Bir insanın idmanla məşğul olarkən sərf etdiyi su miqdarı ilə dincələrkən sərf etdiyi su miqdarı arasında böyük fərq var. Belə hallarda böyrəklərin süzdüyü su miqdarı müxtəlifdir. Lakin bu miqdarı tənzimləyən böyrəklər də deyil. Hipofiz vəzi orqanizmin ehtiyacına görə antidiuretik (ADH) hormon adlı kimyəvi maddə göndərərək böyrəkləri xəbərdar edir. Böyrək hüceyrələri bu əmri aldıqları zaman qansüzmə prosesini yavaşıdır, hətta süzülən artıq mayenin tərkibindən su molekullarını geri qaytarmağa başlayırlar.
Hipofiz vəzi qanın tərkibində olan suyun miqdarını tənzimləmək üçün başqa bir yoldan da istifadə edir. Hipofiz vəzidən ifraz olunan antidiuretik (ADH) hormon tüpürcək vəzilərinin tüpürcək ifrazetmə funksiyasını yavaşıdır. Bundan sonra insan susuzluq hiss edir və bir stəkan su içir.
Hipofiz vəzisinin su içməyimizi təmin etmək üçün malik olmalı olduğu bilgilər barədə düşünək.
İlk öncə bu kiçik ət parçası suyun əhəmiyyətini bilməlidir.
Bundan əlavə, hipofiz vəzisi insanın ağzı quruduğu zaman psixoloji baxımdan su içməyə ehtiyac duyacağını bilməlidir.
Hipofiz vəzisi üçüncü əsas məsələ kimi bunu bilməlidir ki, insanın ağzının quruması üçün tüpürcək vəziləri fəaliyyət göstərməməlidir.
Hipofiz vəzi tüpürcək vəzilərinin fəaliyyət göstərməməsi üçün onların işinin necə dayandırılacağını da bilməlidir. Yer üzündəki milyardlarla insanın beyinlərində olan milyardlarla hipofiz vəzi hər gün, hər saniyə bu insanların nə qədər suya ehtiyaclarının olduğunu müəyyənləşdirir və həmin insanları su içməyə məcbur edir.
Yalnız bu sistem insanın acizliyinə və onun yaradılmış olmasına mühüm bir dəlildir.
İnsan ona görə aciz sayılır ki, o, öz ağlı ilə orqanizmində suyun azaldığını dərk etmir. Onun susuzluq hissinə ehtiyacı var. Susuzluq hissini insan üçün xüsusi olaraq yaradan varlıq isə kiçik bir ət parçasıdır. Əgər bu ət parçası olmasa, insan susamayacaq, orqanizminin suya ehtiyacının olduğunu bilməyəcək və insanların əksəriyyəti susuzluqdan bayılana qədər ağıllarına su içmək gəlməyəcək.
İnsan yaradılıb, çünki heç bir təsadüf insanın beyninə həmin insana lazımi psixoloji təzyiqi tətbiq edən və insanı su içməyə məcbur edən kiçik, lakin olduqca şüurlu ət parçasını yerləşdirə bilməz. İnsanı suya möhtac yaradan və onun müntəzəm şəkildə su içməsini təmin etmək üçün lazım olan hər bir mühüm tədbiri görən qüvvə isə Uca Allahdır.


Hiç yorum yok:
Yorum Gönder