21 Mayıs 2011 Cumartesi

Qa­ra­ci­yər­də­ki müx­tə­lif hü­cey­rə qu­ru­luş­la­rı

Qa­ra­ci­yər­də «epi­tel hü­cey­rə­lə­ri» və «bir­ləş­di­ri­ci to­xu­ma hü­cey­rə­lə­rı» ad­la­nan iki ay­rı hü­cey­rə nö­vü var. Bu hü­cey­rə­lər bö­yük bir ni­zam için­də, heç bir yan­lış­lıq və qü­sur ol­ma­dan öz funk­si­ya­la­rı­nı ye­ri­nə ye­ti­rir­lər. Be­lə bir ni­zam­lı fəa­liy­yət sis­te­min­də mey­da­na gə­lə bi­lə­cək hər han­sı bir po­zun­tu in­san üçün ölüm de­mək­dir.

Mə­sə­lən, qa­ra­ci­yər hü­cey­rə­lə­ri qlü­ko­za­nı eh­ti­yat­da sax­la­maq­dan bir­dən-bi­rə im­ti­na et­sə­lər, or­qa­niz­mə qi­da da­xil ol­ma­dı­ğı vaxt­lar­da hü­cey­rə­lər ener­ji ça­tış­maz­lı­ğı­na gö­rə öz funk­si­ya­la­rı­nı ye­ri­nə ye­ti­rə bil­məz və be­yin hü­cey­rə­lə­ri fəa­liy­yət gös­tər­məz. Bu da ölü­mə və şi­kəst ol­ma­ğa sə­bəb ola bi­lər.


La­kin be­lə bir ha­di­sə baş ver­mir və hü­cey­rə­lər tam la­zı­mi şə­kil­də hə­rə­kət edə­rək zə­ru­ri mad­də­lə­ri ha­zır­la­yır­lar. Qa­ra­ci­yər­də olan hər bir hü­cey­rə mü­əy­yən bir məq­səd üçün ya­ra­dı­lıb. Mə­sə­lən, qa­ra­ci­yər «Qlis­son kap­su­lu» ad­lan­dı­rı­lan şəf­faf bir­ləş­di­ri­ci to­xu­ma (in­cə tə­bə­qə) ilə ör­tü­lüb. Bu tə­bə­qə­nin mü­hüm bir funk­si­ya­sı var. Qa­ra­ci­yə­rin qu­ru­lu­şu içi ma­ye ilə do­lu olan bir sün­gə­rə bən­zə­dil­sə, bəhs et­di­yi­miz tə­bə­qə də nəm sün­gə­rin içi­nə qo­yul­du­ğu əl çan­ta­sı­na bən­zə­yir. Bu tə­bə­qə içi ma­ye ilə do­lu olan qa­ra­ci­yər­də­ki hə­min məh­lul­la­rın kə­na­ra sız­ma­ma­sı­nı tə­min edir. Bu bir­ləş­mə to­xu­ma­sı sa­yə­sin­də qa­ra­ci­yər öz qu­ru­lu­şu­nu və tər­ki­bin­də­ki­ni qo­ru­yur və xa­ri­ci or­qan­lar­dan da ay­rı­lır.

Bir­ləş­mə to­xu­ma­la­rı­nın hü­cey­rə­lə­ri­nin funk­si­ya­sı or­qa­nı əha­tə et­mək və qo­ru­maq ol­du­ğu hal­da 1 mm-dən az olan qa­ra­ci­yər hü­cey­rə­lə­ri isə baş­qa funk­si­ya­lar da­şı­yır. Hü­cey­rə­lə­rin bir-bi­ri­nə bu qə­dər ya­xın olub bu qə­dər müx­tə­lif iş­lər gör­mə­si çox hey­rə­ta­miz­dir. Ana bət­nin­də­ki in­ki­şaf əs­na­sın­da bə­zi hü­cey­rə­lər qa­ra­ci­yə­ri əmə­lə gə­ti­rən hü­cey­rə­lə­rə çev­ril­di­yi hal­da bu hü­cey­rə­lə­rin ya­nın­da­kı bə­zi hü­cey­rə­lər də şəf­faf hü­cey­rə­lə­rə çev­ri­lir­lər. Bun­dan son­ra bu şəf­faf hü­cey­rə­lər bir­lə­şə­rək qa­ra­ci­yə­ri ta­ma­mi­lə əha­tə edib ör­tən və için­də­ki ma­ye­nin sız­ma­sı­nın qar­şı­sı­nı alan bir tə­bə­qə əmə­lə gə­ti­rir­lər. Nə­ti­cə­də bir-bi­ri­nə ya­pış­mış, la­kin funk­si­ya və fi­zi­ki qu­ru­luş­la­rı müx­tə­lif olan iki hü­cey­rə qru­pu or­ta­ya çı­xır. Bu iki hü­cey­rə qru­pu ara­sın­da də­qiq və ha­mar bir sər­həd əmə­lə gə­lir. Hə­lə in­san ana bət­nin­də in­ki­şaf edər­kən hər bir hü­cey­rə öz funk­si­ya­sı­nı, mə­su­liy­yə­ti­ni, ha­ra­da la­zım ol­du­ğu­nu bi­lə­rək do­ğu­lur və or­qa­nizm bu­nun sa­yə­sin­də doğ­ru şə­kil­də in­şa edi­lir.

Qa­ra­ci­yər hü­cey­rə­lə­ri­nin fi­zi­ki qu­ru­luş­la­rı da yer­ləş­dik­lə­ri na­hi­yə­yə və da­şı­dıq­la­rı funk­si­ya­ya gö­rə ay­rı-ay­rı­lıq­da ən ide­al şə­kil­də plan­laş­dı­rı­lıb. Mə­sə­lən, qa­ra­ci­yə­ri əha­tə edən tə­bə­qə ilə tə­mas­da olan hü­cey­rə­lə­rin di­var­la­rı düz­dür. Çün­ki qa­ra­ci­yər hü­cey­rə­lə­ri ilə bu tə­bə­qə ara­sın­da in­ten­siv mad­də­lər mü­ba­di­lə­si pro­se­si yox­dur.

La­kin hü­cey­rə­lər ara­sın­da sıx mü­ba­di­lə­nin ol­du­ğu yer­lər­də və­ziy­yət bun­dan fərq­li­dir. Bu hü­cey­rə­lə­rin di­var­la­rın­da qon­şu hü­cey­rə­lə­rə doğ­ru uza­nan bar­ma­ğa­bən­zər çı­xın­tı­lar (mik­ro­vil­li) olur. Bu çı­xın­tı­lar hü­cey­rə­lər­lə qan ma­ye­si ara­sın­da da­ha çox tə­ma­sın ol­ma­sı­nı və be­lə­lik­lə, mad­də­lər mü­ba­di­lə­si­nin da­ha asan şə­kil­də hə­ya­ta keç­mə­si­ni tə­min edir. Bu çı­xın­tı­la­rın ol­du­ğu yer­lər­də kim­yə­vi tə­sir­lə­ri sü­rət­lən­di­rən və on­la­rın kon­kret nə­ti­cə ver­mə­si­nə sə­bəb olan mad­də­lər də xü­su­si ola­raq yer­ləş­di­ri­lib və mad­də­lər mü­ba­di­lə­si üçün hər bir im­kan ya­ra­dı­lıb.

Qa­ra­ci­yə­ri əmə­lə gə­ti­rən hü­cey­rə­lə­rin funk­si­ya­la­rı­na və yer­ləş­dik­lə­ri na­hi­yə­lə­rə gö­rə ən ide­al fi­zi­ki və kim­yə­vi xü­su­siy­yət­lə­rə ma­lik ol­ma­sı qa­ra­ci­yə­rin için­də hər bir de­ta­lın mü­əy­yən bir pla­na əsa­sən ni­zam­lan­dı­ğı­nı bir da­ha gös­tə­rir:

«Göy­lər­də və yer­də­ki­lər Onun­dur. Ha­mı­sı Ona bo­yun əyər!» («Rum» su­rə­si, 26).

Hiç yorum yok:

Yorum Gönder