31 Mart 2011 Perşembe

İÇİ­MİZ­DƏ­Kİ KON­DİN­SİO­NER: TƏ­NƏF­FÜS SİS­TE­Mİ


Or­qa­nizm­də ge­dən mil­yard­lar­la pro­ses ən ki­çi­yin­dən ən bö­yü­yü­nə qə­dər ol­maq­la yal­nız ok­si­gen sa­yə­sin­də əl­də edi­lən ener­ji ilə baş ve­rir. Eh­ti­yac duy­du­ğu­muz ok­si­ge­ni or­qa­niz­mi­mi­zə ve­rən qüv­və tə­nəf­füs sis­te­mi­miz­dir.

Tə­nəf­füs pro­se­si av­to­ma­tik baş ve­rir. İn­san hə­ya­ti əhə­miy­yət­li bu pro­se­si ye­ri­nə ye­ti­rər­kən heç bir əmək sərf et­mir, qə­rar qə­bul et­mir və heç bir şe­yə mü­da­xi­lə et­mir. Bu mö­cü­zə­vi sis­tem in­san do­ğul­du­ğu an­dan eti­ba­rən hə­rə­kə­tə gə­lir və heç bir qü­sur ol­ma­dan fəa­liy­yət gös­tə­rir. Hər bir ye­ni do­ğul­muş kör­pə­də (özü­nün xə­bə­ri ol­ma­sa da) ömür bo­yu fa­si­lə­siz ola­raq fəa­liy­yət gös­tə­rə­cək tə­nəf­füs me­xa­niz­mi­nin düy­mə­si­nə ba­sıl­mış olur.

Tə­nəf­füs yal­nız nə­fəs al­maq de­yil. Tə­nəf­füs ha­va­da­kı ok­si­gen­dən is­ti­fa­də edil­mək­lə or­ta­ya ener­ji çı­xar­maq üçün ye­ri­nə ye­ti­ri­lən va­hid pro­ses­lər zən­ci­ri­nə ve­ri­lən ad­dır. Qar­şı­da­kı bö­lüm­lər­də tə­nəf­füs sis­te­mi­nin ne­cə baş ver­mə­si möv­zu­su ilə bir­lik­də tə­nəf­füs sis­te­mi­ni əmə­lə gə­ti­rən his­sə­lə­rin ümu­mi qu­ru­lu­şu da nə­zər­dən ke­çi­ri­lə­cək.

Hiç yorum yok:

Yorum Gönder