2 Ağustos 2012 Perşembe

Orqanizmdəki başqa bir layihə möcüzəsi: venalar


Qan ar­te­ri­ya­lar­da ürə­yin dö­yün­mə təz­yi­qi nə­ti­cə­sin­də yo­la çı­xır. La­kin ka­pil­yar­lar­da bu təz­yi­qin tə­si­ri aza­lır. Ve­na­la­ra gəl­dik­də isə ar­tıq ürə­yin vur­ma gü­cü öz tə­si­ri­ni ta­ma­mi­lə iti­rib. 
Bəs qan özü­nün ge­ri­yə sə­fə­ri­ni ne­cə ta­mam­la­ya­caq? 
Qan­da­kı sə­fə­ri xa­tır­la­yaq və için­də yer­ləş­di­yi­miz ve­na­la­rın ayaq­da ol­du­ğu­nu tə­səv­vür edək. Qar­şı­nız­da ürə­yə qa­yı­da­na qə­dər uzun bir yol var. Ayaq­lar, qa­rın və döş his­sə­si­ni aşa­raq uzun bir yo­lu yu­xa­rı­ya doğ­ru çıx­ma­lı və bu za­man da si­zi da­im aşa­ğı­ya doğ­ru çə­kən ye­rin ca­zi­bə qüv­və­si­nə qa­lib gəl­mə­li­si­niz. Bu­na gö­rə də elə bir sis­te­mə eh­ti­yac var ki, o, hər gün min­lər­lə litr ma­ye­nin aşa­ğı­dan yu­xa­rı­ya (ayaq­lar­dan ürə­yə) doğ­ru get­mə­si­ni tə­min et­sin. 
Ve­na­lar xü­su­si bir plan əsa­sın­da yer­ləş­di­ri­lib­lər. Bu da­mar nö­vü­nün ət­ra­fı ske­let əzə­lə­lə­ri ilə əha­tə edi­lib. Be­lə ki, ve­na­lar bu əzə­lə­lə­rin ener­ji­sin­dən fay­da­la­nır­lar. Mə­sə­lən, hər bir ad­dı­mı­nız­da yı­ğı­lan ayaq əzə­lə­lə­ri­niz ey­ni an­da qa­nı da yu­xa­rı­ya doğ­ru vu­rur. Be­lə­lik­lə, bu plan­laş­dır­ma nə­ti­cə­sin­də ve­na­la­rın öz qan vur­ma sis­tem­lə­ri var. 

Ayaq­la ürək ara­sın­da­kı 1,5 metr­lik sə­fə­rin so­nu gə­lən­də baş­qa bir prob­lem or­ta­ya çı­xır. Əsas ve­na­lar or­qa­niz­min or­ta­sı­na ça­tan­da ar­tıq ske­let əzə­lə­lə­ri ilə əha­tə edil­mir­lər. Bu­ra­da isə tə­nəf­füs əzə­lə­lə­ri ve­na­la­ra dəs­tək ve­rir. Ağ­ci­yə­rin al­tın­da yer­lə­şən əsas ve­na­lar hər də­fə nə­fəs al­dı­ğı­mız za­man sı­xı­lır. Bu­na gö­rə də ge­niş­lə­nən döş qə­fə­si­nin əmə­lə gə­tir­di­yi təz­yiq qa­nı ürə­yə doğ­ru qay­ta­rır.La­kin ve­na­lar­da elə bir baş­qa xü­su­siy­yət də var ki, bu, or­qa­nizm­də olan qü­sur­suz qu­ru­lu­şun ən gö­zəl nü­mu­nə­lə­rin­dən bi­ri­dir. Ve­na­la­rın içi­nə bir çox qa­paq­cıq­lar yer­ləş­di­ri­lib. Bu qa­paq­cıq­lar yal­nız ürə­yə doğ­ru açı­lır. Be­lə­lik­lə, qan ye­rin ca­zi­bə qüv­və­si­nin tə­si­ri ilə ge­ri­yə doğ­ru ge­də bil­məz. Axın yal­nız ürə­yə doğ­ru olur. İn­di dü­şü­nək.
Ve­na­la­rın içi­nə çox­lu say­da ki­çik qa­paq­cıq yer­ləş­di­ri­lib. Bu qa­paq­cıq­la­rın hər bi­ri son də­rə­cə məx­su­si bir qu­ru­lu­şa ma­lik­dir. Hər bi­ri­nin - ye­nə də ət­dən olan - löv­hə­cik­lə­ri var və bu löv­hə­cik­lər qa­pa­ğın yal­nız bir tə­rə­fə doğ­ru açıl­ma­sı­na izn ve­rən şə­kil­də plan­laş­dı­rı­lıb. Bu­ra­da bö­yük bir mü­hən­dis­lik mö­cü­zə­si var. İn­di isə bu ide­al sis­te­min ne­cə in­şa edil­di­yi­ni dü­şü­nək. Yer üzü­nün ən uzun bo­ru xət­ti­nin in­şa edil­mə­sin­də iş­lə­yən in­san­lar üç əsas funk­si­ya­nı da­şı­yır­lar. Bu iş­çi­lə­rin və­zi­fə­si həm bir mü­hən­dis, həm bir fəh­lə, həm də bir in­şa­at ma­te­ria­lı ol­maq­dır.

Bu bo­ru xət­ti in­şaa­tı­nın qu­rul­ma plan­la­rı və la­yi­hə­lə­ri hü­cey­rə­lə­rin nü­və­lə­rin­də­ki mə­lu­mat bank­la­rın­da (DNT-lər­də) olur. Hər bir hü­cey­rə bu la­yi­hə­ni bir mü­hən­dis ki­mi oxu­yur. Şüb­hə­siz ki, hü­cey­rə­nin bir in­şa­at la­yi­hə­si­ni oxu­ma­sı və şərh et­mə­si bö­yük bir mö­cü­zə­dir. İn­san­lar bü­tün ömür­lə­ri­ni aka­de­mik təd­qi­qat­la­ra sərf et­miş mü­hən­dis­lə­rə, pro­fes­sor­la­ra qar­şı hör­mət və hey­ran­lıq his­si duy­duq­la­rı hal­da öz hü­cey­rə­lə­ri­nin çox mü­rək­kəb plan və la­yi­hə­lə­ri oxu­ya, şərh edə və tət­biq edə bil­dik­lə­ri­ni bil­mir və ya gör­mür­lər. 
Hü­cey­rə­lər oxu­duq­la­rı və şərh et­dik­lə­ri pla­na əsa­sən bo­ru in­şa­sı­nın han­sı ye­rin­də funk­si­ya da­yı­şa­caq­la­rı­nı bi­lir­lər. Bun­dan əla­və, hə­min in­şa­at­da fəa­liy­yət gös­tə­rən mil­yard­lar­la hü­cey­rə ara­sın­dan məhz han­sı­la­rı ilə bir­lə­şə­cək­lə­ri­ni də yax­şı bi­lir­lər. La­zım olan ye­ri tap­dıq­la­rı za­man bir fəh­lə ki­mi iş­lə­mə­yə baş­la­yır və bo­ru xət­ti­nin öz­lə­ri­nə aid olan his­sə­lə­ri­ni in­şa edir­lər. La­kin is­ti­fa­də et­dik­lə­ri ma­te­ri­al yad in­şa­at ma­te­ria­lı de­yil, elə öz­lə­ri­dir. Bu in­şa­at­da fəa­liy­yət gös­tə­rən hər bir hü­cey­rə öm­rü­nün yer­də qa­lan his­sə­si­ni bo­ru xət­ti­nin ki­çik bir his­sə­si ol­maq uğ­run­da fə­da edir.
İn­şa edi­lən da­mar­la­rın da­xi­li qu­ru­lu­şu gi­rin­ti­li-çı­xın­tı­lı de­yil. Da­mar­la­rın da­xi­li səth­lə­ri mər­mər us­ta­sı­nın dö­şə­di­yi və ci­la­lan­mış mər­mər sət­hi ki­mi ci­la­lı və ha­mar­dır. Yal­nız ara­da ki­çik bir fərq var: bu səth­lə­rin par­ket daş­la­rı mər­mər ka­fel­lər de­yil, can­lı var­lıq­lar­dır.
Haq­qın­da bəhs edi­lən in­şa­at da­vam edər­kən bə­zi hü­cey­rə­lər də oxu­duq­la­rı pla­na əsa­sən müx­tə­lif qə­rar­lar qə­bul edir­lər. Bu hü­cey­rə­lər da­ma­rın için­də bir qa­paq əmə­lə gə­ti­rir. Min­lər­lə hü­cey­rə bir­lə­şə­rək bir qa­paq əmə­lə gə­ti­rir və da­ma­rın da­xi­li sət­hi­nə ya­pı­şır­lar. Bə­zi hü­cey­rə­lər də hər bi­ri aid ola­caq­la­rı ye­ri əl­lə­rin­də olan pla­na əsa­sən mü­əy­yən edə­rək bu qa­pa­ğın löv­hə­ci­yi­ni əmə­lə gə­ti­rir­lər. Haq­qın­da bəhs edi­lən löv­hə­ci­yin bir is­ti­qa­mə­tə doğ­ru açıl­ma­sı da hü­cey­rə­lə­rin pla­nı şərh edə bil­mək və in­şa et­mək qa­bi­liy­yət­lə­ri sa­yə­sin­də hə­ya­ta ke­çir. Bu hü­cey­rə­lər yer­ləş­dik­lə­ri bo­ru­dan ma­ye­nin axa­ca­ğı­nı, bu ma­ye­nin han­sı is­ti­qa­mət­də axa­ca­ğı­nı və bu axı­mın dai­mi ol­ma­sı üçün han­sı təd­bir­lə­ri gör­mək la­zım ol­du­ğu­nu bi­lir və bu­na gö­rə hə­rə­kət edir­lər.
Bu qa­paq­dan bir ne­çə mil­li­metr qar­şı­da ye­nə hə­min mö­cü­zə baş ve­rir. Bu­ra­da olan baş­qa hü­cey­rə­lər də ye­nə bu­na bən­zər bir şü­ur­la baş­qa bir qa­paq ya­ra­dır­lar. San­ki əv­vəl­ki qa­pa­ğı ya­ra­dan hü­cey­rə­lər­lə söz­lə­şib­lər­miş ki­mi ey­ni is­ti­qa­mə­tə doğ­ru açı­lan bir qa­paq ya­ra­dır­lar. Əgər bu qa­paq­lar­dan bə­zi­lə­ri­ni in­şa edən hü­cey­rə­lər fərq­li bir qə­rar ver­səy­di­lər və bə­zi qa­paq­la­rı tərs is­ti­qa­mə­tə doğ­ru in­şa et­səy­di­lər, bu də­fə qan da­mar­lar­da axa bil­məz və in­san dər­hal ölər­di. La­kin bu, baş ver­mir. Ve­na­lar bo­yun­ca möv­cud olan min­lər­lə qa­pa­ğın hər bi­ri öz­lə­ri­nə uy­ğun şə­kil­də ay­rı-ay­rı­lıq­da in­şa edi­lir.

Bu sis­te­min çox üs­tün bir Ya­ra­dı­cı­nın əsə­ri ol­ma­sı, hü­cey­rə­lə­rin yu­xa­rı­da bəhs et­di­yi­miz ağıl, şü­ur və fə­da­kar­lıq nü­mu­nə­si­ni yal­nız və yal­nız on­la­rı ya­ra­dan yük­sək qüv­və sa­yə­sin­də hə­ya­ta ke­çir­mə­si mü­ba­hi­sə­siz bir hə­qi­qət­dir. Hü­cey­rə­lə­rin nü­və­lə­ri­nə yer üzü­nün ən bö­yük bo­ru xət­ti­nin və or­qa­nizm­də­ki min­lər­lə di­gər sis­te­min la­yi­hə­lə­ri­ni yer­ləş­di­rən, hü­cey­rə­lə­rə bu la­yi­hə­lə­ri oxu­ma, şərh et­mə və bu­na əsa­sən in­şa et­mə qa­bi­liy­yət­lə­ri­ni ve­rən qüv­və isə yal­nız aləm­lə­rin Rəb­bi olan Al­lah­dır:
«Ey in­san! Sə­ni kə­rim olan Rəb­bi­nə qar­şı al­da­dan nə­dir? O Rəb­bin ki, sə­ni ya­rat­dı, dü­zəl­dib qay­da­ya sal­dı. Sə­nə Özü is­tə­di­yi su­rət­də bi­çim ver­di» («İn­fi­tar» su­rə­si, 6-8).

Hiç yorum yok:

Yorum Gönder