1 Ağustos 2012 Çarşamba

Həzm sistemi

Or­qa­niz­mi­mi­zin hə­yat fəa­liy­yə­ti­nin da­vam et­mə­si, yə­ni or­qan­la­rı­mı­zın fəa­liy­yət gös­tər­mə­si və hü­cey­rə­lə­ri­mi­zin ye­ni­ləş­mə­si üçün zə­ru­ri olan əsas mad­də­lə­ri müx­tə­lif qi­da mad­də­lə­rin­dən əl­də edi­rik. La­kin ye­di­yi­miz hər bir qi­da­nın, mə­sə­lən, ət, çö­rək, tə­rə­vəz və ya mey­və­nin bu əsas mad­də­lə­rə ay­rıl­ma­sı və or­qa­nizm tə­rə­fin­dən is­ti­fa­də edi­lə bi­lə­cək və­ziy­yə­tə gəl­mə­si üçün on­la­rın çox əsas­lı də­yi­şik­lik­lər­dən keç­mə­si, yə­ni həzm edil­mə­si la­zım gə­lir.
Ye­ni do­ğul­muş 2-3 ki­loq­ram­lıq kör­pə­nin 20-25 il­dən son­ra 1 metr 80 sm bo­yun­da, 75-80 kq ağır­lı­ğın­da bir in­san ol­ma­sı qi­da­la­rın həzm edil­mə­si ilə bağ­lı­dır. Ara­da­kı bu bö­yük çə­ki fər­qi­nin mən­bə­yi kör­pə­nin qə­bul et­di­yi qi­da­la­rın tər­ki­bin­də olan mad­də­lə­rin bir müd­dət son­ra or­qa­niz­mə qa­tıl­ma­sı­dır. Bu qi­da­la­rın bir his­sə­si hə­yat üçün zə­ru­ri olan ener­ji­ni tə­min edir, di­gər his­sə­si isə or­qa­niz­mə əla­və olu­nur və in­sa­nın əti­nə, sü­mü­yü­nə çev­ri­lir. İşə ya­ra­ma­yan la­zım­sız his­sə­lər isə or­qa­nizm­dən kə­nar edi­lir.

Həzm sis­te­mi özün­də yer üzü­nün ən yük­sək sə­viy­yə­li seç­mə (ayır­ma, çe­şid­lə­mə) sis­te­mi­ni eh­ti­va edir. Bu çe­şid­lə­mə sis­te­mi­nin için­də­ki mad­də­lər əv­vəl­cə xam­ma­la ay­rı­lır, da­ha son­ra isə bu xam­mal is­ti­fa­də edil­mək üçün or­qa­niz­min la­zı­mi yer­lə­ri­nə gön­də­ri­lir. Par­ça­la­nan mad­də­lər bir-bi­rin­dən çox fərq­li ol­du­ğu ki­mi or­ta­ya çı­xan ye­ni mad­də­lər də bir-bi­rin­dən çox fərq­lə­nir­lər.
Həzm sis­te­mi­nin fəa­liy­yə­ti­ni bir nef­ta­yır­ma za­vo­du­nun fəa­liy­yə­ti­nə bən­zət­mək olar. Bir nef­ta­yır­ma za­vo­dun­da xam­mal ki­mi za­vo­da da­xil olan neft müx­tə­lif pro­ses­lər­dən ke­çə­rək mər­hə­lə­li şə­kil­də par­ça­la­nır və bu vaxt bir-bi­rin­dən fərq­li məh­sul­lar əl­də edi­lir. Nef­ta­yır­ma za­vo­dun­da baş ve­rən mü­rək­kəb pro­ses­lər nə­ti­cə­sin­də av­to­mo­bi­li­mi­zə ener­ji ve­rən ben­zin­lə ya­na­şı üzə­rin­də ye­ri­di­yi­miz as­fal­tın xam­ma­lı və is­ti­fa­də et­di­yi­miz plas­tik məh­sul­lar da is­teh­sal olu­nur. Ey­ni za­man­da həzm pro­se­si nə­ti­cə­sin­də də müx­tə­lif mad­də­lər ya­ra­nır. La­kin həzm sis­te­min­də baş ve­rən pro­ses­lər bir nef­ta­yır­ma za­vo­dun­da baş ve­rən pro­ses­lər­dən də mü­rək­kəb­dir və çox üs­tün bir fəa­liy­yət sis­te­mi sa­yə­sin­də mey­da­na gə­lir. Bun­dan əla­və, bu pro­ses­lər son tex­no­lo­gi­ya ilə təc­hiz edil­miş nef­ta­yır­ma za­vo­dun­da de­yil, si­zin or­qa­niz­mi­niz­də baş ve­rir. Sə­hər ye­mə­yin­də ye­di­yi­niz qi­da­lar siz gün­də­lik iş­lər­lə məş­ğul olar­kən, mək­təb­də dər­sə qu­laq asar­kən və ya yol­da ye­ri­yər­kən si­zə hiss et­di­ril­mə­dən bu nə­həng nef­ta­yır­ma za­vo­du­nun da­xi­lin­də min­lər­lə müx­tə­lif kim­yə­vi pro­se­si ye­ri­nə ye­ti­rir.
Bu kim­yə­vi pro­ses­lə­rin baş ver­mə­si üçün uzun bir ka­na­la eh­ti­yac var. Ka­na­lın hər bir nöq­tə­sin­də də ka­na­lın için­də­ki mad­də­lə­ri də­yiş­di­rə­cək xü­su­si çe­şid­lə­mə sis­tem­lə­ri­nin ol­ma­sı la­zım gə­lir. Bu ka­na­lın uzun­lu­ğu ən azı 8-10 m ol­ma­lı­dır.
La­kin in­san or­qa­niz­mi təx­mi­nən 1 m 70 sm-1 m 80 sm uzun­lu­ğun­da­dır. Bu hal­da 10 metr­lik bir ka­nal sis­te­mi özü­nün təx­mi­nən beş­də bi­ri qə­dər uzun­luq­da olan bir or­qa­niz­min içi­nə sı­ğış­dı­rıl­ma­lı­dır. Şüb­hə­siz ki, bu da xü­su­si bir sə­na­ye la­yi­hə­si­nin ol­ma­sı­nı tə­ləb edir. Be­lə ki, in­san or­qa­niz­mi bu xü­su­siy­yət­lər­lə bir­lik­də ya­ra­dı­lıb. Haq­qın­da bəhs edi­lən ka­nal (ağız, ye­mək bo­ru­su, mə­də, na­zik ba­ğır­saq və yo­ğun ba­ğır­saq) in­san or­qa­niz­mi­nin içi­nə xü­su­si bir plan əsa­sın­da yer­ləş­di­ri­lib. Bu pla­nın için­də 10 metr­lik həzm sis­te­mi 1 m 70 sm uzun­lu­ğun­da olan or­qa­niz­min içi­nə xü­su­si diq­qət­lə yer­ləş­di­ri­lib.
Ye­yi­lən hər bir qi­da mad­də­si or­qa­niz­mi­mi­zə da­xil ol­duq­dan son­ra həzm ka­na­lı da­xi­lin­də təx­mi­nən 10 metr­lik bir sə­fə­rə çı­xır. Bu sə­fər əs­na­sın­da qi­da­lar bir qrup me­xa­ni­ki və kim­yə­vi ha­di­sə ilə rast­la­şır­lar. Qi­da­lar beş his­sə­dən iba­rət olan 10 metr uzun­lu­ğun­da­kı ka­nal­dan sı­ra ilə ke­çər­kən bir tə­rəf­dən üyüt­mə, yo­ğur­ma və çal­xa­la­ma ki­mi me­xa­ni­ki hə­rə­kət­lər­lə, di­gər tə­rəf­dən də müx­tə­lif if­ra­zat və­zi­lə­ri­nin bu ka­na­la bu­rax­dıq­la­rı şi­rə­lə­rin kim­yə­vi tə­sir­lə­ri ilə həzm edi­lir­lər.
Həzm ağız­da baş­la­yıb mə­də­də və na­zik ba­ğır­saq­da da­vam edir. Qi­da­lar­da olan fay­da­lı mad­də­lə­rin qan da­mar­la­rı ilə so­ru­lub qan döv­ra­nı­na qa­rış­ma­sı isə na­zik ba­ğır­saq­lar­da baş ve­rir. Yo­ğun ba­ğır­saq isə həzm edil­mə­yən fay­da­sız mad­də­lər­də­ki su­yun so­ru­lub yer­də qa­lan qa­lıq­la­rın or­qa­nizm­dən kə­nar edil­di­yi yer­dir.

Hiç yorum yok:

Yorum Gönder