1 Nisan 2011 Cuma

Böy­rə­küs­tü və­zi­lə­rin əhə­miy­yə­ti

     Hor­mo­nal sis­te­min if­raz et­di­yi ün­sür­lər­dən bi­ri də böy­rə­küs­tü və­zi­lər­dir. Böy­rə­küs­tü və­zi­lər­dən if­raz olu­nan ən mü­hüm hor­mon­lar­dan bi­ri ad­re­na­lin­dir. Ad­re­na­lin hor­mo­nu­nun ma­raq­lı bir funk­si­ya­sı var. Hə­min hor­mon tə­ci­li və təh­lü­kə­li hal­lar­la qar­şı­la­şan in­san or­qa­niz­min­də müx­tə­lif də­yi­şik­lik­lə­rin ya­ran­ma­sı­na sə­bəb olur. Bu­nun­la bağ­lı be­lə bir mi­sal ve­rə bi­lə­rik.
1) hipotalamusdakı qəbuledici hüceyrələr 2) ürəyin baroreseptorlarından məlumat hipotalamusa ötürülür 3) kifayət qədər su ilə təmin olunduqda dildən və mədədən "rezerv"lərin dolduğu barədə məlumat ötürülür 4) Hipotalamus tüpürcək vəzlərinə "ifrazı dayandır" əmri verir,nəticədə ağızda quruluq əmələ gəlir

Bir təh­lü­kə ilə üz­lə­şən (mə­sə­lən, bir vəh­şi hey­va­nın hü­cu­mu­na mə­ruz qa­lan) bir in­sa­nı tə­səv­vür edək. Bir qə­dər son­ra­kı sa­ni­yə­lər­də hə­min in­sa­nın or­qa­niz­mi­nin nor­mal şə­rai­tə gö­rə müx­tə­lif eh­ti­yac­la­rı ya­ra­na­caq. Sü­rət­lə qaç­ma­lı, əzə­lə­lə­ri­nin da­ha sü­rət­lə fəa­liy­yət gös­tər­mə­si­ni tə­min et­mə­li, qan təz­yi­qi art­ma­lı, ürə­yi da­ha sü­rət­lə dö­yün­mə­li­dir. Bu­nun nə­ti­cə­sin­də da­ha sü­rət­lə qa­ça bi­lə­cək, da­ha sü­rət­lə hə­rə­kət edə bi­lə­cək və ya təh­lü­kə ilə da­ha qüv­vət­li bir şə­kil­də mü­ba­ri­zə apa­ra­caq. Bəs bü­tün bun­lar ne­cə baş ve­rə­cək?

Təh­lü­kə­nin or­ta­ya çıx­ma­sı ilə bir­lik­də or­qa­nizm­də olan hə­yə­can siq­na­lı düy­mə­sin­dən is­ti­fa­də edi­lir. Be­yin böy­rə­küs­tü və­zi­lə­rə çox sü­rət­li bir əmr gön­də­rir. Böy­rə­küs­tü və­zi­də olan hü­cey­rə­lər ha­zır və­ziy­yə­tə gə­ti­ri­lir və tə­ci­li ola­raq ad­re­na­lin ad­lı bir hor­mon if­raz edir­lər. Ad­re­na­lin mo­le­kul­la­rı qa­nın tər­ki­bi­nə ke­çir və or­qa­niz­min müx­tə­lif yer­lə­ri­nə pay­la­nı­lır.

Ad­re­na­lin hor­mo­nu­nun bir məq­sə­di var. Bu məq­səd də bü­tün or­qa­niz­mi va­hid şə­kil­də təh­lü­kə­dən qo­run­maq üçün ha­zır və­ziy­yə­tə gə­tir­mək və in­sa­nın da­ha qüv­vət­li, da­ha möh­kəm və da­ha sü­rət­li ol­ma­sı­nı tə­min et­mək­dir.

İf­raz olu­nan ad­re­na­lin mol­le­kul­la­rı da­mar­lar­da xü­su­si bir tən­zim­lə­mə apa­rır­lar. Ad­re­na­lin mo­le­kul­la­rı tə­xi­rə­sa­lın­maz hal­lar­da mü­hüm or­qan­la­ra da­ha çox qa­nın get­mə­si­nə kö­mək edir. Bu­na gö­rə də ürə­yə, be­yi­nə və əzə­lə­lə­rə ge­dən qan da­mar­la­rı­nın ət­ra­fın­da olan hü­cey­rə­lər ad­re­na­li­nə ta­be olur və da­mar­la­rı ge­niş­lən­di­rir. Be­lə­lik­lə, hə­ya­ti əhə­miy­yət­li or­qan­la­ra da­ha qan get­miş olur.

Ad­re­na­lin mo­le­kul­la­rı eh­ti­yac du­yul­ma­yan or­qan­la­ra ge­dən da­mar­la­rı da da­ral­dır­lar. Bu­nun nə­ti­cə­sin­də hə­min or­qan­la­ra da­ha az qan ge­dir.

Ad­re­na­lin mo­le­kul­la­rı­nın tə­si­ri ürə­yə, be­yi­nə və əzə­lə­lə­rə ge­dən da­mar­la­rı ge­niş­lən­dir­di­yi hal­da qa­ra­ci­yə­rə və də­ri­yə ge­dən da­mar­la­rı da­ral­dır. Be­lə­lik­lə, or­qa­niz­min eh­ti­yac duy­du­ğu tə­ci­li dəs­tək tə­min edi­lir. Ad­re­na­lin mo­le­kul­la­rı heç vaxt yan­lış ola­raq ürə­yə və be­yi­nə ge­dən da­mar­la­rı da­ral­dıb qa­ra­ci­yə­rə və də­ri­yə ge­dən da­mar­la­rı ge­niş­lən­dir­mir. Ad­re­na­lin mo­le­ku­lu nə edə­cə­yi­ni çox yax­şı bi­lir. Da­mar hü­cey­rə­lə­ri də ad­re­na­li­nə la­zı­mi şə­kil­də ta­be olur­lar. Or­qa­niz­mi­miz­də olan yüz­lər­lə da­ma­rın dia­met­ri və ha­ra, nə qə­dər qan ötür­mə­si mə­sə­lə­si göz­lə gö­rün­mə­yən bir hor­mo­nun ağ­lı tə­rə­fin­dən mü­əy­yən­ləş­di­ri­lir.

Də­ri­yə vu­ru­lan qa­nın az ol­ma­sı­nın baş­qa bir hik­mə­ti də var. Bu za­man də­ri­də hər han­sı bir zə­də­lən­mə olan­da qan iti­ril­mə­si­nin qar­şı­sı alın­mış olur. Həd­siz hə­yə­can ya­ran­dı­ğı za­man də­ri­də mü­şa­hi­də edi­lən sol­ğun­laş­ma­nın sə­bə­bi də hə­min an­da də­ri­yə az qan vu­rul­ma­sı­dır.

Ad­re­na­lin mo­le­kul­la­rı hər bir or­qan üçün ay­rı mə­na da­şı­yır.

Da­ma­ra get­di­yi za­man da­ma­rı ge­niş­lən­di­rən ad­re­na­lin mo­le­ku­lu ürə­yə ge­dən­də də ürək əzə­lə­lə­ri­nin yı­ğıl­ma­sı­nı sü­rət­lən­di­rir. Be­lə­lik­lə, ürək da­ha sü­rət­lə dö­yü­nür və əzə­lə­lə­rə tə­ci­li qüv­və üçün eh­ti­yac du­yu­lan qan ve­ri­lir.

Ad­re­na­lin mo­le­ku­lu əzə­lə hü­cey­rə­lə­ri­nə ça­tan­da əzə­lə­lə­rin da­ha sü­rət­li şə­kil­də yı­ğıl­ma­sı­na sə­bəb olur.

Qa­ra­ci­yə­rə ça­tan ad­re­na­lin mo­le­kul­la­rı bu­ra­da­kı hü­cey­rə­lə­rə qa­na da­ha çox şə­kər qa­rış­dır­ma­ğı əmr edir. Be­lə­lik­lə, qa­nın tər­ki­bin­də­ki şə­kə­rin miq­da­rı ar­tır və əzə­lə­lə­rin eh­ti­ya­cı olan tə­ci­li mad­də ve­ri­lir.

Bü­tün bu xü­su­si təd­qi­qat­lar nə­ti­cə­sin­də me­ta­bo­liz­ma 100 fa­iz nis­bə­tin­də qüv­və ar­tı­mı­nı tə­min edir. Ad­re­na­li­nin or­qa­nizm­də et­di­yi də­yi­şik­lik­lər sa­yə­sin­də in­san da­ha sü­rət­lə dü­şü­nür və qə­rar qə­bul edir, da­ha bö­yük qüv­və ilə mü­ba­ri­zə apa­rır, da­ha sü­rət­lə qa­çır və da­ha dö­züm­lü olur.

Ad­re­na­lin mo­le­kul­la­rı təh­lü­kə­li hal­lar­da hər bir in­sa­nın or­qa­niz­min­də han­sı də­yi­şik­lik­lə­rə eh­ti­ya­cın ol­du­ğu­nu yax­şı bi­lir­lər. Bun­dan əla­və, bu mo­le­kul­lar bü­tün or­qa­niz­mi va­hid şə­kil­də təh­lü­kə­yə ha­zır­la­yır­lar.

Ad­re­na­lin hor­mo­nu çat­dı­rı­lan hər bir to­xu­ma və or­qan va­hid bir məq­səd­dən öt­rü fəa­liy­yət gös­tər­mə­yə baş­la­yır. Heç bir or­qan va­hid məq­səd­dən kə­nar və ya ək­si­nə hə­rə­kət et­mir.

Qey­ri-adi və tə­ci­li hal­lar­da in­san or­qa­niz­mi­nin gös­tər­mə­li ol­du­ğu mü­qa­vi­mət və gö­rü­lə­cək təd­bir­lər də in­san or­qa­niz­mi­nə in­sa­nın şü­ur və nə­za­rə­tin­dən kə­nar şə­kil­də yer­ləş­di­ri­lib. Ad­re­na­lin hor­mo­nu və onun or­qa­niz­mə gös­tər­di­yi tə­sir də bu sis­tem­lə­rin bir-bi­ri­nə uy­ğun və xü­su­si şə­kil­də ya­ra­dıl­dı­ğı­nı bir da­ha sü­but edir.

Hiç yorum yok:

Yorum Gönder