2 Ağustos 2012 Perşembe

Ürəyin fəaliyyətindəki mühüm maddələr

Bu ana qə­dər ürək­də möv­cud olan elekt­ro­nik sis­te­min qu­ru­lu­şun­dan bəhs et­dik. La­kin bu sis­te­min qü­sur­suz qu­ru­lu­şu­nun fəa­liy­yət gös­tə­rə bil­mə­si üçün onun elekt­rik siq­nal­la­rı­na eh­ti­ya­cı var. Elekt­rik siq­nal­la­rı­nın ha­zır­la­na bil­mə­si üçün isə qa­nın tər­ki­bin­də olan nat­ri­um, ka­li­um və kal­si­um ion­la­rı mü­əy­yən bir ni­zam­da ol­ma­lı­dır. Bu mad­də­lə­rin qan­da­kı sə­viy­yə­si­nin böy­rək, ba­ğır­saq, mə­də, ağ­ci­yər ki­mi or­qan­lar tə­rə­fin­dən ni­zam­lan­dı­ğı­nı nə­zə­rə al­saq, hə­min sis­te­min tə­ka­mül ki­mi xə­ya­li bir me­xa­nizm nə­ti­cə­sin­də mey­da­na gəl­mə­si­nin qey­ri-müm­kün ol­ma­sı da­ha ay­dın şə­kil­də or­ta­ya çı­xır.

Ürə­yin bu­ra qə­dər göz­dən ke­çir­di­yi­miz xü­su­siy­yət­lə­ri­ni nə­zə­rə ala­raq bir ob­ra­zı tə­səv­vür edək. Bə­şər öv­la­dı­nın ürə­yə bən­zə­yən bir ci­haz ya­ra­da bi­lə­cə­yi­ni qə­bul edək.
70 il ər­zin­də fa­si­lə­siz ola­raq fəa­liy­yət gös­tə­rən, öz ener­ji­si­ni özü ya­ra­dan, qay­ğı­ya və han­sı­sa his­sə­si­nin də­yi­şil­mə­si­nə eh­ti­ya­cı ol­ma­yan, elekt­ron bir sis­tem sa­yə­sin­də iş sü­rə­ti­ni və gü­cü­nü av­to­ma­tik ola­raq ni­zam­la­yan qü­sur­suz na­sos ha­zır­lan­dı­ğı­nı tə­səv­vür edək. Əl­bət­tə ki, bu mü­vəf­fə­qiy­yət tex­no­lo­gi­ya, el­mi in­ki­şaf, plan­laş­dır­ma və uzun müd­dət da­vam edən pro­ses­lər nə­ti­cə­sin­də əl­də edi­lə bi­lər. Heç bir in­san be­lə bir ci­ha­zın tə­sa­düf­lər nə­ti­cə­sin­də ya­ra­na bi­lə­cə­yi­ni dü­şün­məz. Çün­ki bu, mən­tiq­dən­kə­nar bir fi­kir olar­dı.

Bu­nun ək­si­nə ola­raq bu­ra­da qə­ri­bə bir hə­qi­qət də var. Ürə­yin tə­sa­dü­fən ya­ran­dı­ğı­nı dü­şün­mək be­lə bir na­so­sun və ya bu­na bən­zər hər han­sı bir tex­no­lo­gi­ya məh­su­lu­nun (mə­sə­lən, te­le­vi­zo­run) tə­sa­dü­fən möv­cud ola bi­lə­cə­yi­ni dü­şün­mək­dən də bö­yük mən­tiq­siz­lik və şü­ur­suz­luq­dur.

Hər şey­dən əv­vəl ürək­də in­san əmə­yi­nin məh­su­lu olan bir ci­haz­dan da üs­tün bir tex­no­lo­gi­ya var. La­kin - bu, nə qə­dər qey­ri-müm­kün ol­sa da - ən əsa­sı odur ki, ürə­yin tə­sa­dü­fən ya­ran­ma­sı­nın tək­ba­şı­na heç bir mə­na­sı yox­dur. Çün­ki bu hal­da ürək­lə bir­lik­də min­lər­lə ki­lo­metr uzun­lu­ğun­da­kı qan da­mar­la­rı, da­mar­lar­da olan qan ma­ye­si, bu qa­nı sü­zən böy­rək­lər, qa­na ok­si­gen ve­rib kar­bon­di­ok­si­di alan ağ­ci­yər­lər, qa­nı qi­da ilə tə­min edən həzm sis­te­mi, bu qi­da­la­rı tə­miz­lə­yən qa­ra­ci­yər, ürə­yin fəa­liy­yə­ti­ni ni­zam­la­yan si­nir sis­te­mi, or­qa­niz­mi va­hid şə­kil­də ida­rə edə­cək be­yin, or­qa­niz­mi sax­la­yan sü­mük sis­te­mi, ürə­yin fəa­liy­yə­ti­nə kö­mək edən hor­mo­nal sis­tem və bu­na bən­zər min­lər­lə amil də ey­ni za­man­da yal­nız bir tə­sa­düf uc­ba­tın­dan ya­ran­ma­lı­dır. La­kin bu sa­yı­lan­la­rın hər bi­ri heç bir tə­sa­düf­lə izah edi­lə bil­mə­yə­cək şə­kil­də xü­su­si bir qu­ru­lu­şa ma­lik­dir. Elə bu­na gö­rə də tə­ka­mül müd­də­ti nə­ti­cə­sin­də ürə­yin tə­sa­dü­fən əmə­lə gəl­mə­si tə­sa­dü­fən bir te­le­vi­zo­run və ya baş­qa hər han­sı bir tex­no­lo­gi­ya məh­su­lu­nun ya­ran­ma­sı ilə mü­qa­yi­sə edil­mə­yə­cək qə­dər qey­ri-müm­kün­dür.

Bu­ra­da çox aş­kar bir hə­qi­qət var. Ürək fəa­liy­yət gös­tər­di­yi bü­tün sis­tem­lər­lə və baş­qa funk­sio­nal his­sə­lər­lə bir­lik­də Al­lah tə­rə­fin­dən ya­ra­dı­lıb.

Hiç yorum yok:

Yorum Gönder