31 Mart 2011 Perşembe

Hə­yat bo­ru­su - nə­fəs bo­ru­su


İlk an­da bu­run­da tə­miz­lə­nən ha­va tə­nəf­fü­sün son­ra­kı mər­hə­lə­sin­də or­qa­nizm için­də hə­rə­kət edə­rək bir az da aşa­ğı enə­cək. Ha­va­nın bu­run­dan son­ra ke­çə­cə­yi yer nə­fəs bo­ru­su­dur.

Mik­ros­kop al­tın­da təd­qiq edil­di­yi za­man nə­fəs bo­ru­su­nun hər sa­ni­yə öz-özü­nü tə­miz­lə­yə­rək ağ­ci­yər­lə­ri qo­ru­yan bir qu­ru­luş ol­du­ğu mü­şa­hi­də edi­lə­cək. Nə­fəs bo­ru­su hal­qa­va­ri qu­ru­lu­şa ma­lik olub da­xi­li his­sə­si tit­rək tük­lər­lə ör­tü­lü­dür. Hə­min tük­cük­lər fa­si­lə­siz ola­raq ağ­ci­yə­rə əks is­ti­qa­mət­də, yə­ni ağı­za doğ­ru qam­çı şə­kil­li hə­rə­kət edir­lər. Tük­cük­lə­rin üzə­ri­nə dü­şən da­ha ki­çik his­sə­lər bu şə­kil­də bo­ğa­za doğ­ru irə­li­lə­yir və ağ­ci­yər­dən uzaq­la­şır. Bo­ğaz­da ye­mək bo­ru­su ilə bir­lə­şən nə­fəs bo­ru­su için­də top­la­nan ar­tıq his­sə­lə­ri­ni və bə­zi bak­te­ri­ya­la­rı ye­mək bo­ru­su­na ötü­rür. Bo­ğaz­da top­la­nan zər­rə­cik­lər ud­qun­ma ref­lek­si ya­ra­dır. Be­lə­lik­lə, ar­tıq mad­də­lər və ağ­ci­yər­də xəs­tə­lik ya­ra­da bi­lə­cək bü­tün bak­te­ri­ya­lar udu­la­raq mə­də­yə gön­də­ri­lir və mə­də tur­şu­sun­da par­ça­la­nıb yox edi­lir. Sə­hər yu­xu­dan oya­nan­da bo­ğa­zın san­ki do­lu ol­ma­sı­nın hiss edil­mə­si və sə­sin də­yiş­mə­si­nin sə­bə­bi də ge­cə uzu­nu nə­fəs bo­ru­su­nun özü­nü­tə­miz­lə­mə pro­se­si za­ma­nı top­la­nan yad mad­də və bak­te­ri­ya­lar­dır.

Ağ­ci­yə­ri qo­ru­yan sı­ğor­ta sis­tem­lə­ri bu­nun­la bit­mir. Nə­fəs bo­ru­su­na yan­lış­lıq uc­ba­tın­dan qi­da və ya rü­tu­bət zər­rə­lə­ri düş­sə də bun­lar da baş­qa bir təh­lü­kə­siz­lik və mü­da­fiə sis­te­mi va­si­tə­si olan və ös­kü­rək ad­lan­dı­rı­lan ha­va part­la­ma­sı ilə çı­xa­rı­lır. Bir ös­kü­rə­yin ha­va­nı itə­lə­mə­si sa­at­da 960 km-ə qə­dər çı­xa bi­lir.

Nə­fəs bo­ru­su qırt­laq­dan ağ­ci­yə­rə qə­dər olan və uzun­lu­ğu təx­mi­nən 30 sm təş­kil edən bir bo­ru­dur. Bu bo­ru hər an açıq ol­ma­lı­dır. Əks təq­dir­də ha­va­nın ci­yər­lə­rə ve­ril­mə­si da­ya­nar və in­san bo­ğu­la­raq ölər. Bo­yun ki­mi mü­tə­hər­rik bir na­hi­yə­dən ke­çən və ət­dən iba­rət olan bu elas­tik bo­ru­nun da­im açıq qal­ma­sı­nı tə­min et­mək əs­lin­də ol­duq­ca çə­tin­dir. La­kin nə­fəs bo­ru­su­nun ide­al qu­ru­lu­şu sa­yə­sin­də bu çə­tin­lik ara­dan qal­dı­rıl­mış olur. Nə­fəs bo­ru­su C hər­fi­nə bən­zər qı­ğır­daq­lar­la möh­kəm­lən­di­ri­lib. Be­lə ki, hə­min qı­ğır­daq­lar nə­fəs bo­ru­su­nun bağ­lan­ma­sı­nın qar­şı­sı­nı alır.

Bu mü­rək­kəb sis­te­min hər han­sı bir his­sə­sin­də­ki qü­sur or­qa­nizm­də ara­dan qal­dı­rıl­ma­sı çə­tin olan zə­də­lə­rin ya­ran­ma­sı­na sə­bəb olur. Mə­sə­lən, ge­ne­tik bir xəs­tə­lik olan Kar­ta­gen sind­ro­mun­da sis­te­min bü­tün ün­sür­lə­ri qü­sur­suz möv­cud ol­ma­la­rı­na bax­ma­ya­raq nə­fəs bo­ru­su­nu ör­tən tük­cük­lə­rin hə­rə­kət et­mə xü­su­siy­yət­lə­ri yox­dur. Bu qü­sur­la do­ğu­lan kör­pə­lə­rin ək­sə­riy­yə­ti tez-tez baş ve­rən ağ­ci­yər in­fek­si­ya­la­rı sə­bə­bi ilə bö­yü­mə­miş ölür.

İn­san or­qa­niz­mi­nin də­rin­lik­lə­rin­də­ki göz­lə gö­rün­mə­yən mik­ro­tük­cük­lər in­san səh­hə­ti üçün var qüv­və­lə­ri ilə fəa­liy­yət gös­tə­rir­lər. On­lar nə­fəs bo­ru­nu­za da­xil olan to­zu və yad ci­sim­lə­ri əl­dən-ələ ötür­mək­lə da­şı­ya­raq ci­yər­lə­ri­niz­dən uzaq­laş­dır­ma­ğa ça­lı­şır­lar. İn­sa­nın var­lı­ğın­dan hət­ta xə­bə­ri­nin də ol­ma­dı­ğı, la­kin ona ge­cə-gün­düz xid­mət gös­tə­rən bu mil­yon­lar­la mik­ro­tük­cük in­san or­qa­niz­mi­nin plan­laş­dı­rıl­mış, yə­ni ya­ra­dıl­mış ol­ma­sı­nın bir də­li­li­dir.

Hət­ta hü­cey­rə­lə­ri də hə­rə­kət et­di­rən mik­ros­ko­pik tük­cük­lə­rin var­lı­ğı da dar­vi­nizm cə­fən­giy­ya­tı­nı alt-üst et­mək üçün ki­fa­yət­dir

Dar­vi­nist­lə­rin id­dia­sı­na gö­rə, bü­tün can­lı­lar boş tə­sa­düf­lər nə­ti­cə­sin­də ya­ra­nıb. La­kin or­qa­niz­mi­miz­də­ki min­lər­lə komp­leks sis­tem hə­min tə­sa­düf­lər cə­fən­giy­ya­tı­nı alt-üst edir. Bun­lar­dan bi­ri funk­si­ya­sı hü­cey­rə­ni hə­rə­kət et­dir­mək olan tük­cük­lə­rin qu­ru­lu­şun­da­kı min­lər­lə in­cə­lik­dir.
* Bə­zi hü­cey­rə­lər kip­rik­lə­rə bən­zə­yən tük­cük­lər sa­yə­sin­də hə­rə­kət edir­lər. Mə­sə­lən, tə­nəf­füs yol­la­rın­da­kı sa­bit hü­cey­rə­lə­rin hər bi­ri yüz ədəd tük­cü­yə ma­lik­dir.

* Tük­cük­lər ey­ni­lə gə­mi avar­la­rı ki­mi ey­ni an­da hə­rə­kət edə­rək hü­cey­rə­nin irə­li­lə­mə­si­ni tə­min edir.

* Bir tük­cük şa­qu­li is­ti­qa­mət­də (uzu­nu­na) kə­si­lən­də onun doq­quz ay­rı çu­buq­şə­kil­li qu­ru­luş­dan iba­rət ol­du­ğu gö­rü­nür.

* Mik­ro­kol­ba ad­la­nan çu­buq­lar bir-bi­ri­nin içi­nə keç­miş iki ay­rı hal­qa­dan iba­rət­dir.

* Bu hal­qa­la­rın bi­ri on üç, di­gə­ri isə on ay­rı tel­dən iba­rət­dir.

* Mik­ro­kol­ba­lar tu­bu­lin ad­lı pro­te­in­lər­dən əmə­lə gə­lir.

* Mik­ro­kol­ba­nın «dyne­in» ad­lı bir pro­tei­nə ma­lik olan xa­ri­ci qol və da­xi­li qol ad­lı iki çı­xın­tı­sı var. Dyne­in pro­tei­ni­nin və­zi­fə­si hü­cey­rə­lər ara­sın­da mü­hər­rik funk­si­ya­sı da­şı­maq və me­xa­ni­ki qüv­və ya­rat­maq­dır.

Bu tu­bu­lin pro­tei­ni­ni təş­kil edən mo­le­kul­lar bir kər­pic ki­mi dü­zü­lüb hü­cey­rə­də si­lind­rşə­kil­li ni­zam əmə­lə gə­ti­rir­lər. La­kin tu­bu­lin mo­le­kul­la­rı­nın dü­zü­lü­şü kər­pic­lər­dən da­ha mü­rək­kəb və mü­kəm­məl­dir.

* Tük­cük­lə­rin or­ta­sın­da iki mik­ro­kol­ba da var. Bun­lar tək olur və 13 tu­bu­lin len­tin­dən iba­rət­dir­lər.

* Hər bir tu­bu­li­nin üst tə­rə­fin­də 10 ədəd qı­sa çı­xın­tı, alt tə­rəf­də isə 10 ədəd gi­rin­ti var. Bu gi­rin­ti-çı­xın­tı­lar bir-bi­ri­nin içi­nə ke­çə bi­lə­cək şə­kil­də har­mo­nik ya­ra­dı­lıb. Be­lə­lik­lə, on­lar çox sağ­lam bir qu­ru­luş əmə­lə gə­ti­rir­lər. Çox xü­su­si bir qu­ru­lu­şa ma­lik olan bu gi­rin­ti-çı­xın­tı­lar­da ən ki­çik bir zə­də də hü­cey­rə­nin qu­ru­lu­şu­na xə­ləl gə­ti­rə­cək.

Yu­xa­rı­da çox qı­sa­ca və sa­də söz­lər­lə xü­la­sə et­di­yi­miz zər­rə­cik­lər tük­cü­yü mey­da­na gə­ti­rir və on­la­rın ye­ga­nə məq­sə­di or­qa­niz­mi­miz­də­ki tril­yon­lar­la hü­cey­rə­dən yal­nız bi­ri­ni hə­rə­kət et­dir­mək­dir. Bu gü­nə qə­dər ya­şa­mış və hə­lə də ya­şa­yan bü­tün in­san­la­rın tə­nəf­füs hü­cey­rə­lə­ri­nin hər bi­rin­də be­lə əha­tə­li bir sis­tem var. Üs­tə­lik bir çox his­sə­dən iba­rət olan bu komp­leks sis­tem hət­ta göz­lə gö­rün­mə­yə­cək qə­dər ki­çik olan hü­cey­rə­nin için­də­ki bir tük­cü­yün də tə­mə­li­dir. Bir söz­lə, Al­lah bi­zim heç­lik ad­lan­dı­ra bi­lə­cə­yi­miz qə­dər ki­çik bir ye­rə ol­duq­ca sis­tem­li və komp­leks bir me­xa­nizm yer­ləş­di­rib. Tə­sa­düf­lə­rin hü­cey­rə­ni hə­rə­kət et­dir­mə­yi dü­şü­nə­rək be­lə bir sis­te­mi hət­ta tə­səv­vür də edə bil­mə­yə­cə­yi­miz qə­dər ki­çik bir sa­hə­yə sı­ğış­dır­ma­sı qə­tiy­yən müm­kün de­yil. Bu, yal­nız Uca Al­la­hın üs­tün və son­suz ağ­lı, el­mi və qüv­və­si sa­yə­sin­də müm­kün ola bi­lər.

Hiç yorum yok:

Yorum Gönder