31 Mart 2011 Perşembe

Tə­nəf­füs sis­te­mi­nin gi­riş qa­pı­sı: bu­run


Yad­da­şı­nız­da olan qo­xu­la­rı göz­dən ke­çi­rək. İs­ti çö­rə­yin, bağ­ça­da­kı çi­çək­lə­rin, ye­ni bi­çil­miş otun, ya­ğış­dan son­ra­kı tor­pa­ğın, lə­ziz qı­zart­ma­nın, ye­ni­cə də­ril­miş çi­yə­lə­yin, şaf­ta­lı­nın, cə­fə­ri­nin, is­ti­fa­də et­di­yi­niz sa­bu­nun, şam­pu­nun qo­xu­su­nu və bu­na bən­zər bir çox baş­qa qo­xu­nu hiss edə bil­mə­yi­niz bur­nu­nuz­da­kı həs­sas qu­ru­luş sa­yə­sin­də müm­kün­dür.

Bir çox in­san­lar gün ər­zin­də nə qə­dər qo­xu hiss et­di­yi­ni və bu qo­xu­lar sa­yə­sin­də bey­nin­də olan ci­sim­lə­rin şə­kil­lə­ri­nin ya­ran­dı­ğı­nı dü­şün­mür. Hal­bu­ki ye­di­yi­niz ye­mə­yin da­dı­nı ləz­zət­li edən amil qo­xu­bil­mə his­siy­ya­tı­nız­dır. Qo­xu ci­sim­lə­ri ta­nı­ma­ğı­nız­da­kı amil­lər­dən bi­ri­dir.

Al­dı­ğı­nız hər nə­fəs­lə bir­lik­də cism­lə­rə aid qo­xu­lar da bu­run­dan içə­ri da­xil olur. İn­san bur­nu hiss et­di­yi qo­xu­nu 30 sa­ni­yə ər­zin­də ana­liz edib təx­mi­nən 3000 müx­tə­lif qo­xu­nu da bir-bi­rin­dən ayı­ra bil­mək ki­mi nə­həng im­kan­la­ra ma­lik­dir.

Bu­ru­nun üst his­sə­sin­də çox­lu say­da si­nir hü­cey­rə­si­ni əha­tə edən və qo­xu epi­te­li­si ad­lan­dı­rı­lan iki ki­çik sa­hə var. Bu sa­hə­lə­rin funk­si­ya­sı qo­xu­nu hiss et­mək­dir. Qo­xu isə ha­va­da mo­le­kul for­ma­sın­da do­la­şır. Nə­fəs alar­kən ha­va­da­kı ok­si­gen­lə bir­lik­də mo­le­kul­lar da bu­ru­na da­xil olur. Ha­va va­si­tə­si­lə da­şı­nan «qo­xu mo­le­kul­la­rı» qo­xu epi­te­li­sin­də­ki qə­bu­le­di­ci­lə­rə ça­tan­da bu­ra­da­kı hü­cey­rə­lə­rə xə­bər­dar­lıq edi­lir. Xə­bər­dar olu­nan hü­cey­rə­lər be­yi­nə bir elekt­rik siq­na­lı gön­də­rir. Be­yin qo­xu mo­le­ku­lu ilə de­yil, yal­nız ona gə­lən elekt­rik siq­na­lı ilə tə­mas­da olur. İn­san elekt­rik siq­na­lın­dan gə­lən xə­bər­dar­lı­ğı araş­dı­rıb də­qiq­ləş­dir­miş be­yi­nin gəl­di­yi nə­ti­cə­ni qo­xu ki­mi qə­bul edir.

Bu­run gö­zəl qo­xu­lu çi­çək­lə­rin və ya iş­tah­gə­ti­ri­ci ye­mək­lə­rin qo­xu­la­rı­nı qə­bul et­mək­lə ya­na­şı baş­qa çox mü­hüm funk­si­ya­la­rı da olan bir or­qa­nı­mız­dır. Nə­fəs al­dı­ğı­mız ha­va ilə bir­lik­də ha­va­dan al­dı­ğı ok­si­ge­ni or­qa­niz­mi­mi­zin bü­tün hü­cey­rə­lə­ri­nə da­şı­yan qan ara­sın­da­kı əsas bir­ləş­mə yol­la­rın­dan bi­ri­dir. Qı­sa­sı, bu­run həm qo­xu or­qa­nı, həm də nə­fəs bo­ru­la­rı­nın yol­la­rı­nın baş­lan­ğı­cı ki­mi bö­yük əhə­miy­yə­tə ma­lik­dir. İki his­sə­dən iba­rət olan bu­ru­nun için­də «sil­ya» ad­lı tük­cük­lər və «mu­kus» de­yi­lən bir ma­ye var. Ha­va bu­run­dan içə­ri da­xil olan­da bun­lar­la qar­şı­la­şır və dər­hal ana­liz edi­lir. Ha­va­da­kı mo­le­kul­lar ay­rı­la­raq təd­qiq edi­lir və be­yi­nə ve­ri­lə­rək qo­xu­nun nə ol­du­ğu mü­əy­yən­ləş­di­ri­lir və ona mü­va­fiq re­ak­si­ya ve­ri­lir. Bü­tün bu pro­ses­lər yal­nız 30 sa­ni­yə qə­dər ki­çik bir za­man ər­zin­də baş ve­rir.
Bu­ru­nun için­də ae­ro­di­na­mik ba­xım­dan da qü­sur­suz bir la­yi­hə var. Ha­va içə­ri da­xil olan­da bir­ba­şa nə­fəs bo­ru­su­na get­mir. Bu­run ba­yır­dan gə­lən çirk­li, is­ti, so­yuq və ya rü­tu­bət­li ha­va­nı xü­su­si bir süz­gəc sis­te­mi ilə bir kon­di­sio­ner ki­mi ağ­ci­yər­lər üçün ha­zır və­ziy­yə­tə gə­ti­rir. Bu­run­da­kı xü­su­si qıv­rım qu­ru­luş sa­yə­sin­də ha­va ora­da dai­rə­vi hə­rə­kət edir. Be­lə­lik­lə, ha­va bu­run ət­ra­fın­da olan tük­cük­lə­rə və da­mar to­ru­na da­ha çox tə­mas et­miş olur. Be­lə ki, bu qıv­rım qu­ru­luş sa­yə­sin­də bu­run gün ər­zin­də 15 kub­metr ha­va­nı süz­gəc­dən ke­çi­rir, tə­miz­lə­yir, nəm­lən­di­rir və isi­dir. Bu, təx­mi­nən bir ota­ğın için­də olan ha­va­ya bə­ra­bər­dir.

La­kin bu­ra­da çirk­li ha­va de­dik­də ağı­la yal­nız toz­lu ha­va gəl­mə­mə­li­dir. Ha­va va­si­tə­si­lə gə­lən toz­la bir­lik­də bə­zi bak­te­ri­ya­lar, po­len­lər və s. ki­mi təx­mi­nən 20 mil­yard yad mad­də­nin or­qa­niz­mə da­xil ol­ma­sı­nın qar­şı­sı bu­run­da olan xü­su­si sis­tem­lər sa­yə­sin­də alı­nır.

Tə­ka­mül­çü tibb mü­hən­di­si Con Le­ni­han «Hu­man En­gi­nee­ring» ad­lı ki­ta­bın­da tə­nəf­füs sis­te­mi­ni kon­di­sio­ne­rə bən­zə­də­rək or­qa­nizm­də­ki qü­sur­suz la­yi­hə­ni be­lə ifa­də edir:

«Bu­run də­lik­lə­ri­nin ar­xa­sın­da olan sa­hə ana­li­tik kim­ya­çı­la­rın izah et­mə­yə qüv­və­lə­ri­nin çat­ma­dı­ğı föv­qə­la­də his­siy­ya­ta ma­lik kəşf sis­te­mi ilə bir­ləş­miş dün­ya­nın ən yax­şı ha­va-kon­di­sio­ne­ri sis­te­mi­nə ma­lik­dir».

Toz­la­rı­nı və hər cür zə­rər­li bak­te­ri­ya­la­rı­nı bu­run­da­kı kon­di­sio­ner sis­te­min­də qo­yub ge­dən ha­va bu pro­ses­dən son­ra hər bir bu­run də­li­yin­də üç ədəd olan qıv­rım qu­ru­luş­la­rın üzə­rin­dən ke­çir. Bu­run­da­kı tük­cük­lə­rə ya­pı­şan yad mad­də­lər bu də­fə də bu­run­da­kı mu­ku­sun an­ti­bak­te­ri­al tə­sir­lə­ri ilə zə­rər­siz­ləş­di­ri­lir. Ha­va bu qıv­rım­la­ra to­xu­nan­da is­ti­qa­mə­ti­ni də­yiş­di­rir və bu­run boş­lu­ğu­nun di­va­rı­na çır­pı­lır. Bu­ra çır­pıl­dı­ğı za­man mu­kus ma­ye­si­nin için­də sax­la­nı­lır. Tə­nəf­füs ha­va­sı­nın yad ci­sim­lər­dən tə­miz­lən­mə­si pro­se­si çox əha­tə­li və həs­sas­dır. Bu za­man hət­ta ən ki­çik bir səh­və, unut­ma­ğa və diq­qət­siz­li­yə də yol ve­ril­mir. Çün­ki bir bak­te­ri­ya­nın və ya zə­rər­li bir cis­min ağ­ci­yər ki­mi həs­sas bir or­qa­na keç­mə­si sağ­lam in­sa­na zə­rər­li tə­sir­lər gös­tə­rə bi­lər. La­kin bü­tün bun­la­ra bax­ma­ya­raq zə­rər­li ci­sim­lə­rin bu­run­dan ke­çə bil­mə eh­ti­ma­lı­na qar­şı ikin­ci bir mü­da­fiə me­xa­niz­mi də var. Əgər bu­run boş­lu­ğu­nu ke­çən ci­sim­lər ol­sa, bun­lar da tə­nəf­füs yol­la­rın­da sax­la­nı­lır.

Bu­ru­nun için­də tə­miz­lə­nən və is­ti­li­yi tən­zim­lə­nən ha­va ci­yər­lə­ri­ni­zə get­mə­yə ha­zır­dır. Ci­yər­lə­rə çat­maq üçün ke­çi­lən yol nə­fəs bo­ru­su­dur.

Ha­va­nın tə­nəf­füs sis­te­min­də­ki sə­fə­ri­ni iz­lə­mə­yə da­vam et­məz­dən əv­vəl bir möv­zu üzə­rin­də da­yan­maq fay­da­lı olar­dı. Nə­fəs­lə al­dı­ğı­mız ha­va­nı tə­miz­lə­yən sis­te­mi bir kon­di­sio­ne­rə bən­zət­miş­dik. Üs­tə­lik yal­nız tə­miz­lə­yən de­yil, is­ti­li­yi də tən­zim­lə­yən qo­şa sis­tem­li bir kon­di­sio­ne­rə. Bəs in­san or­qa­niz­min­də olan bu kon­di­sio­ner ne­cə ya­ra­nıb? O, bi­zim or­qa­niz­mi­mi­zə ne­cə yer­ləş­di­ri­lib? Bü­tün in­san­lar­da qü­sur­suz ola­raq ne­cə möv­cud­dur?

Bü­tün bu su­al­la­rın ca­va­bı­nı ver­mək üçün bir su­al da ve­rək: bir kon­di­sio­ne­rin tə­sa­dü­fən ya­ran­ma­sı müm­kün­dür­mü? Ha­va­nı sü­zən süz­gəc­lər, rü­tu­bə­ti tə­min edən me­xa­nizm­lər, so­yuq ha­va­nı isi­dən, is­ti ha­va­nı so­yu­dan sis­tem­lər ki­mi bir-bi­ri ilə har­mo­ni­ya için­də fəa­liy­yət gös­tə­rən kon­di­sio­ner his­sə­lə­ri­nin tə­sa­dü­fən möv­cud ol­ma­sı müm­kün­dür­mü? Bir ota­ğa kon­di­sio­ne­ri təş­kil edən mad­də­lə­ri, hət­ta bü­tün his­sə­lə­ri­ni tam şə­kil­də qoy­du­ğu­mu­zu tə­səv­vür edək. 10 il, 100 il, 1000 il və ya lap 1 mil­yon il son­ra ye­ni­dən hə­min ota­ğa da­xil ol­du­ğu­muz za­man his­sə­lə­rin öz-özü­nə bir­ləş­mə­si ilə əmə­lə gə­lən bir kon­di­sio­ner­lə qar­şı­la­şa bi­lə­rik­mi? Nə­in­ki mü­əy­yən za­man ər­zin­də kon­di­sio­ne­rin öz-özü­nə ya­ran­ma­sı müm­kün ol­ma­ya­caq, hət­ta bu mad­də­lər­də pas­lan­ma, köh­nəl­mə və sı­ra­dan çıx­ma hal­la­rı baş ve­rə­cək.

Hər han­sı bir tex­ni­ki ci­ha­zın ya­ran­ma­sı üçün şü­ur­lu bir plan­laş­dı­rı­cı­nın ol­ma­sı, hə­min in­sa­nın bü­tün his­sə­lə­ri bir ni­zam için­də bir­ləş­dir­mə­si və bu­nun üçün cid­di səy gös­tər­mə­si la­zım­dır. Bu, hər bir şü­ur­lu in­san tə­rə­fin­dən qə­bul edi­lir. Or­qa­niz­mi­miz­də­ki kon­di­sio­ne­rin də öz funk­si­ya­sı ba­xı­mın­dan za­vod­da ha­zır­la­nan kon­di­sio­ner­lər­dən hər han­sı bir fər­qi yox­dur. Üs­tə­lik qu­ru­lu­şun­da­kı ün­sür­lər ba­xı­mın­dan bu kon­di­sio­ner di­gər­lə­rin­dən da­ha üs­tün­dür. Əl­bət­tə, «dün­ya­nın ana­lo­qu ol­ma­yan ən yax­şı kon­di­sio­ner sis­te­mi» ki­mi xa­rak­te­ri­zə edi­lən bu­run­da­kı qu­ru­luş Al­la­hın mi­sil­siz ya­ra­dı­cı­lı­ğı­nın bir nü­mu­nə­si­dir. Al­lah in­sa­nı onun ya­şa­ma­sı üçün la­zım olan bü­tün ide­al sis­tem­lə bir­lik­də ya­ra­dıb. Al­lah hər şe­yi qü­sur­suz və nü­mu­nə­siz ya­ra­dan­dır:

«O, ya­ra­dan, yox­dan var edən, su­rət ve­rən Al­lah­dır. Ən gö­zəl ad­lar an­caq Ona məx­sus­dur. Göy­lər­də və yer­də nə var­sa Onu təq­dis edib şə­ni­nə tə­rif­lər de­yər. O, ye­nil­məz qüv­vət, hik­mət sa­hi­bi­dir!» («Həşr» su­rə­si, 24).

Hiç yorum yok:

Yorum Gönder