24 Kasım 2011 Perşembe

Mə­də­yə düş­müş ül­gü­cü həzm et­mək gü­cün­də olan tur­şu­lar ne­cə tə­sir­siz ha­la gə­lir?


Ye­mək bo­ru­sun­da irə­li­lə­yən qi­da­lar bir müd­dət son­ra mə­də­yə ça­tır. Mə­də­də­ki həzm pro­se­si ağız­dan fərq­lə­nir. Bu­ra­da çox qüv­vət­li tur­şu­lar fəa­liy­yə­tə baş­la­yır. Qi­da­lar ye­mək bo­ru­sun­dan mə­də­yə enər-en­məz mə­də sət­hin­də­ki hü­cey­rə­lər qas­trik as­sit tur­şu­su ad­lı bir ma­ye if­raz et­mə­yə baş­la­yır. Bu ma­ye ilə ey­ni za­man­da pep­sin və hid­rox­lo­rid tur­şu­su ad­lı kim­yə­vi üyü­dü­cü ma­ye­lər də if­raz edi­lir. Bu tur­şu­lar hət­ta bir ül­gü­cü də həzm edə bi­lə­cək qüv­və­də­dir. Həzm edil­mə­si çə­tin olan pro­tei­nə bən­zər mad­də­lər üçün bu tur­şu­la­rın ol­ma­sı zə­ru­ri­dir. La­kin bu­ra­da çox in­cə bir mə­qam var. Mə­də özü də qu­ru­luş ba­xı­mın­dan pro­te­in­dən təş­kil olu­nub. Bəs hət­ta ül­gü­cü də həzm edə bi­lən bir tur­şu han­sı sə­bəb­dən mə­də­nin özü­nə zə­rər ver­mir?
Bu da in­san or­qa­niz­min­də­ki mi­sil­siz qu­ru­luş nü­mu­nə­lə­rin­dən bi­ri­dir. Mə­də­nin gi­rin­ti­li-çı­xın­tı­lı di­var­la­rı­nın də­rin­lik­lə­ri sa­yə­sin­də mə­də öz-özü­nü həzm et­mir.
Mə­də di­var­la­rın­da­kı də­rin çu­xur­lar­da bir-bi­rin­dən fərq­li xü­su­siy­yət­lə­rə ma­lik olan hü­cey­rə­lər yer­lə­şir. Mə­də­də­ki bə­zi hü­cey­rə­lər tur­şu if­raz et­di­yi hal­da bu hü­cey­rə­lə­rin ya­nın­da­kı baş­qa hü­cey­rə­lər də həs­sas bir ta­raz­lıq için­də ya­pış­qan ma­ye if­raz edir. «Mu­kus» ad­lı bu ma­ye mə­də­nin sət­hi­ni ör­tüb mə­də di­var­la­rı­nı tur­şu­lar­dan bir qal­xan ki­mi qo­ru­yur və en­zim­lə­rin mə­də­yə zə­rər ver­mə­si­nin qar­şı­sı­nı alır. Par­ça­la­yı­cı en­zim­lər qə­dər in­fek­si­ya tö­rə­dən vi­ru­sun və di­gər mik­ro­or­qa­nizm­lə­rin də hü­cey­rə­lə­rə da­xil ol­ma­sı­nın qar­şı­sı­nı alan mu­kus ey­ni za­man­da qi­da­la­rın ka­nal için­də­ki hə­rə­kə­ti­ni asan­laş­dı­ran bir sürt­kü mad­də­si ki­mi­dir.
Bü­tün bu pro­ses­lər ne­cə hə­ya­ta ke­çir və mə­də­də­ki bu qo­ru­yu­cu şə­ra­it ne­cə əmə­lə gə­lir? Mə­də­də­ki bu hü­cey­rə­lər öz-özü­nə bu mad­də­lə­ri ha­sil et­mək qə­ra­rı­na ne­cə gəl­miş və bir növ qo­ru­yu­cu mad­də­lə­rin for­mu­lu­nu tap­mış ola bi­lər­lər? Hü­cey­rə­lə­rin bü­tün bun­la­rı edə bil­mək üçün nə­lə­rə eh­ti­ya­cı­nın ol­ma­sı ba­rə­də dü­şü­nək.

 
İlk ön­cə bə­zi hü­cey­rə­lər həzm pro­se­si­nə la­zım olan mad­də­nin ha­zır­lan­ma­sı üçün  qi­da­la­rın həzm edil­mə­si­nin la­zım ol­du­ğu­nu dərk et­mə­li­dir. Hə­min hü­cey­rə­lər həzm pro­se­si üçün tur­şu ki­mi mad­də­yə eh­ti­ya­cın ol­du­ğu­nu bil­mə­li­dir. Da­ha son­ra hü­cey­rə­lər mü­va­fiq tur­şu­nun for­mu­lu­nu ta­pıb on­la­rı bu for­mu­la uy­ğun ha­sil et­mə­li­dir. Qo­ru­yu­cu mad­də­nin ha­sil edil­mə­si üçün bə­zi hü­cey­rə­lər bu tur­şu­nun mə­də­nin özü­nə zə­rər ve­rə bi­lə­cə­yi­ni mü­əy­yən et­mə­li, son­ra bu hü­cey­rə­lə­rin tur­şu nü­mu­nə­lə­ri­ni alıb la­bo­ra­to­ri­ya­da təd­qiq et­mə­li və tur­şu­nun tə­si­ri­ni da­yan­dı­ra­caq for­mu­lu in­ki­şaf et­dir­mə­li­dir. Bu za­man bu tur­şu­nun hət­ta bir­cə dam­la­sı da xal­ça­da bö­yük bir də­lik aça­caq qə­dər tə­sir­li­dir. Bu­na gö­rə də unut­maq ol­maz ki, hər han­sı bir for­mu­lun səh­vi mə­də­nin tur­şu­lar tə­rə­fin­dən əri­dil­mə­si de­mək ola bi­lər.
Əl­bət­tə, mə­də­də­ki bir-bi­ri­ni ni­zam­la­yan mad­də­lə­rin əmə­lə gəl­mə­si yu­xa­rı­da­kı pa­raq­raf­lar­da xü­la­sə edil­di­yi ki­mi də sa­də de­yil. Mad­də­lə­rin for­mul­la­rı­nın ha­zır­lan­ma­sı da öz­lü­yün­də mü­hüm bir ha­di­sə­dir. Di­gər tə­rəf­dən, bir hü­cey­rə­nin kim­yə­vi for­mul­lar ya­ra­dıb, bu for­mul­la­rı top­la­yıb bir mad­də­ni əmə­lə gə­tir­mə­si müm­kün de­yil. Şü­ur­suz atom­lar­dan əmə­lə gə­lən hü­cey­rə­nin be­lə bir ağı­la və qa­bi­liy­yə­tə ma­lik ol­du­ğu­nu id­dia et­mək mən­tiq­siz­lik olar­dı.
Bu­nun­la ya­na­şı, ağıl və mən­tiq­dən uzaq­laş­ma­ğı qə­bul edə­rək bir in­sa­nın mə­də­sin­də tur­şu­nun mü­əy­yən şə­kil­də or­ta­ya çıx­dı­ğı­nı qə­bul et­sək də onu tən­zim­lə­yə­cək mad­də­nin mü­əy­yən dövr ər­zin­də or­ta­ya çıx­ma­sı­nı göz­lə­mək ol­maz. Çün­ki ül­gü­cü əri­də bi­lə­cək qə­dər güc­lü olan tur­şu­lar mə­də­ni çox qı­sa bir müd­dət­də sı­ra­dan çı­xa­ra­caq. Tur­şu­la­rın nə­in­ki mil­yon il­lər­lə, hət­ta 2-3 gün və da­ha qı­sa müd­dət ər­zin­də də mə­də­də göz­lə­mə­si müm­kün de­yil.
Bü­tün bun­la­rı nə­zə­rə al­saq, qar­şı­mı­za açıq bir hə­qi­qət çı­xa­caq. Tur­şu­nun və mə­də­ni tur­şu­dan qo­ru­yan mu­ku­sun bir­lik­də möv­cud ol­ma­la­rı Al­la­hın üs­tün ya­ra­dı­lı­şın­da­kı ni­za­mın və qü­sur­suz­lu­ğun say­sız nü­mu­nə­lə­rin­dən yal­nız bi­ri­dir. Al­lah in­san or­qa­niz­mi­ni va­hid şə­kil­də və qü­sur­suz bir la­yi­hə ilə ya­ra­dıb.

Hiç yorum yok:

Yorum Gönder