9 Nisan 2011 Cumartesi

Ki­çik rəh­bə­rin baş­qa və­zi­fə­lə­ri


 
Şəkildə hipotalamus və hipofiz vəzlərinin beyindəki mövqeləri görünür. Hipofiz vəzi bir çox orqanı orkestr şefi kimi istiqamətləndirir. Ancaq hipofiz vəzinin hərəkətə keçməsini təmin edən də başqa bir sistemdir. Beynin hipotalamus adlı bölgəsi, bədəndən gələn yüzlərlə məlumatı qiymətləndirir. Bu qiymətləndirmə nəticəsində harada nə edilməsi lazım olduğuna qərar verirlir. Bu qərarı tətbiq etmək üçün də, hipofiz vəzinin orqanizmdəki hakimiyyətinə ehtiyacı vardır. Hipotalamus, hipofiz vəzinə lazımlı təlimatları göndərir və hipofiz vəzi bu səbələ hərəkətə keçər. (Eldra Pearl Solomon, İnsan Anatomiyası və Fiziologiyasına Giriş, s. 135)

Hi­po­fiz və­zi or­qa­niz­mi­miz­də­ki kar­bo­hid­rat və yağ me­ta­bo­liz­ma­sı­nı da tən­zim­lə­yir. La­zım ol­du­ğu za­man hü­cey­rə­lə­ri­niz­də ha­zır­la­nan pro­tei­nin sin­te­zi­ni ar­tı­rır. Qan təz­yi­qi aşa­ğı dü­şən­də hi­po­fi­zin if­raz et­di­yi mo­le­kul­lar da­mar­la­rın ət­ra­fın­da­kı əzə­lə­lə­rin yı­ğıl­ma­sı­nı tə­min edir. Mil­yon­lar­la əzə­lə­nin yı­ğıl­ma­sı və da­mar­la­rın ki­çil­mə­si qan təz­yi­qi­ni ar­tı­rır.

Bu ki­çik rəh­bər özün­dən çox uzaq­da olan böy­rək­lə­rin də fəa­liy­yə­ti­ni tən­zim­lə­yir. Or­qa­niz­mi­ni­zin su­ya eh­ti­yac duy­du­ğu hal­la­rı da bi­lən hi­po­fiz və­zi be­lə hal­lar üçün xü­su­si hor­mon (va­zop­res­sin) ha­zır­la­yır.

Ana sü­dü ye­ni do­ğul­muş bir kör­pə üçün hə­ya­ti əhə­miy­yə­tə ma­lik­dir. Hi­po­fiz və­zi kör­pə­nin bu eh­ti­ya­cı­nı da bi­lir. Do­ğu­şa az bir müd­dət qal­mış hi­po­fiz və­zi­nin gön­dər­di­yi əm­rə əsa­sən (pro­lak­tin hor­mo­nu) ana­nın süd və­zi­lə­ri­ni hə­rə­kə­tə gə­ti­rir və süd if­raz olun­ma­ğa baş­la­yır. Ye­nə də do­ğuş ya­xın­laş­dı­ğı za­man hi­po­fiz və­zi­nin ver­di­yi baş­qa bir əm­rə əsa­sən (ok­si­to­sin hor­mo­nu) uşaq­lıq əzə­lə­si hə­rə­kə­tə gə­lir və bu da do­ğu­şa kö­mək edir.

Də­ri­nin Gü­nəş al­tın­da tunc rən­gə çal­ma­sı əs­lin­də in­sa­nı Gü­nə­şin zə­rər­li tə­sir­lə­rin­dən qo­ru­maq üçün hü­cey­rə­lə­rin gör­dü­yü təd­bir­dir. Hü­cey­rə­lə­rə bu mü­da­fiə əm­ri­ni ve­rən (MSH hor­mo­nu­nu gön­də­rən) də ye­nə hi­po­fiz və­zi­dir.

Be­yin­də hi­po­fiz və­zi­nin ol­du­ğu yer­də bir-bi­rin­dən fərq­li kim­yə­vi qu­ru­luş­la­ra ma­lik olan 20-dən ar­tıq hor­mon mü­əy­yən edi­lib. Bu hor­mon­la­rın ək­sə­riy­yə­ti baş­qa hor­mon­la­rın if­raz olun­ma­sı­nı tə­min edən xə­bər­da­re­di­ci xü­su­siy­yət­li hor­mon­lar­dır. Hor­mo­nal sis­tem­də­ki bu qü­sur­suz ahəng ne­cə əmə­lə gə­lib? Hor­mon­lar ara­sın­da­kı əla­qə ne­cə qu­ru­lub? Bir hor­mon o bi­ri­si­nin xə­bə­ri­ni ne­cə an­la­yır və bu­na düz­gün re­ak­si­ya gös­tə­rir?

Bir-bi­rin­dən çox fərq­li kim­yə­vi qu­ru­luş­la­ra ma­lik olan, la­kin ey­ni za­man­da da ide­al ahəng için­də fəa­liy­yət gös­tə­rən bu 20 hor­mo­nun möv­cud­lu­ğu­nu tə­ka­mül me­xa­niz­mi ilə izah et­mək müm­kün de­yil. Bu hor­mon­la­rın xü­su­siy­yət­lə­ri in­san or­qa­niz­mi­nə tə­sa­düf­lər nə­ti­cə­sin­də yer­ləş­di­ri­lə bil­məz. Hər han­sı bir tə­sa­dü­fi müd­də­tin hor­mon­la­rı təş­kil edən mad­də­lər ya­rat­ma­sı, hor­mon­la­rın mə­lu­mat­la­rı­nı mü­əy­yən et­mə­si, bu mə­lu­mat­la­rın ha­ra ge­də­cək­lə­ri­ni bil­mə­si­ni tə­min edən bir sis­te­mi hor­mon­la­ra yer­ləş­dir­mə­si ağ­la­sığ­maz­dır.

Hi­po­fiz və­zi hor­mon­la­rın cəm şə­kil­də if­raz olun­du­ğu yer­lər­dən yal­nız bi­ri­dir. Bun­dan baş­qa böy­rə­küs­tü və­zi, mə­də­al­tı və­zi, cin­si və­zi­lər, ti­ro­id və­zi­lə­ri ki­mi na­hi­yə­lər­də hə­ya­tın da­vam et­mə­si üçün ol­duq­ca bö­yük əhə­miy­yət da­şı­yan hor­mon­lar if­raz olu­nur. Bu na­hi­yə­lər­dən hər han­sı bi­ri zə­də­lən­di­yi və ya qü­sur­lu şə­kil­də fəa­liy­yət gös­tər­di­yi hal­da hə­ya­tın da­va­mı təh­lü­kə al­tı­na dü­şür. Hor­mo­nal sis­te­min əmə­lə gə­tir­di­yi bu ahəng ya­ra­dı­lı­şı açıq şə­kil­də sü­but edir.

Hor­mo­nal sis­te­mi bü­tün in­cə­lik­lə­ri ilə bir­lik­də ya­ra­dan qüv­və isə hər şey­dən xə­bər­dar olan Uca və Qa­dir Al­lah­dır.

Hiç yorum yok:

Yorum Gönder