Əslində nəfəs alarkən hava ilə birlikdə bir çox zərərli maddələri də almış oluruq. Lakin bu, bizə təsir göstərmir. Çünki orqanizm üçün zərərli olan bir çox maddələr ağciyərlərə çatmadan müəyyən təhlükəsizlik qapılarında saxlanılaraq zərərsizləşdirilir.
Burundan bronxlara qədər bütün tənəffüs yollarının səthi mukus adlı bir təbəqə ilə örtülüb. Bu maddənin tənəffüs yollarının səthini nəmləndirən xüsusiyyəti var. Bunun sayəsində hava ilə birlikdə alınan toz kimi kiçik maddələr saxlanılır və onların ağciyərlərə daxil olmasının qarşısı alınır. Lakin mukus tərəfindən saxlanılan yad maddələrin bir müddət sonra tənəffüs yollarında yığılmaması üçün onlar orqanizmdən kənarlaşdırılmalıdır. Buna görə də orqanizmimizdəki başqa bir təhlükəsizlik mexanizmi hərəkətə gəlir.
Bu mexanizmdə tənəffüs yolları səthini əhatə edən silya adlı ucu sivri qamçılar fəaliyyətə başlayır. Tənəffüs yolları səthindəki hüceyrələrin hər birinin üzərində 200 silya var. Bunlar saniyədə 10-20 dəfə döyünərək udlağa doğru sürətli hərəkətin yaranmasını təmin edirlər. Bu hissədə olan silyaların hərəkət istiqaməti udlağa doğrudur. Beləliklə, içində yad maddə olan mukusun dəqiqədə 1 sm sürətlə udlağa doğru irəliləməsini təmin edirlər. Burundakı silyalar isə olduqları yerdə mukusun bu dəfə aşağıya doğru hərəkət etdirilməsinin vacibliyini müəyyən edir və tam əks tərəfə olmaq şərtilə qamçı hərəkətini icra edirlər. Beləliklə, burundakı mukusda olan maddələrin udlağa gəlməsi təmin olunur. Bunun nəticəsində tənəffüs sistemi zərərli maddələrdən təmizlənmiş olur.
Bu nümunələrdən də məlum olduğu kimi, silya adlı tükcüklərin görmək üçün gözləri, düşünə bilmək üçün beyinləri olmasa da onlar özləri ilə müqayisədə kilometrlərlə uzaqlıqda olan udlağın yerini müəyyən edə bilirlər. Bununla yanaşı yad maddələrin ağciyərə göndərilməsinin orqanizmə zərər verə biləcəyini bilir və olduqları yerdə bunun qarşısını alacaq şəkildə, bir-biri ilə tam harmoniya içində olaraq daim lazımi istiqamətdə hərəkət edirlər.
Alimlərin müxtəlif sınaqlarla, müxtəlif vasitələrdən istifadə edərək uzun illər çəkən tədqiqatlarına baxmayaraq fəaliyyət mexanizminin tam olaraq kəşf edə bilmədikləri 1 metrin 2 milyonda biri qədər olan bu tükcüklər yer üzündə ilk insan mövcud olandan bəri qüsursuz bir mexanizmlə fəaliyyət göstərirlər. Onlar Allah tərəfindən yaradıldıqları və Onun ilhamı ilə hərəkət etdikləri üçün heç bir təsadüf zəncirinin yarada bilməyəcəyi şəkildə ideal fəaliyyət sisteminə malikdir.


Hiç yorum yok:
Yorum Gönder