İnsan orqanizmindəki yüzlərlə əzələnin hər birinin uzunluğu, qaldırma gücü, həssas prosesləri yerinə yetirmə qabiliyyəti, elastiklik kimi xüsusiyyətləri özünəməxsusdur.
Orqanizmdə olan əzələlər göz qırpmaq kimi sadə prosesdən böyük ağırlıqların qaldırılmasına qədər bir çox fərqli funksiyaları yerinə yetirirlər. Göz əzələləri qol əzələlərindən və ya ayaq əzələlərindən quruluş etibarilə çox fərqlənirlər. Lakin bütün əzələlərin ortaq xüsusiyyətləri onların yüksək şəkildə, qüsursuz ahəng içində və böyük qüvvə sərf edərək fəaliyyət göstərmələridir. Bir insanın bütün əzələlərinin birgə qüvvəsi olduqca böyükdür. Belə ki, orqanizmimizdə olan bütün əzələlərdən birdəfəyə istifadə etməyimiz mümkün olsaydı, böyük bir yükdaşıyan avtomobili bir anda qaldıra biləcək bir qüvvəyə malik ola bilərdik.
Qarşıda da müfəssəl şəkildə qeyd olunacağı kimi, əzələlərin hər birinin müxtəlif xüsusiyyətlərə malik olması bizə yüksək yaradılışın varlığını göstərir. İnsan orqanizmində hər bir əzələnin lazımi yerdə olması, onların ölçüsünün, elastikliyinin, ağırlıq qüvvəsinin bir-birindən fərqli, lakin hər birinin yerli-yerində olması təsadüflərlə izah edilməyən bir haldır. Hər bir əzələ orqanizmdə müvafiq yerlərə və tam lazımi xüsusiyyətləri ilə birlikdə yerləşdirilib. Məsələn, göz əzələsi xüsusiyyətlərinin qol əzələsində olmasının heç bir mənası yoxdur. Həmçinin qeyri-iradi fəaliyyət göstərən ürək əzələmizin bir oxşarının ayaqlarımızdakı əzələlərdə olması insana fayda yox, zərər gətirərdi. Lakin bunların heç biri baş vermir. İnsan orqanizmində hər bir əzələ lazımi yerdə və xüsusiyyətdədir.
Hər hansı bir şeyi qaldırmaq istəsək, mərkəzi sinir sistemi ən uyğun bükülməni təmin etmək üçün qol əzələlərinin həmin anda olan uzunluğunu, vəziyyətini və gərilməsini bilməlidir. Qol qaldırılacaq maddəyə tərəf uzandığı zaman mərkəzi sinir sistemi bükülməni saxlamalı, yalnız cismi tutmalı olan əl əzələlərini hərəkətə gətirməlidir. Cismi tutduqdan sonra da qolun uzaqlaşmasını təmin etmək üçün lazım olan məlumatlar «əzələ iliyi» adlanan xüsusi hissiyyat orqanlarına ötürülməlidir. Əgər bizim hərəkət etməyimiz üçün lazım olan kimyəvi mexanizmin qarşısı hər hansı bir təsirlə alınarsa, bu hal qıcolma (iflic) ilə nəticələnə bilər.
Qıcolma əzələlərə gələn sinirlərin zədələnməsi səbəbi ilə həmin orqanın öz funksiyasını itirməsi halıdır. Məsələn, qolu iflic olan bir insan onu tamamilə hərəkət etdirə bilməz. Çünki qola gələn sinir hüceyrələri öz funksiyalarını itiriblər və əzələlərin bükülməsi üçün beyindən gələn əmri lazım olan yerlərə ötürə bilmirlər. Beləliklə, insanın ən çox ehtiyac duyduğu orqanlardan biri olan qol sağlam şəkildə yerində olsa da öz funksiyasını yerinə yetirə bilmir.
Hətta bircə sinir hüceyrəsinin də məlumatı ötürməməsi bir orqanın fəaliyyət göstərə bilməməsinə kifayət edir. Buna görə də bu sistemin bir hissəsi əskik olsa, bütün sistem məhv olacaq. Bura qədər qeyd edilənlərdən də aydın olduğu kimi, əzələlərin fəaliyyətində mərhələli şəkildə məlumat var. Məlumat olan yerdə isə ağıl var. Onurğa beyini ilə əlaqəli şəkildə fəaliyyət göstərən bu sistemin bütün ünsürlərinin onlara gələn məlumatları dərk edərək həyata keçirə bilmələri ağıl tələb edən bir haldır. Sözü eşidən əzələlər onlara gələn əmrlər əsasında hərəkət edirlər. Həmçinin bəzi əzələlərimiz bizim istəyimizlə hərəkət edir. Yəni həmin əzələlərin hərəkətə gəlməsi üçün onlar əsasən bizim nə düşündüyümüzü bilməlidir.
Belə düşünüldüyü zaman tam aydın olur ki, əzələlərin sahib olduğu şüur, onların öz aralarındakı əlaqəni təmin edən sistem və ya ürəyimizdən keçəni oxuya bilmə qabiliyyətləri heç bir təsadüflə izah edilə bilməz. Əzələ hüceyrələrinin şüura malik olması da mümkün deyil.
Bu sistem ilk insan yaranandan etibarən mövcuddur və qüsursuz şəkildə fəaliyyət göstərir. İlk insanın əzələləri də bu bilgilərə malik idi, bundan sonra dünyaya gələn insanların əzələləri də həmin bilgilərə malik olacaq.
Çünki Allah insanı mükəmməl bir nizam içində yaradıb. Öyrəndiyimiz hər bir məlumat bizi Allahın ucalığına və üstün qüdrətinə gətirib çıxarır:
«Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz nemətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! Əbədi olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. Dini yalnız Ona məxsus edərək ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!» («Mumin» surəsi, 64-65).
Hiç yorum yok:
Yorum Gönder