30 Nisan 2011 Cumartesi

Mə­də­al­tı və­zi­nin şi­rə­si özü­nə ni­yə zə­rər ver­mir?

Bir çox par­ça­la­yı­cı en­zim if­raz edən mə­də­al­tı və­zi­nin özü­nü həzm et­mə­mə­si çox hey­rə­ta­miz olay­dır. Əsa­sən pro­te­in qu­ru­lu­şun­da olan mə­də­al­tı və­zi elə özü­nün if­raz et­di­yi pro­te­in par­ça­la­yan en­zim­lə­rin heç bi­rin­dən mən­fi tə­sir gör­mür. Be­lə bir mü­da­fiə sis­te­mi çox hey­rə­ta­miz və mö­cü­zə­vi bir şə­kil­də hə­ya­ta ke­çir.

Mə­də­al­tı və­zi­nin if­raz et­di­yi pro­te­in par­ça­la­yan en­zim­lər if­raz olun­duq­la­rı ilk vaxt­lar ak­tiv ol­mur­lar. Bu en­zim­lər be­lə hal­da pro­te­in­lə­ri və həm­çi­nin mə­də­al­tı və­zi­ni par­ça­la­mır­lar.

La­kin oni­ki­bar­maq ba­ğır­sa­ğa bo­şa­lan en­zim­lər or­qa­niz­min yal­nız bu ye­rin­də olan xü­su­si bir mad­də ilə bir­lə­şir və hə­min an­da də­yi­şir­lər. Na­zik ba­ğır­saq­da if­raz olu­nan «en­te­ro­ki­na­za» ad­lı mad­də ilə bir­lə­şən en­zim­lər dər­hal ak­tiv­lə­şir­lər. Yə­ni pro­te­in­lə­ri par­ça­la­yı­cı xü­su­siy­yət əl­də edir­lər. Yal­nız mə­də­al­tı və­zi­dən if­raz olu­nan bir mad­də­nin ba­ğır­saq­dan if­raz olu­nan bir mad­də ilə qü­sur­suz şə­kil­də bir­ləş­mə­si in­sa­nın üzə­rin­də də­rin­dən dü­şün­mə­si la­zım gə­lən bir mə­sə­lə­dir.

Bu iki mo­le­kul bun­dan əv­vəl heç za­man qar­şı­laş­ma­yıb­lar. On­lar ay­rı-ay­rı yer­lər­də if­raz olu­nur­lar. Bu­na bax­ma­ya­raq bu iki sər­bəst mo­le­kul bir-bi­ri­ni qü­sur­suz şə­kil­də ta­mam­la­yır və nə­ti­cə­də xü­su­si bir məq­sə­də qul­luq edir­lər. Əl­bət­tə ki, bu olay tə­sa­düf­lər­lə izah edi­lə bil­mə­yə­cək mö­cü­zə­vi bir ha­di­sə­dir.

Bun­dan əla­və, mə­də­al­tı və­zi­nin özü­nü həzm et­mə­si­nin qar­şı­sı­nı alan sis­tem­lər bu­nun­la da məh­dud­laş­mır. Mə­də­al­tı və­zi­dən pro­tei­ni üyüt­mək qa­bi­liy­yə­ti­nə ma­lik olan «trip­sin» ad­lı baş­qa bir en­zim də if­raz olu­nur. La­kin ey­ni za­man­da trip­si­nin mə­də­al­tı və­zi­ni ərit­mə­mə­si üçün bu mad­də­ni tə­sir­siz ha­la gə­ti­rən «trip­sin in­gi­bi­tor» ad­lı di­gər bir mad­də də if­raz edi­lir. Bir­lik­də if­raz olun­duq­la­rı za­man heç bir tə­sir­lə­ri ol­ma­yan bu iki en­zim oni­ki­bar­maq ba­ğır­sa­ğa gəl­dik­lə­ri za­man bir-bi­rin­dən ay­rı­lır. Bu ay­rıl­ma trip­si­ni mü­əy­yən mə­na­da sər­bəst bu­ra­xır və trip­sin ba­ğır­saq­la­ra ça­tan qi­da­lar­da­kı pro­te­in­lə­ri par­ça­la­ma­ğa baş­la­yır.Əgər bu iki mad­də da­ha tez ay­rıl­say­dı­lar, trip­sin mə­də­al­tı və­zi­nin özü­nü par­ça­la­yar­dı. Əgər heç ay­rıl­ma­say­dı­lar, bu də­fə də qi­da­lar­da olan pro­te­in­lər par­ça­lan­maz­dı. La­kin bu nü­mu­nə­dən də mə­lum ol­du­ğu ki­mi, or­qa­niz­mi­miz­də olan hər şey düz­gün za­man­da və düz­gün yer­də baş ve­rir. Mə­də­al­tı və­zi tam vax­tın­da və məhz la­zım olan mad­də­lə­ri if­raz et­mə­yi bi­lir, en­zim­lər isə bir-bir­lə­rin­dən ay­rıl­dıq­la­rı za­man hə­rə­kə­tə gə­lib işə baş­la­yır­lar. Mə­də­al­tı və­zi­ni təş­kil edən hü­cey­rə­lə­rin və en­zim­lə­ri təş­kil edən mo­le­kul­la­rın be­lə qu­sur­suz bir sis­te­mi öz-öz­lə­ri­nə ya­rat­ma­ya­caq­la­rı, be­lə qü­sur­suz bir qu­ru­lu­şu in­san or­qa­niz­min­də qu­ra bil­mə­yə­cək­lə­ri tam ay­dın olan bir hə­qi­qət­dir.

Hər han­sı bir qü­sur ol­ma­dan, ni­zam­la sı­ra­la­nıb dü­zül­mə­də heç bir qa­rı­şıq­lıq ya­rat­ma­ya­raq fəa­liy­yət gös­tə­rən, həm­çi­nin bü­tün in­san­lar­da qü­sur­suz şə­kil­də möv­cud olan və ey­ni qü­sur­suz­luq­la iş­lə­yən be­lə bir sis­te­min yük­sək ağ­lın və qü­sur­suz la­yi­hə­nin nə­ti­cə­si ol­ma­sı fak­tı hər bir şü­ur­lu in­sa­nın asan­lıq­la dərk edə bi­lə­cə­yi bir hə­qi­qət­dir. Bu sis­te­min tə­ka­mül­çü­lə­rin id­dia et­dik­lə­ri ki­mi, kor-ko­ra­nə tə­sa­düf­lər­lə izah edil­mə­si əs­la müm­kün de­yil. Bu sis­tem Al­la­hın açıq ya­rat­ma də­lil­lə­rin­dən bi­ri­dir. Al­lah Öz də­lil­lə­ri­ni ağ­lın­dan is­ti­fa­də edə bi­lən­lə­rə və gö­rən­lə­rə be­lə nü­mu­nə­lər­lə gös­tə­rir:

«Gü­nə­şi işıq­lı, ayı nur­lu edən, il­lə­rin sa­yı­nı və he­sa­bı bi­lə­si­niz de­yə, ay üçün mən­zil­lər mü­əy­yən edən məhz Odur. Al­lah bun­la­rı an­caq haqq ola­raq ya­rat­dı. O, ayə­lə­ri­ni an­la­yıb bi­lən bir tay­fa üçün be­lə mü­fəs­səl izah edər! Ge­cə ilə gün­dü­zün bir-bi­ri­nin ar­dın­ca gəl­mə­sin­də, Al­la­hın göy­lər­də və yer­də ya­rat­dıq­la­rın­da Al­lah­dan qor­xan bir tay­fa üçün də­lil­lər var­dır» («Yu­nus» su­rə­si, 5-6).

Hiç yorum yok:

Yorum Gönder