1 Ağustos 2012 Çarşamba

Dilin həzm prosesindəki rolu



Me­xa­ni­ki üyüt­mə­də di­lin də mü­hüm ro­lu var. Çox həs­sas bir dad­bil­mə xü­su­siy­yə­ti­nə ma­lik olan dil ey­ni za­man­da qi­da­la­rın ağız­da yu­var­la­na­raq bo­ğaz­dan keç­mə­si­ni asan­laş­dı­rır.
Di­lin üst sət­hin­də və ət­raf­la­rın­da olan dörd müx­tə­lif da­da - acı­ya, şi­ri­nə, duz­lu­ya və tur­şu­ya qar­şı həs­sas olan 10 mi­nə ya­xın olan dad­bil­mə nöq­tə­si var.28 Məhz bu dad­bil­mə nöq­tə­lə­ri hər gün ye­di­yi­miz on­lar­la müx­tə­lif qi­da­nın da­dı­nı da asan­lıq­la ayı­ra bi­lir. Be­lə ki, dil əv­vəl bil­mə­di­yi bir qi­da­nın da­dı­nı da asan­lıq­la ayı­rır. Bu­nun sa­yə­sin­də heç bir za­man qar­pı­zın da­dı­nı qreyp­fru­tun (subt­ro­pik mey­və) da­dı ki­mi turş qə­bul et­mir və ya tor­ta duz­lu de­mi­rik.
Bun­dan əla­və, re­sep­tor­lar mil­yard­lar­la in­san­da ey­ni qi­da­da ey­ni da­dı qə­bul edir. Şi­rin, duz­lu, turş ki­mi ifa­də­lər hər bir in­san üçün ey­ni­dir. Bə­zi alim­lər di­lin be­lə bir qa­bi­liy­yə­tə ma­lik ol­ma­sı­nı «qey­ri-adi kim­yə­vi tex­no­lo­gi­ya» ad­lan­dı­rır­lar.

Bəs di­lin üzə­rin­də da­ha az re­sep­tor ol­say­dı, nə olar­dı?
O za­man ye­di­yi­miz ye­mək­lə­rin heç bi­ri­nin da­dı­nı bil­məz­dik. Nə şir­niy­ya­tın, nə qı­zart­ma­la­rın, nə çö­rə­yin, nə də baş­qa ye­mək­lə­rin da­dı­nı bil­məz­dik. Bü­tün ye­mək­lər­dən ey­ni da­dı alar­dıq. Ye­mək ye­mək zövq­ve­ri­ci bir ne­mət­dən da­ha çox gün­də­lik hə­ya­ta ke­çir­mə­yə məc­bur ol­du­ğu­muz əziy­yət­li bir iş olar­dı. La­kin bu, be­lə ol­mur və biz dil­də­ki xü­su­si re­sep­tor­lar va­si­tə­si­lə bü­tün ye­mək­lə­rin da­dı­nı ayı­ra bi­li­rik. Bu­nun da nə­ti­cə­sin­də bö­yük zövq­lə ye­mək ye­yi­rik.

Hiç yorum yok:

Yorum Gönder