16 Ocak 2011 Pazar

Əzələlərdəki mühərrikləri işlədən açarın hərəkətə gətirilməsi


Siz qo­lu­nu­zu bük­mək is­tə­di­yi­niz za­man bey­ni­niz­dən bir elekt­rik siq­na­lı yo­la çı­xır. Bu mü­rək­kəb sə­fər za­ma­nı siq­nal əsa­sən onur­ğa bey­ni­nə ça­tır. Ora­dan da mə­lu­mat çat­dı­rı­la­caq or­qa­na doğ­ru sü­rət­lə hə­rə­kət edir. Elekt­rik cə­rə­ya­nı əzə­lə­nin sət­hi üzə­rin­dən ke­çir və əzə­lə­ni təş­kil edən mil­yon­lar­la mü­hər­ri­ki (əzə­lə li­fi­ni) san­ki hə­rə­kə­tə gə­ti­rir. Xə­bə­ri alan lif­lər bu­na dər­hal re­ak­si­ya ve­rir və bü­kü­lür­lər. Nə­ti­cə­də qol əzə­lə­si tam yı­ğı­lır və qol dir­sək­dən bü­kü­lür. Biz gö­zü­mü­zü açıb-bağ­la­ya­na qə­dər bü­tün bu pro­ses­lər bi­tir. Bü­tün açar­la­rın hə­rə­kə­tə gə­ti­ril­mə­si sa­ni­yə­nin min­də bi­ri qə­dər çox qı­sa bir müd­dət ər­zin­də baş ve­rir. Yə­ni əzə­lə­lər­dən ke­çən elekt­rik cə­rə­ya­nı sa­ni­yə­nin min­də bi­ri (1 mil­li­sa­ni­yə) qə­dər sü­rət­lə hə­rə­kət edə­rək əzə­lə lif­lə­ri­nin açar­la­rı­nı hə­rə­kə­tə gə­ti­rir.

Əzə­lə­lə­rə gə­lən əmr­lər si­nir sis­te­min­də ha­zır­la­nır və ye­nə də si­nir sis­te­mi va­si­tə­si­lə da­şı­nır. Bu­na gö­rə də əzə­lə sis­te­mi bir növ si­nir sis­te­mi­nin əm­ri­nə əsa­sən fəa­liy­yət gös­tə­rir. Əzə­lə­lə­rin mü­əy­yən bir har­mo­ni­ya için­də fəa­liy­yət gös­tər­mə­si or­qa­nizm­də­ki ko­or­di­na­si­ya sa­yə­sin­də baş ve­rir.

Hiç yorum yok:

Yorum Gönder