İnsan orqanizmindəki proseslərin böyük bir hissəsi qan dövranının bir-biri ilə bağlı olan həddən artıq mürəkkəb quruluşu sayəsində baş verir. Qan dövranı sistemi insan orqanizmindəki təxminən 100 trilyon hüceyrəni bir-bir gəzərək qidalandıran damarlar şəbəkəsidir. Bu fəsildə ürək, damarlar və qan kimi başqa bir çox hissələrdən ibarət olan bu kompleks sistemlə bağlı insanın üzərində düşünməsi lazım gələn mövzulara toxunacağıq.
Bədənimizin içində axan həyat çayı: qan
Bütün canlılarda hüceyrələrə qida maddələrinin daşınması, artıq maddələrin orqanizmdən kənarlaşdırılması və nəfəslə alınan qazların hüceyrələrə çatdırılması kimi ehtiyaclar qan dövranı ilə daşınan maddələr vasitəsilə ödənilir. İnsanlarda bütün bu prosesləri həyata keçirən maye isə «qan»dır.
Ayaq barmağınızın ucundakı bir dəri hüceyrəsindən gözünüzdəki xüsusi bir toxumanın hüceyrəsinə qədər orqanizminizdə olan bütün hüceyrələrin qana ehtiyacı var.Qan orqanizmi bir nəqliyyat şəbəkəsi kimi əhatə edən damarların içində axır və insan orqanizminin hər bir nöqtəsinə baş çəkən ucsuz-bucaqsız çaya bənzəyir. Bu çay orqanizmdəki səfəri boyunca hüceyrələrin ehtiyac duyduğu maddələri bağlamalar şəklində daşıyır. Çayın daşıdığı bu bağlamaları yük gəmisinin konteynerinə bənzətsək, bu konteynerlərin içində qida, su və bəzi kimyəvi maddələr olur. Çatdırılması təcili və zəruri olan bağlama isə oksigen bağlamasıdır. Çünki hüceyrələr oksigensiz qalsalar, qısa bir müddət ərzində məhv olarlar. Lakin orqanizmdə qurulmuş qüsursuz sistem sayəsində bütün bağlamalar hüceyrələrə vaxtında daşınır və ünvanlarına həmişə düzgün çatdırılır.
İnsan öz orqanizmindəki bu çayın axmasını gündəlik həyatında hiss etmir. Lakin insan orqanizmi o qədər mükəmməl və ideal şəkildə planlaşdırılıb ki, orqanizmin hər bir nöqtəsi damarlarla örtülü olduğu halda kənardan baxanda həmin damarlar görünmür. Çünki insan orqanizmini əhatə edən 2 mm qalınlığındakı dəri təbəqəsi damarları ustalıqla örtüb gizləyir.1 Bu təbəqə əslində o qədər incədir ki, dəridə əmələ gələn ən kiçik bir cızıq da qanın kənara sızmasına səbəb olur. Əgər damarlar incə və estetik bir dəri ilə örtülməsəydi, dünyanın ən gözəl insanı da şübhəsiz ki, üzünə baxılmayacaq qədər çox çirkin, qorxunc və iyrənc bir görünüşə malik olardı.
Qanın orqanizmdə çox böyük funksiyası var. Artıq və zəhərli maddələrin qaraciyərə daşınması, müdafiəyə kömək olmaq, bədənin hərarətinin bir kondisioner kimi tənzimlənməsi və qidaların lazımi yerlərə çatdırılması kimi bir çox həyati əhəmiyyətli funksiya qan vasitəsilə yerinə yetirilir. Orqanizmdəki qarşılıqlı informasiya mübadiləsinin (xəbərləşmənin) demək olar ki, hamısı qan tərəfindən təmin edilir.
Hiç yorum yok:
Yorum Gönder