1 Ağustos 2012 Çarşamba

Xüsusi həzm mayesi

Qi­da­lar bir tə­rəf­dən diş­lər­lə üyü­dül­dü­yü hal­da di­gər tə­rəf­dən də kim­yə­vi hü­cum­la­ra mə­ruz qa­lır­lar. Bu hü­cu­mu isə ağız su­yu ma­ye­si hə­ya­ta ke­çi­rir.
Gün­də­lik hə­yat­da heç bir in­san ağız­da­kı bu ma­ye­nin fər­qin­də ol­mur, onun if­raz edi­lib-edil­mə­mə­si, miq­da­rı­nın çox­lu­ğu və ya az­lı­ğı, qı­sa­sı, ümu­miy­yət­lə bu möv­zu ilə bağ­lı heç bir mə­sə­lə ba­rə­də dü­şün­mür. Bə­sit bir if­ra­zat gü­man edi­lən ağız su­yu if­ra­za­tı əs­lin­də çox həs­sas nis­bə­tə ma­lik müx­tə­lif kim­yə­vi mad­də­lə­ri əha­tə edən xü­su­si bir qa­rı­şıq­dır.
Bu ma­ye əsa­sən qi­da­lar­da­kı da­dı al­ma­ğı­mı­zı tə­min edir. Qi­da­la­rın için­də dad ve­rən mo­le­kul­lar ağız su­yu için­də həll edi­lə­rək di­lin üzə­rin­də­ki dad qə­bul edən si­nir uc­la­rı ilə bir­lə­şir­lər. Ye­di­yi­miz qi­da­la­rın da­dı­nı yal­nız bu şə­kil­də bi­li­rik. Qu­ru ağız­la ye­yi­lən qi­da­la­rın da­dı­nın bi­lin­mə­mə­si­nin sə­bə­bi də elə bu­dur.
Ağız­da bir-bi­rin­dən fərq­li xü­su­siy­yət­lə­rə ma­lik olan iki ağız su­yu ma­ye­si if­raz olu­nur. Bun­lar­dan bi­ri kar­bo­hid­rat­la­rı in­cə şə­kil­də par­ça­la­yır və qis­mən şə­kə­rə çe­vi­rir. Mə­sə­lən, çö­rək bir kar­bo­hid­rat­dır. Əgər ağ­zı­nı­za bir ti­kə çö­rək alıb bir ne­çə də­qi­qə ud­ma­dan göz­lə­sə­niz, par­ça­la­nan kar­bo­hid­ra­tın şi­rin da­dı­nı di­li­niz­lə hiss edə bi­lər­si­niz. Di­gər ağız su­yu ma­ye­si isə mü­hüm xü­su­siy­yə­tə ma­lik­dir. Bu ya­pış­qan ma­ye sa­yə­sin­də ye­mək ye­yər­kən ağı­zın hər bir tə­rə­fi­nə ya­yıl­mış ye­mək par­ça­la­rı bir ye­rə top­la­na­raq lox­ma ha­lı­na sa­lı­nır.
Bəs ağız su­yu ma­ye­si ol­ma­say­dı, nə olar­dı? Əl­bət­tə ki, ağ­zı­mı­zın qu­ru­lu­ğu­na gö­rə nə ye­dik­lə­ri­mi­zi uda bi­lər, nə qi­da­la­rın da­dı­nı ala bi­lər, nə də düz­gün da­nı­şa bi­lər­dik. Bərk hal­da olan heç bir qi­da­nı ye­yə bil­məz, yal­nız ma­ye ha­lın­da olan­lar­la ki­fa­yət­lən­mək məc­bu­riy­yə­tin­də qa­lar­dıq. Bu da in­san üçün çox çə­tin bir və­ziy­yət de­mək olar­dı.
Üç müx­tə­lif if­ra­zat və­zi­sin­dən if­raz olu­nan ağız su­yu bir tə­rəf­dən, qi­da­la­rı nəm­lən­di­rə­rək on­la­rı ud­ma­ğı asan­laş­dır­dı­ğı hal­da di­gər tə­rəf­dən də qi­da­la­rın için­də or­qa­nizm üçün fay­da­lı olan his­sə­lə­ri tər­ki­bin­də­ki kim­yə­vi mad­də ilə həll edir.
Ağ­zı­mız san­ki bir kim­ya la­bo­ra­to­ri­ya­sı ki­mi fəa­liy­yət gös­tə­rir və qə­bul et­di­yi­miz qi­da­lar­da­kı ni­şas­ta­nı par­ça­la­yır. Ağız su­yun­da olan və pi­tia­lin ad­lan­dı­rı­lan en­zim bu iş üçün xü­su­si ola­raq if­raz edil­miş kim­yə­vi mad­də­dir. Pi­tia­lin ni­şas­ta­nı ayı­ra­raq şə­kə­rə çe­vi­rir.
Ağız­da apa­rı­lan həzm pro­se­si yal­nız kim­yə­vi pro­ses de­yil. Ey­ni za­man­da bu­ra­da diş­lə­rin ger­çək­ləş­dir­di­yi me­xa­ni­ki həzm pro­se­si də var. Hər iki həzm pro­se­si bir-bi­ri­ni ta­mam­la­ya­raq fəa­liy­yət gös­tə­rir.

Hiç yorum yok:

Yorum Gönder