1 Nisan 2011 Cuma

Dar­vi­niz­mi if­şa edən hor­mon­lar


Si­zin xə­bə­ri­niz ol­ma­dı­ğı hal­da or­qa­niz­mi­niz­də hər an, hər sa­ni­yə min­lər­lə əmr da­şı­nır və bu əmr­lər si­zin hə­ya­tı­nı­zı ən uy­ğun və­ziy­yə­tə gə­ti­rib asan­laş­dı­rır.
Mə­sə­lən, hə­yə­can­lan­dı­ğı­nız və ya qorx­du­ğu­nuz za­man si­nir hü­cey­rə­lə­ri­niz dər­hal siq­nal sis­te­min­dən is­ti­fa­də edir və yo­lu­nu az­ma­dan, özü­nü itir­mə­dən, bö­yük sü­rət­lə hə­də­fə ça­ta­raq böy­rə­küs­tü və­zi­lə­ri­ni­zi hə­rə­kə­tə gə­ti­rir. Mə­lu­ma­tı alan böy­rə­küs­tü və­zi­lər dər­hal ad­re­na­lin hor­mo­nu if­raz edir. Ad­re­na­lin hor­mo­nu isə qa­nın tər­ki­bi­nə ke­çə­rək de­mək olar ki, bü­tün or­qa­niz­mi­ni­zi hə­yə­can siq­na­lı qar­şı­sın­da tam ha­zır­lıq və­ziy­yə­ti­nə gə­ti­rir. Həzm or­qan­la­rı­nın hə­rə­kət­lə­ri­nin qar­şı­sı­nı alır və həzm pro­se­si­ni da­yan­dı­rır. Be­lə­lik­lə, həzm pro­se­sin­də iş­ti­rak et­mə­yən mü­hüm miq­dar­da qan əzə­lə­lə­ri qi­da­lan­dı­ra­raq öz funk­si­ya­sı­nı itir­miş olur. Ey­ni za­man­da ürə­yin rit­mi də sü­rət­lə­nir, qan təz­yi­qi ar­tır. Ağ­ci­yə­rin bronx­la­rı ge­niş­lə­nib ok­si­ge­nin gəl­mə­si­ni və qa­nın ok­si­gen­lə qi­da­lan­ma­sı­nı sü­rət­lən­di­rir. Qa­nın tər­ki­bin­də­ki şə­kə­rin miq­da­rı ar­tır. Bu da əzə­lə­lə­rə ar­tıq miq­dar­da ener­ji ver­miş olur. Nə­ha­yət, göz bə­bək­lə­ri ge­niş­lə­nir və göz­lə­rin işıq şüa­la­rı­na qar­şı həs­sas­lı­ğı ar­tır. Bü­tün bu tə­sir­lər bir ye­rə top­lan­dı­ğı za­man bir in­san is­tər qaç­maq, is­tər mü­da­fiə olun­maq, is­tər­sə də hü­cum və­ziy­yə­ti­nə keç­mək­lə hər bir hal­da bö­yük cəld­lik nü­ma­yiş et­di­rir.

Si­nir hü­cey­rə­lə­ri can­sız və şü­ur­suz atom­lar­dan təş­kil olun­muş var­lıq­lar­dır. La­kin bu atom­lar or­qa­niz­min eh­ti­yac duy­du­ğu hal­la­rı dər­hal bi­lə­rək or­qa­niz­min la­zı­mi yer­lə­ri­nə tə­ci­li su­rət­də mə­lu­mat gön­də­rir­lər. Mə­lu­ma­tı alan hə­min na­hi­yə (əza) də ey­ni­lə bu can­sız atom­la­rın bir­ləş­mə­sin­dən əmə­lə gə­lib. Bu­na bax­ma­ya­raq on­lar öz­lə­ri­nə gə­lən mə­lu­ma­tı an­la­ya­raq işə baş­la­yır və dər­hal la­zı­mi hor­mo­nu ha­zır­la­yır. Bu hor­mon isə ol­duq­ca şü­ur­lu bir şə­kil­də və özü­nün ya­ran­ma məq­sə­di­ni bi­lə­rək bü­tün or­qa­niz­mi do­la­şır və la­zı­mi or­qan­la­rı föv­qə­la­də ha­zır­lıq və­ziy­yə­ti­nə gə­ti­rir.

Bu qə­dər şü­ur­lu, plan­laş­dı­rıl­mış, təş­kil olun­muş və məq­sə­də­uy­ğun bir sis­te­min tə­sa­dü­fən əmə­lə gəl­di­yi­ni dü­şün­mək əs­lin­də ağıl­dan, mən­tiq­dən və sağ­lam şü­ur­dan üz çe­vir­mək de­mək­dir. Dar­vi­nist­lər bü­tün bu sis­tem­lə­rin və or­qan­la­rın tə­sa­dü­fi şə­kil­də ya­ran­dı­ğı­nı id­dia et­mək­lə öz­lə­ri­ni hət­ta uşaq­la­rın da ələ sa­lıb gü­lə­cə­yi, məs­xə­rə­yə qo­ya­ca­ğı bir və­ziy­yə­tə sa­lır­lar.

Mal­kolm Mug­ge­rid­ge tə­ka­mül­çü və ate­ist bir fi­lo­sof ol­ma­sı­na bax­ma­ya­raq dar­vi­niz­min düş­dü­yü hə­min acı­na­caq­lı və həm də gül­mə­li və­ziy­yə­ti be­lə təs­vir edə­rək aşa­ğı­da­kı­la­rı eti­raf edir:

«Mən özüm bir da­ha inan­dım ki, tə­ka­mül nə­zə­riy­yə­si xü­su­sən də onun tət­biq olun­du­ğu sa­hə­lər­də gə­lə­cə­yin ta­rix ki­tab­la­rın­da­kı ən bö­yük za­ra­fat mən­bə­yi ola­caq. Gə­lə­cək nə­sil bu qə­dər mən­tiq­siz və qey­ri-də­qiq müd­dəa­nın ina­nıl­maz doğ­ru­luq­la qə­bul edil­mə­si­ni hey­rət­lə qar­şı­la­ya­caq» (Mal­kolm Mug­ge­rid­ge, «The End of Chris­ten­dom», Grand Ra­pids: Eerd­mans, 1980, s.43).

Hiç yorum yok:

Yorum Gönder