8 Ocak 2011 Cumartesi

Asan hərəkət etməyin səbəbi: qüsursuz harmoniya


İn­san or­qa­niz­min­də­ki əzə­lə­lə­rin hə­rə­kə­ti hə­mi­şə bi­ris­ti­qa­mət­li­dir. Mə­sə­lən, qo­lun ön əzə­lə­si qo­lu bü­kür, la­kin onu ye­ni­dən əv­vəl­ki və­ziy­yə­ti­nə qay­ta­ra bil­məz. Be­lə ki, bu hal­da qo­lun ar­xa əzə­lə­si hə­rə­kə­tə gə­lir və qo­lu çə­kir. Be­lə­lik­lə, qol əv­vəl­ki və­ziy­yə­ti­nə dö­nür. Hə­min əzə­lə­lər ar­dı­cıl­lıq­la fəa­liy­yət gös­tər­mək məc­bu­riy­yə­tin­də­dir. Əks təq­dir­də bi­ri fəa­liy­yət­də ikən di­gə­ri də döv­riy­yə­yə da­xil olar­sa, qol hə­rə­kət edə bil­məz. Or­qa­nizm­də­ki qü­sur­suz har­mo­ni­ya (ko­or­di­na­si­ya) əzə­lə­lə­rin iş ar­dı­cıl­lı­ğı­nı da mü­əy­yən edir.

Şüb­hə­siz ki, əzə­lə­nin ha­sil et­di­yi gü­cün hə­rə­kə­tə çev­ril­mə­sin­də ən mü­hüm amil sü­mük­lər­dir. Əzə­lə yı­ğı­lar­kən sü­mük­lə­ri çə­kir və on­la­rı hə­rə­kət et­di­rir. Əzə­lə­lər sü­mük­lə­rə elə mü­kəm­məl şə­kil­də bağ­la­nıb­lar ki, on­lar həm elas­tik olur, həm də bü­kü­lür­lər. Əgər sü­mük ol­ma­say­dı, əzə­lə­nin ha­sil et­di­yi güc hə­rə­kə­tə çev­ril­məz­di. Həm­çi­nin əzə­lə­lər ol­ma­say­dı, sü­mük­lər hə­rə­kət edə bil­məz­di­lər.
İn­sa­nın hə­rə­kət edə bil­mə­si üçün üst-üs­tə 200-dən çox sü­mük və 400-dən çox əzə­lə tam mü­kəm­məl bir ko­or­di­na­si­ya və har­mo­ni­ya için­də fəa­liy­yət gös­tə­rir. Sü­mük­lər bir-bi­ri­nə hə­rə­kə­tə im­kan ve­rə­cək ən mü­kəm­məl şə­kil­də bağ­la­nıb­lar. Əzə­lə­lər də or­qa­nizm­də sü­mük­lə­ri ən ra­hat hə­rə­kət et­di­rə­cək şə­kil­də yer­ləş­di­ri­lib­lər. Bu iki sis­te­min in­san or­qa­niz­mi­nə ver­di­yi hə­rə­kət im­ka­nın­dan sü­mü­yün əzə­lə­yə bağ­lan­dı­ğı ba­ğın qu­ru­lu­şu­na qə­dər olan hər bir his­sə­də açıq ya­ra­dı­lış nü­mu­nə­lə­ri­nin ol­du­ğu gö­rü­nür. Elas­tik bağ ol­du­ğu üçün nə sü­mük əzə­lə­dən ay­rı­lır, nə də bağ sıx ol­du­ğu üçün əzə­lə­lə­rin hə­rə­kət edə bil­mə­mə­si ki­mi bir və­ziy­yət ya­ra­nır. 

Əl­bət­tə ki, bü­tün bu qə­rar­la­rı qə­bul edən qüv­və sü­mük to­xu­ma­sı və ya to­xu­ma­nı təş­kil edən hü­cey­rə­lər de­yil. Hü­cey­rə­nin və to­xu­ma­nın heç bir şüu­ru yox­dur. Hə­min mə­lu­mat­la­rın hü­cey­rə­lə­rə hər han­sı bir şə­kil­də yer­ləş­di­ril­mə­si də müm­kün de­yil. Bu­na gö­rə də hü­cey­rə­lə­rə mə­lu­mat­la­rı yer­ləş­di­rən, on­la­ra ne­cə dav­ra­na­caq­la­rı­nı öy­rə­dən, bir söz­lə, on­la­rı yön­lən­di­rən bir qüv­və var. Bu mi­sil­siz el­min və qüv­və­nin sa­hi­bi isə Uca və Qa­dir Al­lah­dır. Al­lah hər şe­yə nə­za­rət edən­dir:

«Mə­gər sən bil­mir­sən ki, göy­lə­rin və ye­rin səl­tə­nə­ti an­caq Al­la­ha məx­sus­dur və si­zin Al­lah­dan baş­qa bir dos­tu­nuz və yar­dım­çı­nız yox­dur?!» («Bə­qə­rə» su­rə­si, 107).
           

Hiç yorum yok:

Yorum Gönder