1 Mart 2011 Salı

Ne­cə hə­rə­kət edi­rik?


Bir in­sa­nın hə­rə­kət edə bil­mə­si üçün onun ske­let sis­te­mi ilə bir­lik­də bir əzə­lə sis­te­mi­nə də eh­ti­ya­cı var. Ske­le­ti əmə­lə gə­ti­rən bü­tün sü­mük­lər əzə­lə­lə­rə bağ­lı­dır. Əzə­lə yı­ğıl­dı­ğı za­man sü­mük­lə­ri çə­kir və on­la­rın hə­rə­kət et­mə­si­nə kö­mək edir. Be­lə­lik­lə, əzə­lə və sü­mük­lər bir­lik­də fəa­liy­yət gös­tə­rə­rək ye­ri­mə­yi­mi­zi, otur­ma­ğı­mı­zı və qalx­ma­ğı­mı­zı və bir çox baş­qa hə­rə­kət­lə­ri ye­ri­nə ye­tir­mə­yi­mi­zi tə­min edir­lər. Ye­nə də gün­də­lik hə­yat­da ye­ri­nə ye­tir­di­yi­miz hə­rə­kət­lə­ri göz önü­nə gə­ti­rək. Ac­dı­nız və ye­mək üçün əli­ni­zi ağ­zı­nı­za apar­dı­nız, si­zi ça­ğı­ran in­sa­nı gör­mək üçün ar­xa­ya dön­dü­nüz, əli­niz­də­ki ki­tab ye­rə düş­dü və onu gö­tür­mək üçün əyil­di­niz, sə­hər saa­tı­nız zəng çal­dı, du­rub dü­zəl­di­niz və saa­tı sax­la­maq üçün bir hə­rə­kət et­di­niz... Bir in­san gün­də­lik hə­ya­tın­da or­qa­niz­mi­nin va­si­tə­si­lə bu hə­rə­kət­lə­ri və bu­na bən­zər hə­rə­kət­lə­ri say­sız-he­sab­sız öl­çü­də ye­ri­nə ye­ti­rir. Bü­tün bu hə­rə­kət­lər za­ma­nı da əzə­lə və sü­mük­lə­rin­dən bir­lik­də is­ti­fa­də edir. Da­ha də­qiq de­sək, bir in­san yal­nız və yal­nız əzə­lə-ske­let sis­te­mi­nin bir-bi­ri ilə ko­or­di­na­si­ya­lı və har­mo­nik fəa­liy­yə­ti nə­ti­cə­sin­də ye­ri­yə, da­nı­şa, ye­mək ye­yə, otu­ra, du­ra, qa­ça, ya­ta bi­lir...

Hə­rə­kət et­mə­yi­mi­zi tə­min edən əzə­lə sis­te­mi­miz sü­mük­lə­rin qu­ru­luş və funk­si­ya­la­rı­nı, ey­ni şə­kil­də sü­mük­lər də əzə­lə­lə­ri­mi­zi bir-bi­ri­ni çox yax­şı ta­nı­yır­mış­lar ki­mi dil­lə­ri­ni bi­lir­lər. Otur­maq is­tə­di­yi­miz za­man di­zin oy­naq ye­rin­dən bü­kül­mə­si ilə bir­lik­də ayaq əzə­lə­lə­ri də hə­rə­kət edə­rək bü­kü­lür. Biz də bu­nun sa­yə­sin­də heç bir çə­tin­lik çək­mə­dən otu­rub-qal­xı­rıq. Əzə­lə sü­mü­yü elə bir uy­ğun­luq­la əha­tə edir ki, əzə­lə­nin bü­kü­lə bil­mə­si üçün la­zım olan hər bir şərt ən uy­ğun şə­kil­də ha­zır­la­nır. Nə əzə­lə sü­mük­dən ay­rı­lır, nə də sü­mük əzə­lə­ni zə­də­lə­yir. Bir-bi­rin­dən ta­ma­mi­lə fərq­lə­nən bu iki to­xu­ma, iki ay­rı komp­leks sis­tem bir-bi­ri ilə ide­al bir iş­bir­li­yi və har­mo­ni­ya için­də fəa­liy­yət gös­tə­rir.

Bəs bu iş­bir­li­yi və har­mo­ni­ya ne­cə ya­ra­nıb? İn­san or­qa­niz­mi­nin az son­ra mü­fəs­səl şə­kil­də qeyd edə­cə­yi­miz qü­sur­suz sis­tem­lə­ri ne­cə or­ta­ya çı­xıb?

Mə­lum­dur ki, bir in­san bü­tün hə­ya­ti əhə­miy­yət­li funk­si­ya­la­rı­nı ye­ri­nə ye­ti­rə bil­mək üçün ilk ön­cə va­hid şə­kil­də möv­cud ol­ma­lı, yə­ni bir an­da or­ta­ya çıx­ma­lı­dır. Bu­na gö­rə də or­qa­nizm sis­tem­lə­ri mü­əy­yən za­man ər­zin­də in­ki­şaf edən tə­sa­düf­lər­lə öz-özü­nə or­ta­ya çı­xa bil­məz. Həm­çi­nin o da ay­dın­dır ki, əzə­lə və ya sü­mük ki­mi to­xu­ma­lar xə­bər­dar ol­ma, bil­mə, eh­ti­mal et­mə, qar­şı­lıq­la fəa­liy­yət gös­tər­mə, iş­bir­li­yi­nə get­mə ki­mi xü­su­siy­yət­lə­rə ma­lik ola bil­məz­lər. Bu da bi­zi ye­ga­nə bir nə­ti­cə­yə, yə­ni in­sa­nın bir Ya­ra­dı­cı tə­rə­fin­dən ya­ra­dıl­ma­sı hə­qi­qə­ti­nə doğ­ru apa­rır. Bu Ya­ra­dan isə hər şey­dən xə­bər­dar olan, hər can­lı­nın eh­ti­yac­la­rı­nı in­cə­li­yi­nə qə­dər bi­lən Uca və Qa­dir Al­lah­dır. İn­san­la­rın sü­mük­lə­ri­ni ya­ra­dan da, on­la­rı əzə­lə­lər­lə ör­tə­rək bu iki sis­te­min bir­lik­də ahəng­dar fəa­liy­yət gös­tər­mə­si­ni, ye­ri­mə­yi­mi­zi tə­min edən də Al­lah­dır. Al­lah hər cür ya­rat­ma­nı bi­lir. Şüb­hə­siz ki, Al­lah ya­rat­dı­ğı hər şe­yi qü­sur­suz ya­ra­dan­dır:

«Göy­lər­də və yer­də ne­çə-ne­çə əla­mət­lər var­dır ki, in­san­lar on­la­rın ya­nın­dan üz­lə­ri­ni çe­vi­rib ke­çər­lər. On­la­rın ək­sə­riy­yə­ti an­caq şə­rik qo­şa­raq Al­la­ha ina­nar­lar. Mə­gər Al­la­hın əza­bın­dan on­la­ra bir bə­la gəl­mə­yə­cə­yi­nə və ya qi­ya­mə­tin öz­lə­ri də bil­mə­dən, qəf­lə­tən baş­la­rı­nın üs­tü­nü al­ma­ya­ca­ğı­na əmin­dir­lər­mi?» («Yu­suf» su­rə­si, 105-107).

Hiç yorum yok:

Yorum Gönder