22 Mayıs 2011 Pazar

Or­qa­niz­mi­miz­də­ki müs­tə­qil fab­rik: qa­ra­ci­yər


Kom­pü­ter mü­hən­dis­lə­ri son il­lər­də ener­ji­ni də­yər­lən­dir­mə ba­xı­mın­dan ən uğur­lu or­qan ola­raq qa­ra­ci­yə­ri mo­del ki­mi qə­bul et­mə­yə baş­la­dı­lar. Bu­nun ən mü­hüm sə­bə­bi isə qa­ra­ci­yə­rin ey­ni an­da müx­tə­lif pro­ses­lə­ri qü­sur­suz şə­kil­də ye­ri­nə ye­ti­rə bil­mə­si­dir. Qa­ra­ci­yər in­san or­qa­niz­mi­nin ümu­mi qu­ru­lu­şu ilə bağ­lı təx­mi­nən 500 funk­si­ya­ya ma­lik­dir.

Qa­ra­ci­yər ye­di­yi­miz qi­da­la­rın or­qa­nizm tə­rə­fin­dən is­ti­fa­də olu­na bi­lə­cək və­ziy­yə­tə gə­ti­ril­mə­si­ni tə­min edir. Bu­nu edər­kən həzm sis­te­min­dən gə­lən qa­nın tər­ki­bin­də­ki mü­rək­kəb mo­le­kul­la­rı par­ça­la­ya­raq on­la­rı is­ti­fa­də edi­lə və ya eh­ti­yat­da sax­la­nı­la bi­lən mo­le­kul­lar ha­lı­na gə­ti­rir. Da­ha son­ra ən fay­da­lı olan­la­rı ye­ni­dən qan va­si­tə­si­lə di­gər hü­cey­rə­lə­rə gön­də­rir.
Zə­rər­li olan­la­rı isə bir ne­çə pro­ses­dən ke­çi­rə­rək böy­rək­lə­rə gön­də­rir və ora­dan da sü­zü­lə­rək si­dik cöv­hə­ri ha­lın­da or­qa­nizm­dən kə­nar olun­ma­sı­nı tə­min edir. 1,5-2 kq ağır­lı­ğın­da­kı bir «ət küt­lə­si»nin bü­tün qi­da mad­də­lə­ri­ni iş­lən­mə­miş (emal olun­ma­mış) hal­da qan va­si­tə­si­lə alıb müx­tə­lif kim­yə­vi re­ak­si­ya­lar­dan ke­çir­mə­si və or­qa­niz­min di­gər his­sə­lə­ri­nə fay­da­lı ola­ca­ğı­na əmin ol­du­ğu tə­məl daş­la­rı­na çe­vir­mə­si öz-öz­lü­yün­də bir mö­cü­zə­dir.

Qa­ra­ci­yə­rin əsas funk­si­ya­sı qan va­si­tə­si­lə al­dı­ğı qi­da mad­də­lə­ri­ni nə­za­rət­dən ke­çir­mək ol­du­ğu üçün onun qu­ru­lu­şu qa­nı qo­ru­ma­ğa uy­ğun ol­ma­lı­dır. Be­lə ki, qa­ra­ci­yər də sün­gə­rə­bən­zər qu­ru­lu­şa ma­lik­dir. Hət­ta in­san or­qa­niz­min­də­ki bü­tün qa­nın 800-900 qra­mı hə­mi­şə qa­ra­ci­yər tə­rə­fin­dən so­ru­lur. Bu­na gö­rə də ağır­la­şan or­qa­nın or­qa­nizm­də­ki xü­su­si ye­ri də baş­qa or­qan­la­ra zə­rər ver­mə­yə­cə­yi və funk­si­ya­la­rı­nı ye­ri­nə ye­ti­rə bi­lə­cə­yi şə­kil­də mü­əy­yən edi­lib.


Hiç yorum yok:

Yorum Gönder