7 Ağustos 2012 Salı

Qa­nın hə­ya­ti əhə­miy­yət­li funk­si­ya­la­rı və mi­sil­siz xü­su­siy­yət­lə­ri. 1. Nəq­let­mə­yə ca­vab­deh­lik

Damarlarda hərəkət edən qan hüceyrələri

  Or­qa­niz­mi­mi­zin eh­ti­yac duy­du­ğu hər bir mad­də la­zı­mi or­qan­la­ra qan va­si­tə­si­lə da­şı­nır. Qlü­ko­za, amin tur­şu­su, vi­ta­min, mi­ne­ral­lar ki­mi qi­da­lar və ən əhə­miy­yət­li­si olan ok­si­gen bun­lar­dan bə­zi­lə­ri­dir. Bun­dan əla­və, qan hü­cey­rə tul­lan­tı­la­rı­nı top­la­yan bir zi­bil qu­tu­su ki­mi­dir. Or­qa­nizm­də olan təx­mi­nən 100 tril­yon hü­cey­rə­nin hər bi­ri­nin gün­də­lik hə­ya­ta ke­çir­di­yi pro­ses­lər nə­ti­cə­sin­də bə­zi tul­lan­tı­lar or­ta­ya çı­xır. Or­qa­nizm üçün zə­rər­li olan kar­bon­di­ok­sid və si­dik cöv­hə­ri ki­mi bu tul­lan­tı mad­də­lə­ri­nin hü­cey­rə­lər­dən kə­nar­laş­dı­rı­la­raq or­qa­nizm­dən xa­ric edil­mə­si də qan va­si­tə­si­lə hə­ya­ta ke­çi­ri­lir. Qan ar­tıq mad­də­lə­ri böy­rək­lə­rə da­şı­yır və bu mad­də­lər böy­rək­lər­də tə­miz­lə­nir. Hü­cey­rə­lər­də ya­ra­nan zə­hər­li kar­bon­di­ok­sid qa­zı da qan tə­rə­fin­dən ağ­ci­yər­lə­rə da­şı­nır və bu­ra­da or­qa­nizm­dən xa­ric edi­lir.

Bədənimizdəki bütün vacib əməliyyatlar qan dövranı sistemi sayəsində baş verir. Şəkildə gördüyünüz qan damarları şəbəkəsi sayəsində görür, eşidir, nəfəs alır, hərəkət edir qısacası həyatımızı davam etdiririk.
 
Bü­tün bu pro­ses­lə­ri isə şü­ur­suz qan hü­cey­rə­lə­ri hə­ya­ta ke­çi­rir. La­kin bu hü­cey­rə­lər qan­da da­şı­nan tul­lan­tı mad­də­lə­ri­ni və fay­da­lı mad­də­lə­ri bir-bi­rin­dən ol­duq­ca şü­ur­lu və plan­lı bir şə­kil­də ayır­ma­ğı ba­ca­rır, han­sı­nın ha­ra çat­dı­rı­la­ca­ğı­nı çox yax­şı bi­lir­lər. Mə­sə­lən, on­lar zə­hər­li qaz­la­rı böy­rək­lə­rə və ya tul­lan­tı mad­də­lə­ri­ni ağ­ci­yər­lə­rə heç vaxt da­şı­maz­lar. Həm­çi­nin qi­da­ya eh­ti­ya­cı olan bir or­qa­na tul­lan­tı mad­də­lə­ri­ni da­şı­maz­lar. Şüb­hə­siz ki, be­lə bir səhv hə­min in­sa­nın ölü­mü­nə sə­bəb ola bi­lə­cək şə­kil­də cid­di bir xə­ta olar­dı. Qan hü­cey­rə­lə­ri­nin öz funk­si­ya­la­rı­nı heç bir çaş­qın­lıq, ax­sa­ma və səhv ol­ma­dan, heç nə­yi qa­rış­dır­ma­dan ol­duq­ca şü­ur­lu bir şə­kil­də ye­ri­nə ye­tir­mə­si on­la­ra nə­za­rət edən, tən­zim­lə­yən, təş­kil edən bir ağıl və şüu­run da var­lı­ğı­nı gös­tə­rir. Bu, in­sa­nın özü de­yil və ola da bil­məz. Çün­ki in­san bü­tün bu pro­ses­lə­rin heç bi­rin­dən xə­bər­dar ol­ma­dan ömür sü­rür. La­kin bu­na bax­ma­ya­raq qan döv­ra­nı ye­nə də əv­vəl­ki ki­mi qü­sur­suz şə­kil­də iş­lə­mək­də da­vam edir.

Qan hü­cey­rə­lə­ri­nin ayır­ma, seç­mə və qə­rar ver­mə ki­mi qa­bi­liy­yət­lə­ri tə­sa­dü­fən əl­də et­dik­lə­ri, bun­la­rı öz is­tək­lə­ri ilə hə­ya­ta ke­çir­dik­lə­ri fik­ri­ni irə­li sür­mək isə ən mən­tiq­siz və ağıl­dan­kə­nar id­dia­lar­dan bi­ri ola­caq. Aş­kar bir hə­qi­qət­dir ki, bü­tün bu xü­su­siy­yət­lə­ri ve­rən və qü­sur­suz bir sis­tem ya­ra­dan qüv­və üs­tün qüd­rət sa­hi­bi olan Al­lah­dır.


Dar­vi­niz­min nə qə­dər mə­na­sız və cə­fəng ol­ma­sı­nı gör­mək üçün yal­nız bir nü­mu­nə ki­fa­yət­dir!


Dar­vi­nizm tə­sa­dü­fən mey­da­na gə­lən mil­yon­lar­la ha­di­sə­nin can­sız mad­də­lə­ri can­lan­dır­ma­sı və qü­sur­suz şə­kil­də fəa­liy­yət gös­tə­rən mü­kəm­məl qu­ru­luş­lu var­lıq­la­rı əmə­lə gə­tir­mə­si fik­ri­ni irə­li sü­rən ol­duq­ca mən­tiq­siz bir id­dia­dır. Dar­vi­niz­min nə qə­dər bö­yük cə­fən­giy­yat, nə qə­dər mə­na­sız bir mə­sə­lə ol­du­ğu­nu gör­mək üçün yal­nız bu nü­mu­nə­ni oxu­ma­ğı­nız ki­fa­yət­dir.

Qan­da da­şı­yı­cı pro­te­in­lər­dən bi­ri olan al­bu­min xo­les­te­rol ki­mi yağ­la­rı, hor­mon­la­rı, zə­hər­li öd ki­sə­si mad­də­si­ni və pen­si­lin ki­mi dər­man­la­rı özü­nə bağ­la­yır. Da­ha son­ra isə qan­la bir­lik­də or­qa­nizm­də gə­zə­rək top­la­dı­ğı zə­hər­lə­ri qa­ra­ci­yər­də zə­rər­siz­ləş­di­rib bu­ra­xır, qi­da mad­də­lə­ri­ni və hor­mon­la­rı isə la­zı­mi yer­lə­rə da­şı­yır.

İn­di isə bir dü­şü­nün və özü­nü­zə bu su­al­la­rı ve­rin:

- Al­bu­min ki­mi atom­lar­dan təş­kil olun­muş, heç bir bi­li­yi, şüu­ru ol­ma­yan bir mo­le­kul yağ­la­rı, zə­hər­lə­ri, dər­man­la­rı və qi­da mad­də­lə­ri­ni bir-bi­rin­dən ne­cə se­çib ayı­rır?

- Bun­dan əla­və, ne­cə olur ki, qa­ra­ci­yə­ri, öd ki­sə­si­ni, mə­də­ni ta­nı­yıb da­şı­dı­ğı mad­də­lə­ri çaş­ma­dan, ya­nıl­ma­dan, heç bir səhv et­mə­dən hər də­fə doğ­ru ye­rə və tə­lə­ba­ta uy­ğun şə­kil­də çat­dı­ra bi­lir?

Əgər tibb təh­si­li al­ma­mı­sı­nız­sa, hət­ta siz də qan­da da­şı­nan zə­hər­li mad­də­lə­ri, dər­man və qi­da mad­də­lə­ri­ni mik­ros­kop­la gör­sə­niz, on­la­rı bir-bi­rin­dən ayı­ra bil­məz­si­niz. Han­sı mad­də­nin han­sı or­qa­na nə qə­dər ve­ril­mə­si­nin la­zım ol­du­ğu­nu isə qə­tiy­yən mü­əy­yən edə bil­məz­si­niz.

Ək­sər in­san­la­rın təh­sil al­ma­dan bil­mə­yə­cə­yi bu mə­lu­mat­la­rı bir çox şü­ur­suz atom­la­rın bir­ləş­mə­sin­dən əmə­lə gə­lən al­bu­min mo­le­ku­lu bi­lir və bü­tün in­san­lar­da mil­yon­lar­la il­dir ki, öz funk­si­ya­la­rı­nı qü­sur­suz şə­kil­də ye­ri­nə ye­ti­rir. Şüb­hə­siz ki, «atom bir­ləş­mə­si­nin» be­lə bir şüu­ru nü­ma­yiş et­di­rə bil­mə­si Al­la­hın son­suz qüd­rə­ti və el­mi sa­yə­sin­də baş ve­rir.

Hiç yorum yok:

Yorum Gönder