6 Ağustos 2012 Pazartesi

Mühüm təhlükəsizlik tədbiri: ürəkdəki ehtiyat generatoru

Əsas ge­ne­ra­tor­dan çı­xan elekt­rik dal­ğa­la­rı­nı qı­sa bir müd­dət ər­zin­də da­yan­dı­ran av­to­ma­tizm sis­te­mi­nin baş­qa mü­hüm funk­si­ya­sı da var. Əsas ge­ne­ra­tor­da bir qü­sur olan­da bu sis­tem onun ye­ri­nə ke­çir və eh­ti­yat ge­ne­ra­tor funk­si­ya­sı­nı da­şı­yır. Eh­ti­yat ge­ne­ra­tor əsas güc mən­bə­yi qə­dər güc­lü siq­nal­lar bu­rax­ma­sa da (də­qi­qə­də 40-50 siq­nal ve­rir), onun bu­rax­dı­ğı siq­nal­lar ürə­yin öz fəa­liy­yə­ti­ni da­vam et­dir­mə­si­ni tə­min et­mək üçün ki­fa­yət edir. Əsas ge­ne­ra­tor hər han­sı bir sə­bəb­dən zə­də­lən­di­yi za­man eh­ti­yat av­to­ma­tizm sis­te­mi in­san hə­ya­tı üçün ol­duq­ca mü­hüm olan ye­ni funk­si­ya da­şı­yır. Hər han­sı bir sə­bəb­dən əsas ge­ne­ra­to­run fəa­liy­yət gös­tər­mə­di­yi hal­lar­da 20 ilə qə­dər ya­şa­yan in­san­la­ra rast gə­li­nir.

Bun­la­rı oxu­yan in­san bu­ra qə­dər bəhs edi­lən­lə­ri dərk et­mək üçün mü­əy­yən bir şü­ur və an­la­yı­şa ma­lik ol­ma­lı­dır. Be­lə ki, bu ya­zı­nı oxu­yan in­san­lar bu an­la­yı­şa sa­hib­dir. La­kin diq­qət ye­ti­ril­sə, ürə­yi təş­kil edən his­sə­lə­rin öz funk­si­ya­la­rı­nı ye­ri­nə ye­ti­rə bil­mə­lə­ri üçün də şü­ur nü­ma­yiş et­dir­mə­lə­ri la­zım gə­lir.
Mə­sə­lən, eh­ti­yat ge­ne­ra­tor funk­si­ya­sı da­şı­yan his­sə­nin döv­riy­yə­yə gir­mə­si üçün onun in­san or­qa­niz­min­də baş ve­rən­lə­ri dərk et­mə­si, tə­ci­li və­ziy­yət­lə­ri dər­hal bi­lə­rək zə­ru­ri sis­tem­lə­ri döv­riy­yə­yə da­xil et­mə­si la­zım gə­lir.

Bəs bi­zim dərk et­mə­yi­miz üçün şü­ur tə­ləb edən bu pro­ses­lə­ri ürə­yin müx­tə­lif yer­lə­rin­də yer­lə­şən bu his­sə­lər ne­cə ye­ri­nə ye­ti­rir? Ürək­də­ki si­nir dü­yün­lə­ri­nin şü­ur sa­hi­bi ol­du­ğu­nu dü­şün­mək olar­mı? Bu dü­yün­lə­rin mü­əy­yən sa­ni­yə­lə­ri he­sab­la­ya bil­dik­lə­ri­ni, bu he­sab­la­ma­la­rı fa­si­lə­siz və qü­sur­suz şə­kil­də ye­ri­nə ye­tir­dik­lə­ri­ni id­dia et­mək olar­mı? Ürək­də­ki qu­ru­luş­la­rın ürə­yin fəa­liy­yət gös­tər­mə­si üçün zə­ru­ri olan mü­rək­kəb pro­ses­lə­ri öz is­tək­lə­ri ilə ye­ri­nə ye­ti­rə bil­mə­yə­cə­yi əl­bət­tə ki, ay­dın mə­sə­lə­dir. Çün­ki bu dü­yün­lər yal­nız bir hü­cey­rə yı­ğı­nı­dır və bu top­lu­nun özü­nə uy­ğun bir qə­rar ver­mək me­xa­niz­mi­nin, ira­də­si­nin və he­sab­la­ma qa­bi­liy­yə­ti­nin ol­du­ğu­nu dü­şün­mək ol­maz.

Hət­ta hü­cey­rə­nin elekt­rik ha­sil edə bil­mə­si də öz-öz­lü­yün­də bö­yük bir mö­cü­zə­dir. Çün­ki hə­min ha­si­lat min­lər­lə kim­yə­vi pro­ses nə­ti­cə­sin­də baş ve­rir. Bu mə­qam­da dü­şün­mə­yi­miz la­zım olan mü­hüm su­al­lar var.

Bir hü­cey­rə elekt­rik ha­sil et­mək ki­mi bir funk­si­ya­nı nə üçün ye­ri­nə ye­tir­mək is­tə­yir? Onu bu­na məc­bur edən qüv­və nə­dir? Ürə­yin yı­ğıl­ma­sı üçün elekt­rik siq­na­lı­na eh­ti­ya­cı­nın ol­du­ğu­nu, yı­ğıl­ma­ğa sə­bəb olan hü­cey­rə­lə­rin elekt­rik ol­ma­dan iş­lə­mə­yə­cək­lə­ri­ni bu hü­cey­rə ha­ra­dan bi­lir?

Hət­ta hü­cey­rə­nin elekt­rik ha­sil et­mə­si də tək­ba­şı­na ki­fa­yət et­mir. Xü­su­si­lə elekt­rik ha­sil edən baş­qa hü­cey­rə­lə­rə də eh­ti­yac var. Bu hü­cey­rə­lər düz­gün ar­dı­cıl­lıq­la top­laş­ma­lı­dır. On­la­rın yal­nız top­laş­ma­la­rı da ki­fa­yət de­yil. Bu hü­cey­rə­lər bir-bi­ri ilə söz­lə­şib­lər­miş ki­mi bir­lik­də elekt­rik ha­sil et­mə­li­dir. Bun­dan əla­və, bu ha­si­lat mü­əy­yən bir ritm­də ol­ma­lı­dır. Hər bir hü­cey­rə­nin əlin­də bir xro­no­metr ol­ma­lı, bu hü­cey­rə­lər heç bir səh­və yol ver­mə­dən hər 0,83 sa­ni­yə­də bir hə­rə­kət et­mə­li­dir­lər. Həm­çi­nin hü­cey­rə­lər bu­nu bü­tün bir ömür bo­yun­ca yo­rul­ma­dan ye­ri­nə ye­tir­mə­li­dir. Bun­dan əla­və, on­lar ürə­yi fəa­liy­yə­tə gə­ti­rə­cək elekt­rik cə­rə­ya­nı­nın miq­da­rı­nı tam bil­mə­li, az və ya çox de­yil, tam eh­ti­yac du­yu­lan öl­çü­də elekt­rik cə­rə­ya­nı ha­sil et­mə­li­dir­lər.

Elekt­rik cə­rə­ya­nı gə­lən­də ürək­də yo­rul­ma­dan fəa­liy­yət gös­tə­rən əzə­lə hü­cey­rə­lə­ri də iş­lə­yə bi­lə­cək qu­ru­lu­şa ma­lik ol­ma­lı­dır. On­la­ra gə­lən bir siq­na­la da la­qeyd ol­ma­ma­lı, də­qi­qə­də 72 də­fə gön­də­ri­lən siq­na­lın hər bi­ri­nə ca­vab ver­mə­li­dir­lər.

Hət­ta bu mö­cü­zə­vi sis­te­min fəa­liy­yət gös­tər­mə­si­ni dərk et­mək üçün də mü­əy­yən bir an­la­yış la­zım ol­du­ğu hal­da bu sis­te­min kor-ko­ra­nə şə­kil­də və tə­sa­dü­fən əmə­lə gəl­di­yi­ni id­dia et­mək əl­bət­tə ki, mə­sə­lə­yə ağıl­dan və elm­dən kə­nar bir ya­naş­ma olar­dı. Be­lə bir qü­sur­suz sis­tem şü­ur­suz tə­sa­düf­lər­lə ya­ra­na bil­məz. İn­sa­nın da­xi­lin­də be­lə bir elekt­ro­nik döv­riy­yə­nin qu­rul­ma­sı onun Al­lah tə­rə­fin­dən ya­ra­dıl­ma­sı­nın baş­qa bir aş­kar də­li­li­dir:

«Si­zi Biz ya­rat­dıq. Mə­gər təs­diq et­məz­mi­si­niz? Bəs (bətn­lə­rə) axıt­dı­ğı­nız nüt­fə­yə nə de­yir­si­niz? On­dan ya­ra­dan siz­si­niz, yox­sa Biz?! Si­zin ara­nız­da ölü­mü əv­vəl­cə­dən Biz mü­əy­yən et­dik. Və Biz əs­la aciz de­yi­lik» («Va­qiə» su­rə­si, 57-60).

Hiç yorum yok:

Yorum Gönder