü­cey­rə­lə­ri­nin də qa­na eh­ti­ya­cı var. Hət­ta ürək fa­si­lə­siz fəa­liy­yət gös­tə­rən bir əzə­lə ol­du­ğu üçün baş­qa or­qan­lar­dan da ar­tıq ok­si­ge­nə eh­ti­yac du­yur.

Ürə­yin bu eh­ti­ya­cı­nın ödə­nil­mə­si prob­le­mi də mi­sil­siz bir qu­ru­luş nə­ti­cə­sin­də həll edi­lib. Ağ­ci­yər­lər­dən ürə­yin sol his­sə­si­nə gə­lən qan or­qa­nizm­də­ki ən tə­miz və ok­si­gen­lə zən­gin olan bir qan­dır. Bu qa­nın or­qa­niz­mə vu­rul­du­ğu aor­ta ar­te­ri­ya­la­rın­dan «tac ar­te­ri­ya­lar» ad­la­nan iki da­mar çı­xır. Bu da­mar­lar baş­qa da­mar­lar ki­mi or­qa­niz­mə get­mə­yə­rək ye­ni­dən ürə­yə qa­yı­dır. Be­lə­lik­lə, ən zən­gin ok­si­ge­nə ma­lik olan qan baş­qa heç ye­rə get­mə­yə­rək bir­ba­şa ürə­yə çat­dı­rı­lır.


Baş­qa bir ni­zam da tac da­mar­la­rın yer­ləş­di­ril­mə pla­nın­da var. Bu da­mar­lar ürə­yə doğ­ru ge­dər­kən bir-bi­ri ilə ara bağ­lan­tı­lar ya­ra­dır­lar. Bu bağ­lan­tı­lar da­mar­lar­dan bi­ri­nin tı­xan­ma­sı­na qar­şı bir sı­ğor­ta­dır. Əgər bu da­mar­lar­dan bi­ri tı­xan­sa, qan baş­qa da­mar­dan öz yo­lu­na da­vam edə­rək tı­xan­mış his­sə­ni aşır və ürə­yə ça­tır. Şə­hər­sal­ma mü­tə­xəs­sis­lə­ri bu la­yi­hə­dən iç­mə­li su şə­bə­kə­lə­ri qu­rar­kən is­ti­fa­də edir­lər. Möv­cud bo­ru­lar­dan bi­ri zə­də­lən­sə, şə­hə­rin bir his­sə­si­nin su­suz qal­ma­ma­sı üçün bo­ru­lar «şə­bə­kə sis­te­mi» ad­la­nan la­yi­hə əsa­sın­da qu­ru­lur.

Gö­rün­dü­yü ki­mi, yal­nız ürə­yi qi­da­lan­dı­ran da­mar­la­rın hət­ta bir-bi­ri ilə olan bağ­lan­tı­la­rın­da da heç bir tə­sa­düf­lə izah edi­lə bil­mə­yən bir şü­ur və mü­kəm­məl plan­laş­dır­ma nü­mu­nə­si or­ta­ya çı­xır.

Ürə­yin baş­qa struk­tur xü­su­siy­yət­lə­ri­nə keç­məz­dən əv­vəl bir mə­qa­mı qeyd et­mək fay­da­lı olar­dı. Ürə­yin hət­ta bu­ra qə­dər bəhs edi­lən xü­su­siy­yət­lə­ri­ni nə­zə­rə al­saq da tə­ka­mül­çü­lə­rin id­dia et­dik­lə­ri ki­mi, ürə­yin mər­hə­lə­li şə­kil­də, üs­tə­lik bü­tün bu mər­hə­lə­lə­rin də tə­sa­dü­fən ya­ran­ma­sı­nın qey­ri-müm­kün ol­ma­sı­na dər­hal şa­hid ola­rıq.

Ürək­də hər cə­hət­dən tam və qü­sur­suz bir la­yi­hə var. Nə­in­ki bü­tün ürə­yin, hət­ta ürə­yi təş­kil edən his­sə­lər­dən bi­ri­nin də öz-özü­nə əmə­lə gəl­mə­si müm­kün de­yil. Həm­çi­nin nə qə­dər qey­ri-müm­kün ol­sa da ürək ki­mi ide­al qu­ru­lu­şa ma­lik bir or­qa­nın öz-özü­nə or­ta­ya çıx­dı­ğı­nı be­lə dü­şün­sək, bu da heç nə­yə ya­ra­ma­ya­caq və mə­na­sız ola­caq. Çün­ki qan döv­ra­nı ol­ma­yan, vu­ra­caq qa­nı ol­ma­yan bir ürək nə qə­dər ide­al xü­su­siy­yət­lə­rə ma­lik ol­sa da heç bir funk­si­ya­ya ma­lik ol­ma­ya­caq. Və ye­nə də tə­ka­mül­çü­lə­rin mən­ti­qi­nə gö­rə, funk­si­ya da­şı­ma­yan bir or­qan ki­mi ara­dan qal­xa­caq. Gö­rün­dü­yü ki­mi, hət­ta bir­cə nü­mu­nə də tə­ka­mül­çü id­dia­la­rın öz için­də də bö­yük zid­diy­yət­lər əmə­lə gə­tir­di­yi­ni or­ta­ya qo­yur.

Hiç yorum yok:

Yorum Gönder