Ürəkdən toxumalara qan aparan damarlara arteriyalar, toxumalardan ürəyə qan aparan damarlara isə venalar deyilir. Arteriyalar əsasən orqanizmin toxumalarına yerləşmiş şəkildə dərində olurlar. Lakin onlar bəzi yerlərdə, məsələn, əlin biləyində, gicgahlarda, boyunda və topuğun bayır tərəfində səthə yaxındır. Bu hissələrdə hər bir ürək döyüntüsündə qanın arteriyaların divarına vuraraq təzyiqlə keçməsi hiss edilə bilər.
Damarın daxili səthi düzgün bir zəmin əmələ gətirmək üçün bir-birinə yapışdırılmış müxtəlif şəkilli səki daşlarını xatırladır. Lakin burada istifadə edilən material daş yox, hüceyrələrdir.
Bu
məqamda bir az diqqətimizi toplayaq. Hüceyrələr canlı varlıqlardır. Bir qrup canlı hüceyrə səki daşlarının diqqətlə döşənməsi kimi yan-yana yerləşdirilib və ortaya hamar bir səth çıxıb. Bu səth 360 dərəcə fırlanaraq bir boru yaradıb. Buna bənzər milyonlarla boru bir-biri ilə bir nizam içində birləşərək damar sistemini əmələ gətirir.
Bəs bu, necə baş verib?
İlk öncə hüceyrələrin səki daşları kimi yastı və bir-biri ilə birləşə biləcək formalara malik olması lazım gəlir. Milyardlarla hüceyrəni belə xüsusi formada yaradan qüvvə nədir?
Daha sonra isə - biz hələ ana bətnində olarkən - bu hüceyrələr səki daşları kimi yan-yana düzülməlidir. Milyardlarla hüceyrəni hamar və düzgün bir formada düzən kimdir?
Hörülən divarda hətta bir hüceyrə əskik olsa, buradan kənara qan sızacaq. Bu divarı qüsursuz şəkildə hörən kimdir?
Əlbəttə ki, bu sualların cavablarını təsadüflərlə izah etmək olmaz.
Bundan əlavə o da unudulmamalıdır ki, bəhs edilən bir fabrikin tökmə qəlibindən çıxan metal boru deyil. Haqqında danışılan şey canlı hüceyrələrin birləşməsi nəticəsində əmələ gələn canlı bir «boru»dur. Nə üçün bu kiçik canlılar ömürlərini bir borunun hissəsi olmağa sərf edirlər? Onlara bu quruluşu, bu funksiyanı verən kimdir?
Bu
sualın cavabı da təsadüf ola bilməz. Lakin təkamülçülər heç bir zaman belə xırdalıqları düşünməz, daha doğrusu, bu həqiqətləri görməyərək onların üzərində düşünmək də istəməzlər. Təkamülçülər damar toxumalarından bəhs edən və içində latınca terminlər olan söhbətlər edə, kitablar yaza bilərlər. Lakin bu hüceyrələrin bir nizamda necə birləşməsi barədə suallara heç vaxt cavab verə bilməzlər. Çünki onların verə biləcəyi yeganə cavab «təsadüf»dür.
Bu
qədər zəif və keçərsiz bir cavabın insanı necə aşağılayacağını, insanın necə zəif olmasını göstərəcəyini bildikləri üçün bu məsələni «bir təkamül nəticəsində bu hüceyrələr birləşdilər və damarları əmələ gətirdilər» kimi heç bir məntiqə sığmayan ifadələrlə izah edirlər.
Əgər belə bir izahatı verən təkamülçü cəmiyyət tərəfindən alim kimi tanınırsa, elmi ədəbiyyata yad olan insanlarda da belə bir düşüncə yarana bilər.
Bu izahatı
bir alim verirsə,
bunun arxasında mütləq
bəzi elmi həqiqətlərin olduğunu, lakin sözügedən
alimin insanların
dərk edə bilməyəcəyi üçün
mövzunun üzərindən
keçdiyini güman edərlər.
Qısası,
heç bir təkamülçü alim insan orqanizmindəki damar şəbəkəsinin necə
yarandığını
izah edə bilməz.
Bunu çox asan şəkildə
yoxlaya bilərsiniz. Hər hansı
bir təkamülçüyə
damar sisteminin və ya damarın
quruluşunun mükəmməlliyini və
ideallığını,
hüceyrələrin bir nizamda necə
düzüldüklərini izah edin. Bundan sonra bu quruluşun ilk dəfə
necə yaranması
haqda sual verin. Onların
bu suala yalnız
«təsadüflər
nəticəsində»
deyə cavab verəcəklər.
Halbuki bu sualın
yalnız bir cavabı
var: damarları,
damarların
içində olan qanı, bu qanı vuran ürəyi və insan orqanizmindəki milyonlarla başqa sistemi yaradan qüvvə aləmlərin Rəbbi olan Uca Allahdır.

Hiç yorum yok:
Yorum Gönder