Bu blogda insan orqanizmindəki bəzi sistemlərin necə fəaliyyət göstərməsindən bəhs edilir, bu sistemlərin hissələrindən nümunələr verilir. Lakin insan orqanizmi ilə bağlı yazılmış bir çox kitablardan fərqli olaraq bu kitabda tez-tez vurğulanan bəzi mühüm məqamlar var. Burada məlumatlar müfəssəl şəkildə tədqiq edilir, insan orqanizminin hər bir millimetrindəki incə quruluşa nəzər yetirilir, orqanizmin ən incə yerlərində möcüzəli prosesləri yerinə yetirən hüceyrələr, toxumalar, molekullar və ifrazatlar ön plana çəkilir.
Bundan əlavə, blogda yeri gəldikcə bu mövzularla bağlı texniki məlumatlar da verilir. Buradakı məqsəd insanın öz orqanizmindəki mürəkkəb quruluşu daha yaxşı dərk etməsini təmin etmək, insanın öz orqanizmində baş verən proseslərə adi bir şey kimi yanaşmamasını, oxucunu dərindən düşünməyə təşviq etməkdir.