Bağırsaqlardakı əksər qidalar yoğun bağırsağa gələnə qədər sorulur. Lakin bəzi xüsusi qidaların sorulması yoğun bağırsaqda həyata keçir. Onların arasında ən maraqlılarından biri də K vitaminidir.
K vitamini qanın laxtalanma mexanizmində funksiya daşıyan, çatışmazlıq olduğu zaman insanın ölümünə səbəb ola biləcək nəticələri ortaya çıxaran olduqca mühüm vitamindir. Lakin K vitamini təbiətdə insan orqanizminin ehtiyac duyduğu şəkildə mövcud olmur. İnsan orqanizmi bu vitamini özünün istifadə edə biləcəyi vəziyyətə gətirməli, yəni müəyyən mənada «seçib ayırmalı, çeşidləməlidir».
Lakin insan metabolizması belə bir çeşidləmə prosesini də həyata keçirə bilməz. Bəs insanlar K vitamini çatışmazlığına görə niyə ölmürlər? Bu vitamini insanın istifadə edə biləcəyi vəziyyətə gətirən, onu çeşidləyib ayıran mexanizm nədir?
Bu sualın cavabı insanların şüurunu donduran bir həqiqəti ortaya çıxarır. Bağırsaqlarda olan xüsusi bakteriyalar K vitaminini bəzi proseslər serialından keçirir, seçib ayırır və insanın istifadə edə biləcəyi vəziyyətə gətirirlər. Bu bakteriyalar tərəfindən ayrılan K vitamini yoğun bağırsaqdan sorularaq qana qarışır.
İnsan orqanizmində K vitaminini ayıran bakteriyaların olması insanı düşündürən mühüm və incə bir məqamdır. Bakteriyaların öz lazımi yerlərində olması, çeşidləmə prosesini yerinə yetirən genetik şifrəyə malik olması olduqca mühüm bir hadisədir. İnsanın öz həyatını davam etdirə bilməsi üçün varlığından xəbərsiz olduğu, hətta adını da eşitmədiyi bu kiçik bakteriyaya möhtac olması isə bu hadisənin başqa bir tərəfidir. Heç bir təsadüf bu bakteriyanı meydana gətirə, üstəlik bunu insanın bağırsaqlarına yerləşdirə, bu bakteriyanın genetik şifrəsini insan üçün faydalı olan prosesləri yerinə yetirəcək vəziyyətə gətirə bilməz.
Bunlar olduqca heyrətamiz və mühüm bilgilərdir. Şübhəsiz ki, bütün bu məlumatlar bizi hər şeyi planlaşdırıb nizamlayan bir yaradanın varlığının dərkinə doğru aparır. Bu yaradıcı isə Uca Allahdır. Allah hər şeyi ən xırda incəliyinə və təfərrüatına qədər planlaşdırıb. Yer üzündəki bütün canlılar kimi insanlar da Allaha möhtacdırlar, yalnız Onun diləməsi ilə yaradılıblar və Onun diləməsi ilə də həyatlarını davam etdirə bilirlər. Allahın isə heç nəyə ehtiyacı yoxdur. Bir ayədə belə buyrulur:
«De: «Şərikləriniz içərisində haqq yola yönəldə bilən bir kimsə varmı?» De: «Allah haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?»« («Yunus» surəsi, 35).
Hiç yorum yok:
Yorum Gönder