9 Nisan 2011 Cumartesi

Ti­ro­id və­zi­lə­ri


Hor­mo­nal sis­te­min pay­laş­dı­rı­cı stan­si­ya­la­rın­dan bi­ri də ti­ro­id və pa­ra­ti­ro­id və­zi­lə­ri­dir. Ti­ro­id və­zi­si sağ­lam bir hə­yat ke­çir­mə­yi­niz üçün or­qa­niz­min me­ta­bo­liz­ma­sı­nı tən­zim­lə­yir. Bu­nu if­raz et­di­yi xü­su­si bir hor­mon (ti­rok­sin) sa­yə­sin­də edir. Ti­rok­sin hor­mo­nu or­qa­nizm­də olan bü­tün hü­cey­rə­lə­rə tə­sir gös­tə­rən bir hor­mon­dur. O, hü­cey­rə­lə­rin is­ti­fa­də edə­cə­yi ok­si­ge­nin miq­da­rı­nı mü­əy­yən edir. Mə­sə­lən, bir hü­cey­rə­də mi­to­kond­ri­nin ol­du­ğu ye­rə ti­rok­sin hor­mo­nu ve­ri­lən­də ok­si­gen tə­lə­ba­tı və ener­ji ha­zır­lan­ma­sı ar­tır. Qa­nın tər­ki­bin­də­ki ti­rok­sin ça­tış­maz­lı­ğı za­ma­nı isə me­ta­bo­liz­ma­nın aşa­ğı düş­mə­si ilə ya­na­şı to­xu­ma ma­ye­sin­də su­yun və nat­riu­mun miq­da­rı ar­tır. Qan­da xo­les­te­ro­lun miq­da­rı yük­sə­lir.

Ti­ro­id və­zi­sin­də ti­rok­sin hor­mo­nu­nun ha­zır­lan­ma­sı və if­raz olun­ma­sı da ye­nə bir-bi­ri­nin için­də olan sis­tem sa­yə­sin­də hə­ya­ta ke­çir. Ti­rok­sin hor­mo­nu­nun if­raz olun­ma­sı hi­po­fiz və­zi­nin ön his­sə­sin­dən if­raz olu­nan «ti­rot­ro­pin» ad­lı baş­qa bir hor­mon tə­rə­fin­dən tən­zim­lə­nir.

Ti­ro­id və­zi­sin­dən if­raz olu­nan baş­qa bir hor­mon isə kal­si­to­nin­dir. Kal­si­to­nin hor­mo­nu pa­ra­ti­ro­id və­zi­sin­dən if­raz olu­nan pa­ra­hor­mon (PTH) ilə bir­lik­də or­qa­nizm­də­ki kal­si­um-fos­fat miq­da­rı­nın tən­zim­lən­mə­sin­də mü­hüm rol oy­na­yır. Kal­si­um miq­da­rı­nın sə­viy­yə­si isə in­sa­nın hə­ya­tı ba­xı­mın­dan ol­duq­ca bö­yük əhə­miy­yə­tə ma­lik­dir. Bu mad­də­dən sü­mük­lə­rin ya­ran­ma­sı, əzə­lə və si­nir sis­te­mi­nin fəa­liy­yə­ti, qa­nın lax­ta­lan­ma­sı, hü­cey­rə di­va­rın­dan ak­tiv da­şı­ma­la­rın ye­ri­nə ye­ti­ril­mə­si ki­mi ol­duq­ca hə­ya­ti əhə­miy­yət­li iş­lər­də is­ti­fa­də edi­lir. Bu sə­bəb­dən qa­nın tər­ki­bin­də mü­əy­yən qə­dər kal­siu­mun ol­ma­sı zə­ru­ri­dir. Elə bu­na gö­rə də sü­mük­lər kal­siu­mu eh­ti­yat­da sax­la­yan bank funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rir­lər. Hər iki müx­tə­lif hor­mon da bu ban­ka kal­si­um qo­yul­ma­sı­nı və ya onun ge­ri gö­tü­rül­mə­si­ni tə­min edir.

Ti­ro­id və­zi­si­nin üzə­rin­də olan pa­ra­ti­ro­id və­zi­si­nin ha­sil et­di­yi pa­ra­hor­mon qan­da­kı sü­mük­lər­də eh­ti­yat­da sax­la­nı­lan kal­siu­mun qa­na ge­ri qay­ta­rıl­ma­sın­da mü­hüm rol oy­na­yır. Bu hor­mo­nun if­raz olun­ma­sı hi­po­fiz və­zi və si­nir sis­te­mi­nin bir­ba­şa tə­si­ri ol­ma­dan, qan­da­kı kal­siu­mun miq­da­rı­na gö­rə av­to­ma­tik ola­raq tən­zim­lə­nir. Bu hor­mon qan­da kal­siu­mun miq­da­rı aşa­ğı düş­dü­yü za­man bu­nu dər­hal mü­əy­yən edir və bir­ba­şa sü­mük hü­cey­rə­lə­ri­nə tə­sir gös­tə­rə­rək sü­mük­dən qa­na kal­si­um keç­mə­si­ni sü­rət­lən­di­rir. Qa­nın tər­ki­bin­də­ki kal­siu­mun miq­da­rı mü­əy­yən bir sə­viy­yə­ni ke­çən­də isə ti­ro­id və­zi­sin­dən kal­si­to­nin hor­mo­nu if­raz olu­nur. Kal­si­to­nin qan­da­kı ar­tıq kal­siu­mun sü­mük­lə­rin qu­ru­lu­şu­na ke­çə­rək ora­da eh­ti­yat­da sax­lan­ma­sı­nı tə­min edir.

İn­san or­qa­niz­mi üçün ol­duq­ca mü­hüm funk­si­ya­lar da­şı­yan bu hor­mon ça­tış­ma­dıq­da və ya ar­tıq ol­duq­da han­sı prob­lem­lər or­ta­ya çı­xa bi­lər?

Pa­ra­hor­mon az ol­du­ğu za­man qa­nın tər­ki­bin­də­ki kal­siu­mun miq­da­rı aza­lır, bu­nun­la bağ­lı ola­raq əzə­lə­lər­də, xü­su­si­lə də əl və üz əzə­lə­lə­rin­də te­ta­nik qı­col­ma hal­la­rı mü­şa­hi­də edi­lir. Əgər bu hal nə­fəs bo­ru­sun­da­kı əzə­lə­lər­də olar­sa, bu, nə­fəs al­ma­ğa ma­ne olar və ölü­mə sə­bəb ola bi­lər. Hə­min hor­mon ar­tıq olan­da isə sü­mük­lər­də­ki kal­si­um eh­ti­yat­la­rı bo­şal­dı­la­raq qa­na ve­ri­lir. Bu və­ziy­yət sü­mük­lə­rin asan­lıq­la bü­kül­mə­si­nə və sın­ma­sı­na sə­bəb olur. Böy­rək­lər qan­da olan ar­tıq kal­siu­mu kə­nar­laş­dır­ma­ğa ça­lı­şır, la­kin bu kal­si­um kris­tal­la­rı böy­rək daş­la­rı­nın ya­ran­ma­sı­na sə­bəb ola bi­lər.

Bu nü­mu­nə­lər­dən də mə­lum ol­du­ğu ki­mi, in­sa­nın hə­ya­tı­nı sağ­lam və ra­hat şə­kil­də da­vam et­dir­mə­si yal­nız hor­mon sis­te­mi­nin tam şə­kil­də fəa­liy­yət gös­tər­mə­si nə­ti­cə­sin­də müm­kün­dür. Be­lə ki, yal­nız ti­ro­id və­zi­si­nin fəa­liy­yə­tin­də­ki ça­tış­maz­lıq bir çox xəs­tə­lik­lə­rin ya­ran­ma­sı­na sə­bəb olur. Bəs be­lə bir qü­sur­suz sis­te­mi qu­ran və onu iş­lə­dən kim­dir? Bu­ra qə­dər qa­nın tər­ki­bin­də­ki ça­tış­ma­yan mad­də­lə­ri mü­əy­yən edən, bu ça­tış­maz­lı­ğın miq­da­rı­nı mü­əy­yən edə­rək la­zı­mi mad­də­lə­ri ha­zır­la­yan, bu mad­də­lə­rin tər­kib­lə­ri­nin nə ola­ca­ğı­nı çox yax­şı bi­lən və la­zı­mi miq­dar­da olan mad­də­ni la­zı­mi müd­dət ər­zin­də ha­zır­la­yan, or­qa­niz­min baş­qa or­qan­la­rı üzə­rin­də də tə­si­ri olan bir «ira­də»dən bəhs et­dik. Üzə­rin­də dü­şü­nü­lə­si mə­qam bu­dur: gö­rə­sən be­lə üs­tün bir ira­də nü­ma­yiş et­di­rən ti­ro­id və­zi­si­nin özü­dür­mü? Əl­bət­tə ki, bu hal qey­ri-müm­kün­dür. Ti­ro­id və­zi ad­lan­dır­dı­ğı­mız nəs­nə sa­də­cə ola­raq bir hü­cey­rə­lər top­lu­lu­ğu­dur, bu top­lu­luq­da bir şü­ur sa­hi­bi ax­tar­maq müm­kün de­yil. Bu ira­də­nin hor­mon­la­rın özü­nə aid ol­du­ğu­nu da de­yə bil­mə­rik. Hor­mon de­di­yi­miz şey də mo­le­kul­lar­dan iba­rət olan mad­də­dir. Be­lə olan hal­da ira­də­ni ha­ra­da ax­ta­ra­ca­ğıq?

Be­lə­lik­lə, məhz bu mə­qam­da son nə­ti­cə ola­raq yal­nız ya­ra­dı­lış hə­qi­qə­ti ilə qar­şı­la­şı­rıq. Or­qa­nizm­də olan bü­tün vəz­lər, hor­mo­nal sis­te­mi təş­kil edən bü­tün ün­sür­lər, bun­la­rın ha­zır­la­dı­ğı hor­mon­lar, hə­min hor­mon­la­rın için­də olan mo­le­kul­lar və on­la­rı təş­kil edən bü­tün atom­lar yal­nız Uca Al­la­hın mi­sil­siz ya­ra­dı­lı­şı­nın nə­ti­cə­si­dir.

Hiç yorum yok:

Yorum Gönder