Orqanizmimiz üçün zəruri və həyati əhəmiyyətli funksiyaya malik olan hormonlar görəsən qanımızda nə qədər yer tutur? 1 litr qanın tərkibində 1 qramın milyardda biri ilə milyonda biri qədər hormon var. Hormonlar bu qədər az miqdarda olmalarına baxmayaraq insan orqanizminin demək olar ki, bütün proseslərində informasiya mübadiləsini təmin edir və hərəkətverici rol oynayırlar.
Qanın tərkibində ağlasığmaz dərəcədə kiçik yer tutan hormonların lazımi məqamda lazımi miqdarda ifraz olunması və lazımi vaxtda da dərhal dayanması son dərəcə əhəmiyyətlidir.
Bəs bu nizamlamanı yaradan kimdir? Hormonların artıq ifraz olunduqlarını bilib «dayan» əmrini kim verir?
İfraz olunan hormonların təsir etdikləri orqanlar lazım olandan da çox funksiya yerinə yetirsələr, bu, orqanizm üçün böyük bir təhlükə olar. Ehtiyacdan artıq fəaliyyət göstərən bir orqan onu hərəkətə gətirən hormonları hazırlamış ifrazat vəzilərinə məlumat göndərir. Həmin məlumatın mənası «artıq mənim fəaliyyətimə ehtiyac yoxdur, məni hərəkətə gətirən hormonu hazırlama» deməkdir.
Bu sistem pozulan zaman yaranan xəstəliklərdən biri tiroid vəzisinin həddindən artıq fəaliyyət göstərməsi mənasına gələn hipertiroid xəstəliyidir. Əgər həmin xəstəlik müalicə edilməsə, insan ölə bilər.
Göründüyü kimi, müstəsna xəstəlik vəziyyətlərindən başqa bu sistem qüsursuz olaraq fəaliyyət göstərir. Hər bir orqan özü ilə bağlı olan hormonun hansı vəzi tərəfindən ifraz edildiyini bilir. Əgər bu vəzi onu ehtiyac olandan artıq işlədərsə, orqan vəziyyətə müdaxilə edir. Hormon vəzi və müvafiq orqan bir-biri ilə iki insan kimi əlaqə saxlayır. Bunun sayəsində insan sağlam həyat sürür.
Lakin bütün bu hadisələr baş verərkən insanın bunların heç birindən xəbəri olmur, o, özü səhhəti ilə bağlı bu həyati əhəmiyyətli məsələlərdə heç bir səy göstərmək zorunda qalmır. Çünki Allah insanın sağlam yaşaması üçün cansız və şüursuz atomlardan təşkil olunmuş molekulların hər birinə fərdi qaydada öz funksiyalarını bildirib. Bu, Allahın bütün insanlar üzərində sonsuz rəhmətini göstərən bir dəlildir.

Hiç yorum yok:
Yorum Gönder