Ürək-damar sisteminin əsas məqsədi orqanizmdəki hüceyrələrə fəaliyyətləri üçün zəruri olan maddələri çatdırmaq və artıq maddələri hüceyrələrdən uzaqlaşdırmaqdır. Yetkin bir insanın ürəyi gündə 9 min litr qanı 100 min kilometrə yaxın uzunluqda olan damar şəbəkəsini qət edəcək şəkildə vurur.
İndi bir hüceyrə boyda olduğumuzu təsəvvür edək və qan hüceyrələri ilə birlikdə qan dövranı sistemində bir səfərə çıxaq.
Başlanğıc nöqtəniz ürəyin sol üst nasosu, yəni sol qulaqcıqdır. İçində yerləşdiyimiz hissə oksigenlə zəngin olan təmiz qanla doludur. Ətrafınızda oksigen daşıyan milyonlarla eritrosit var. Sizdən alt tərəfdə ürəyin sağ mədəcəyinə açılan bağlı bir qapaq var. Qapaq yalnız aşağıya doğru açıla bilən birtərəfli bir qapaqdır.
Qulaqcığın qəfil yığılması ilə qapaqcıq aşağıya doğru açılır. İçində yerləşdiyiniz qan mayesi ürəyin alt tərəfindəki hissəyə dolur. Artıq çox güclü bir nasos olan sol mədəcikdəsiniz. Üzərinizdə olan qapaq gəldiyiniz istiqamətə geri qayıtmağınıza mane olmaq üçün bağlanır.
Sol
mədəcik qanı orqanizmin ən kiçik nöqtələrinə göndərəcək qədər güclü olan bir nasosdur. Bu nasosun çıxış nöqtəsində də aorta arteriyalarına açılan birtərəfli başqa bir qapaq da var. Bu qapağın funksiyası da buradan vurulan qanın ürəyə geri qayıtmasının qarşısını almaqdır.
Həmçinin sol mədəcik də şiddətlə yığılır və bu qapaq kənara doğru açılır. İçində yerləşdiyimiz qan böyük sürətlə orqanizmdəki ən böyük arteriya olan aortaya doğru vurulur.
Aorta damarının divarına yaxınlaşdıqca çox maraqlı bir quruluşla qarşılaşırsınız. Damarın daxili hissəsi sanki cilalanıb. Bu cilalı və yağlı səth sürtünməni azaldır və qanın asanlıqla axmasına imkan verir.
Bu
yerdə səfərimizə qısa bir fasilə verərək aorta və arteriyaları yaxından nəzərdən keçirək.


Hiç yorum yok:
Yorum Gönder