0,5 qr ağırlığında və bir noxud dənəsi boyda kiçik bir ət parçası və bu ət parçasını təşkil edən hüceyrələr orqanizminizi sizin adınıza yönləndirir və sınağa çəkir. Hormon sisteminin idarə mərkəzi olan «hipofiz vəzi» adlı bu kiçik orqan yer üzünün ən ideal orkestrinin rəhbəridir. Bu kiçik rəhbər öz əmrlərini hormon adı verilən molekulların köməyi ilə başqa hüceyrələrə bildirir.
Hh hormon sisteminin istiqamətvericisi və tənzimləyicisidir. Beynin hipotalamus adlı nahiyəsinin nəzarəti altında fəaliyyət göstərir. Bu kiçik ət parçası hipotalamusdan gələn məlumatlar sayəsində sizin hansı şəraitdə nəyə ehtiyacınızın olduğunu, bu ehtiyacı ödəmək üçün hansı orqanın hansı hüceyrələrinin fəaliyyət göstərməsinin lazım olduğunu, bu hüceyrələrin kimyəvi mexanizmlərini, fiziki quruluşlarını, hazırlanmalı olan məhsulları və bu istehsal prosesinin dayandırılacağı vaxtı bilir. Hətta bunları bilməklə də kifayətlənmir, bu ehtiyacların ödənilməsi üçün xüsusi bir əlaqə sistemi sayəsində lazımi yerlərə bütün əmrləri göndərir.
Məsələn, insan orqanizmi yetkinlik yaşının sonuna qədər inkişaf edir. Bu dövr boyunca trilyonlarla hüceyrə bölünərək çoxalır, toxuma və orqanların böyüməsi təmin edilir. Müəyyən bir həddə çatanda toxumalarda böyümə fəaliyyəti dayanır. Beləliklə, nə qədər böyüməyinizin lazım olduğunu bilən və bu həddə çatdığınız zaman inkişafı dayandıran orqan hipofiz vəzi adlanan kiçik rəhbərdir.
Hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu hüceyrələrə nə qədər böyümək lazım olduğunu bildirir. Bu hormonun ifrazının dayanması ilə böyümə də dayanmış olur.
Böyümə hormonu orqanizmdə hansı yerlərin genişlənəcəyini bilir. Orqanizm də dərhal hormonu tanıyaraq öz funksiyasını yerinə yetirir. Böyümə hormonu sümüyə çatanda sümük dərhal böyüməyə başlayır. Lakin böyümə hormonu qadında və kişidə müxtəlif yerlərə fərqli şəkillərdə təsir göstərir. Məsələn, böyümə hormonu kişinin çiyin hüceyrələrinə gedir və bu nahiyəni genişləndirəcəyinin bilir. Lakin qadında bunu etmir.
Kiçik bir uşağın səs telləri də böyümə hormonu sayəsində inkişaf edir. Bu hormon səsin necə olacağını bilir və qadınların səs tellərini incə, kişilərin səs tellərini isə qalın səs çıxaracaq şəkildə böyüdür.
Hüceyrələrin böyümə hormonuna tabe olması da olduqca diqqətçəkicidir. Bütün orqan və toxumalar bunun sayəsində müvafiq şəkildə böyüyürlər. Məsələn, burunu əhatə edən dərinin inkişaf etməsi və böyüməsi dayananda burun altında olan sümük toxumasının böyüməsi və inkişafı da dayanır. Sümük bir daha böyüməyə davam etmir və dərini yırtıb kənara çıxmır. Orqanizmin bütün orqanları bir-birinə uyğun şəkildə böyüyürlər.

Hiç yorum yok:
Yorum Gönder